Mirzəağa Əliyevin teatrdan uzaqlaşdırdığı gənc aktyor Əntiqə Kərimzadə yazır…
Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.
İncəsənətdə çətin bir yol keçən bütün sənətkarlar kimi onun da yolları enişli- yoxuşlu oldu. O bu yolda heç də maneəsiz addımlamadı. Əməkdar artist, mərhum Firudin Mehdiyev 1927-ci il dekabrın 31-də də Quba qəzasının Xızı kəndində doğulub. O, həm istedadlı aktyor, həm də füsünkar səsə malik ifaçı idi. Fərqli ifa tərzi var idi. Uşaqlıq illəri İkinci dünya müharibəsinə təsadüf etsə də, kiçik Firudin bu çətinliyə sinə gərirdi. Əlbəttə, müharibə adlı kabus insanların taleyində sağalmaz izlər buraxırdı. Ancaq bütün bu çətinliklərə baxmayraq, onun qəlbindəki sənət eşqi sönmürdü. Firudin Mehdiyev hər gün daha çox səhnəni sevməyə başlayırdı.
Müsahibələrinin birində bu sənətə necə çətinliklə gəldiyini açıq-aşkar söyləyirdi:
“Rol aldığım tamaşaya baxış keçirildi. Mən Qədir xanı oynayırdım. Baxışdan sonra belə qərara gəldilər ki, məni, rəhmətlik Lütfi Məmmədbəyovu və bir neçə yeniyetməni teatr texnikumuna götürsünlər. O vaxtlar texnikuma 14-15 yaşlı uşaqları qəbul edirdilər. Çünki gənclər cəbhədə vuruşurdu. Orada bizə Kazım Ziya, Fatma Qədri, Ağəli Dadaşov, Rza Təhmasib kimi məşhur müəllimlər dərs deyirdilər. Sonralar, təxminən 1946-cı ildə Teatr İnstitutuna qəbul olundum. Həmin dövrdə Məlik Dadaşov və Salman Dadaşov da orada işləyirdilər.”
Artıq Firudin Mehdiyev sənətin məsuliyyətini hiss edirdi. O, təhsil almaqla yanaşı tamaşalarda da iştirak edirdi. Səhnədən tamaşaçı alqışı eşitmək onun sənətə həvəsini daha da artırdı. Bütün bunlar sənətin günəş saçan tərəfi idi. Gənc aktyor hələ bu yollarda borana, çiskinə düşməmişdi.
İnstitutda iki il oxuyandan sonra böyük sənətkarımız Adil İsgəndərov onu Dövlət Dram Teatrına dəvət edir. Ona “Qadam, sən yaxşı xarakter yaradırsan”, - deyirdi. O, həm də aktyorluqdan əlavə yaxşı təqlid etməyi bacarırdı. Cəfər Cabbarlının “Almaz” pyesində Hacı Əhmədi oynayanda Mirzəağa Əliyevin səsi ilə çıxış edir.. Bir gün Mirzəağa müəllimi tamaşaya baxmağa çağırırlar. İstedadlı gənci səhnədə görən Mirzəağa Əliyev deyir ki, bunu kim gətirib bura, boy yox, istedadı yox, qoy çıxıb getsin. M.Əliyev onu təqlid edən gənci bəyənmir.
Beləlikə Mirzəağa Əliyev onu teatrdan uzaqlaşdırmağı bacarır. Firudin Mehdiyevi teatrdan çıxardırlar.
Teatrdan kənarlaşdırılan gənc aktyor işsiz qalmır. O, Opera və Balet Teatrında çalışmağa başlayır. Bu möhtəşəm teatrda ilk çıxışı 1956-cı ildə olub. Orada bütün əsas rolları oynayır. “Aygün", “Vaqif, “Ölülər”, “Hacı Qara” əsərlərinin librettosunu yazır...
Firudin Mehdiyevin 50-60-cı illərdə Opera və Balet Teatrının səhnəsində yaratdığı obrazlar yaşlı nəslin yaddaşında özünə yer tapıb. Gözəl musiqi duyumu, aktyorluq qabiliyyəti, xarakter yaratmaq bacarığı sənətçinin uğurlarının əsas qayəsi idi. Amma Firudin Mehdiyev çoxtərəfli yaradıcılıq qabiliyyətinə malik olduğundan dar çərçivəyə qapanıb qalmırdı. Daim yaradıcılıq axtraışında idi.
O, Asəf Zeynallı adına Musiqi Məktəbini bitirmişdi. Vokalı çox yaxşı bildiyinə görə, bir müddət orada müəllim də işlədi. O, burada Bülbüldən dərs almışdı. Sinə əzələlərini ilə mahnı ifa etməyi də müəllimindən öyrənmişdi.
İndi efirləri bəzəyən bir çox sənətkarlar- Nurlan Əzizbəyli, Teymur Əmrah, Vasif Məhərrəmli v.s məhz Firudin Mehdiyevdən dərs almış ifaçılardır.
Bir neçə filmdə rol alsa da, tamaşaçıların yaddaşında “Böyük dayağ”ın “Salman”ı kimi qalan əməkdar artist Firudin Mehdiyev 2006-cı ildə vəfat edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 07 Yanvar 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















