Mirzə Fətəli 31 ünvanında yerləşən binaya gəlincə... Bakı İH dən tarixi binaların sökülməsi xəbərinə reaksiya
Icma.az, Mia.az saytına istinadən bildirir.
Müxtəlif KİV-lərdə keçmiş “Sovetski” adlanan ərazidə tarixi binaların söküntüsü və onlara müdaxilə ilə bağlı yayılmış məlumatlarla bağlı açıqlama verilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, qeyd edilən ərazidə rəsmi dövlət reyestrinda olan heç bir tarixi bina, o cümlədən tarixi əhəmiyyət kəsb edən digər binaların söküntüsü nəzərdə tutulmayıb: “Hazırda bu ərazidə yalnız qəzalı vəziyyətdə olan, istismar müddətini başa çatdırmış binaların söküntüsü həyata keçirilir. Mirzə Fətəli 31 ünvanında yerləşən binaya gəlincə, söküntü sözügedən binada deyil ona bitişik olan qəzalı binada həyata keçirilib. Söküntü işləri başa çatdırıldıqdan sonra bu binanın əsaslı bərpası nəzərdə tutulub.
Sonda bir daha media qurumlara müraciət edərək xahiş edirik ki, yalnız dəqiqləşdirilmiş məlumatları yaysınlar. Bu ərazidə 3 qurumun nümayəndələrindən ibarət xüsusi komissiya fəaliyyət göstərir və hər bir bina ilə bağlı birgə rəy verilir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 29 Oktyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















