Icma.az
close
up
RU
Onun nakam ömrü Əntiqə Kərimzadə yazır…

Onun nakam ömrü Əntiqə Kərimzadə yazır…

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Əməkdar artist Rəşid Səməndərin doğum günüdür. 

1975-ci ildə  aktyor  Səməndər Rzayevin ailəsində dünyaya göz açan Rəşid də atasının sənət yolunu dava etdirməyi qarşısına məqsəd qoymuşdu. Elə bu minvalla o, 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “dram və kino aktyoru” fakültəsinə qəbul olub. Tələbəlik illərində qabliyyəti ilə diqqət çəkərək bir çox uğurlu rolların ifaçısına çevrilib. Atalar yaxşı deyib: “Ot kökü üstə bitər”. Səməndər Rzayev kimi bir sənətkarın oğlu da əlbəttə, istedadlı olacaqdı.  Hələ tələbəlik illərindən Akademik Milli Dram Teatrında aktyorluq karyerasına başlayan Rəşid ardıcıl  bir çox tamaşalarda yaddaqalan obrazlar yaradır.

O, 2006-cı ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülür.

Təəssüf ki, belə bir istedadlı aktyorun teatrda problemləri yaranmağa başlayır. Onun adı teatrdakı qalmaqallarda hallanır. Elə Bu səbəbdən də Rəşid işdən uzaqlaşdırılır.  O, mətbuata açıqlamasında hansı səbəbdən işdən çıxarıldığını bilmədiyini söyləyib.  Ancaq teatrın rəhbərliyi aktyoru idarə olunmayan, səbrsiz, söyüş söyən adam kimi təqdim edirdi.

 Akademik Milli Dram Teatrından ayrılan Rəşid Səməndər  Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor fəaliyət göstərməyə başlayır. 

Aktyor , bir zamanlar atası Səməndər Rzayevin aparıcı olduğu “Bulaq” verilişində də uzun illər aparıcı olub. 

Sonralar köhnə iş yerinə- Akademik Milli Dram Teatrına qayıtmaq istəsə də, onu yenidən teatra işə götürmürlər. Tetarın bədii rəhbəri, baş rejissoru Azər Paşa Nemət onun səhhətindəki problemləri əsas gətirərək, Rəşid Səməndərə  “tetarda  boş yer yoxdur” cavabını verir.

Bacısı teatrşünas, jurnalist Rübabə Səməndərə qardaşı haqqında sual verdikdə isə  onun haqqında danışmağa hazır olmadığını söylədi:

“Qardaşımın ölmü faciəli oldu. Onun haqqında danışmaq ağırdır. Onunla  bağlı hər hansı bir xatirəni danışmaq mənə ağır gəlir. Bunun üçün hələ hazır deyiləm. Müəyyən nüanslar var ki, o haqda danışmaq istəmirəm.  Hələ ki, ürəyimdə qalsın. Bəlkə nə zamansa danışaram, amma indi yox”,
Ömrünün sonuna qədər ailə qurmayan əməkdar artistin karyerasında yaşadığı sarsıntı onun faciəsi ilə sonlanır. O, 2020-ci ildə noyabrın 20-də  yaşadığı binadan özünü ataraq intihar edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:256
embedMənbə:https://adalet.az
archiveBu xəbər 08 Oktyabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri