Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Dişlər yaddaş kartımızdır?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Mirzə Babayev kimdir? Kəpənəyin dalınca qaçan sənətkar BİOQRAFİYA

Mirzə Babayev kimdir? Kəpənəyin dalınca qaçan sənətkar BİOQRAFİYA

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mirzə Əbdülhüseyn oğlu Babayev – Azərbaycan musiqisinin və kino sənətinin unudulmaz simalarından biri, Xalq artisti, mahnı və estrada sənətində özünəməxsus iz buraxmış sənətkardır. Bu gün sənətkarın doğum günüdür.

Lent.az “Bioqrafiya” rubrikasında Mirzə Babayev haqqında məlumat verir.

Uşaqlıq və gənclik illəri

Mirzə Babayev 1913-cü il iyulun 16-da Bakı şəhərinin Maştağa kəndində dünyaya gəlib. Anası Sonaxanım nəcabətli bəy ailəsinə mənsub idi. Erkən yaşlarından sənətə, musiqiyə və teatra maraq göstərsə də, ailəsinin yönləndirməsi ilə ilk təhsilini memarlıq ixtisası üzrə alıb.

Müharibə illəri və cəbhə həyatı

II Dünya Müharibəsi zamanı Mirzə Babayev hərbi xidmətə çağırılıb və Rostov cəbhəsində döyüşüb. Mərdliyi və şücaəti ilə seçilərək leytenant rütbəsi və müxtəlif orden-medallarla mükafatlandırılıb. Bu illər onun həm fiziki, həm də mənəvi baxımdan bərkiməsinə səbəb olub.

Sənətə gəlişi və ilk addımlar

Müharibədən sonra memarlıqla məşğul olmaq istəsə də, həyatının dönüş nöqtəsi Tofiq Quliyevlə tanışlığı olur. Onun dəvəti ilə caz orkestrində ilk dəfə səhnəyə çıxan Mirzə, sonradan belə deyirdi:

“Tofiq Quliyev olmasaydı, mən memar kimi davam edəcəkdim”.

Onun səhnəyə gəlişi ilə Azərbaycan estradasında yumoristik və şanson janrının əsası qoyuldu. “Bir utan qızına aşiq olarmı adam”, “Mən səni sevirəm”, “Kəpənək” kimi mahnılar öz dövrü üçün tam fərqli, teatrallığı ilə seçilən ifalar idi.

Ailə həyatı və sadiqliyi

Mirzə Babayev ömrünün böyük hissəsini Şuşa əsilli həyat yoldaşı Güllü xanımla keçirib. Güllü xanımın vaxtsız vəfatı Mirzə Babayev üçün böyük itki olub. Həyat yoldaşına olan dərin sevgisi səbəbilə bir daha evlənməyib. Onun şəklini daim özü ilə gəzdirir və dostlarına göstərərək deyərmiş:

“Baxın, necə gözəldir”.

Kino və teatr sənətində yeri

Mirzə Babayev 50-yə yaxın filmdə çəkilib, bunların çoxunda aktyor kimi yadda qalan obrazlar yaradıb. Ən tanınmış rolları arasında:

Dərviş Məstəli şah – “Dərviş Parisi partladır”

Mirişin atası – “Bəyin oğurlanması”

Meyxanaçı – “Dəli Kür”

Bəy – “Qaraca qız”

Ən maraqlı faktlardan biri də odur ki, “O olmasın, bu olsun” filmində Məşədi İbadın ifasında səslənən mahnıları səsləndirən şəxs elə Mirzə Babayev olub. Onun səsi bir çox filmlərdə kadrarxası mahnı ifaçısı kimi eşidilib.

Xalq arasında əhvalatları

Səhnə fəaliyyəti dövründə bir çox maraqlı hadisələr baş verib. Qarabağın bir kəndində konsert verməyə gedəndə, bir ağsaqqal deyir:

“Əgər "Kəpənək" mahnısını oxumayacaqsansa, camaatı buraxmayaq”.

Bu mahnı bir çoxları tərəfindən yanlış başa düşülsə də, onun simasında xalq Mirzənin sənətə münasibətindəki zarafatı, dərinliyi və qavrayışı hiss edirdi.

Unudulmaz sözlər və mahnılar

Onun ifasında səslənən “Kimlər gəldi, kimlər getdi bu dünyadan...” adlı mahnı, demək olar ki, Mirzə Babayevin həyat fəlsəfəsinə çevrilib. Həmişə inanaraq oxuyar, yaşadığını oxuyarmış.

Uzunömürlü sənətkar və son illəri

Öz pozitivliyi ilə seçilən Mirzə Babayev zarafatla belə deyərdi:

“Atam 105, nənəm 127 il yaşayıb. Mən də 130 il yaşayacağam”.

89 yaşında balıqdan zəhərlənməsi nəticəsində səhhəti pisləşib. Bakı Dövlət Universitetinin qarşısında konsert zamanı səhnədə huşunu itirərək yıxılıb. Müalicə alsa da, bir daha əvvəlki kimi ola bilmir.

Təltif və Fəxri Adlar

Azərbaycanın Xalq artisti (1992)

“Əməkdar incəsənət xadimi”

Bir çox dövlət mükafatları və orden-medallarla təltif olunub

Mirzə Babayevin irsi

Mirzə Babayev təkcə bir müğənni və aktyor deyil, həm də dövrünün musiqi və teatr mədəniyyətini formalaşdıran simalardan biri olub. Onun ifa tərzi, həyat sevgisi, insanlara münasibəti və sənətə yanaşması onu əsl sənətkar, həm də böyük bir şəxsiyyət kimi yaddaşlarda yaşadır.

“Arif olan nakam getməz bu dünyadan...” – Mirzə Babayevin oxuduğu bu misra elə onun həyatı üçün deyilib.

O, sənəti ilə yaşayır və yaşamağa davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:398
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 İyul 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see396

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see317

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see296

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see295

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see292

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see287

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see287

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see270

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see269

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see265

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see257

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see251

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see250

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see239

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see233

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see228

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see207

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see205

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see184

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri