Icma.az
close
up
RU
Cismlər sözlərdə donanda… Əntiqə Kərimzadə yazır

Cismlər sözlərdə donanda… Əntiqə Kərimzadə yazır

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

Yaxşı ki, yollar var… Yol sevgisi- orda hünərlə addımlamaq eşqi və bu yollarda yıxılmaq var. Ayağa qalxmağı deyə bilmərəm…Çünki  o, hünər tələb edir. Bir yolun ortasında yıxılmaq, həmin yolun başlanğıcındakı hansısa səhv addıma işarədir. Bunu anlamaq üçün Xudu Məmmədov qədər  böyük düşüncəli olmaq və böyük mütəfəkkirin “məktəb”ini keçmək vacibdir. Tanrı insanı sevgidən yaratsa da, hər kəsə də Xudu Məmmədovun qəlbindəki qədər vətən sevgisi, millət sevgisi bəxş etməmişdi.  Vətənə sevgi bu şəxsiyyətdə deyərdim ki, ilahi qüvvə idi. Bilirəm, vəsf şairlərin işidir. Amma mən sözə elə başlamalıydım ki, bu böyük şəxsiyyətin qəlbindəki vətən sevgisinin möhtəşəmliyini izah edə bilməsəm də, heç olmasa ağrısını cıza bilim. Kim deyir ki, Qarabağda Xarı bülbül təkcə gül adıdır? Xudu müəllim də Qarabağın  Xarı bülbülü idi. Elə Xarı bülbül kimi də kökü o torpağa bağlı idi.  Xalqını sevən bir insanın millətin ona ehtiyacı olan bir vaxtda “gedişi” nə dərəcədə ədalətli idi, Ya Rəbb?!

Deyəsən yaman üsyankar oldum. Lap Xudu müəllim kimi… Bütün çətin məqamlarda, anlaşılmaz anlarda  onu axtarırıq. Bəs görəsən ,o, kimi səsləyərdi belə bir gündə…?

Bütün ömrünü elmə sərf edib monoqrafiya yazan alim, hardan biləydi ki, təmənnasız və ilahi sevgi ilə sevdiyi xalqına zamanla tarixlərdən silinməz “monoqrafiya” yazacaqlar… Xudu Məmmədov tarixin və Tanrının millətə bəxş etdiyi nemət idi.  Cisimlərdəki boşluq onu o qədər narahat etməzdi ki, millətin “boşluğu” onu çox sızladırdı:
 

Çiy yumurta soyulmaz,
Göydə ulduz sayılmaz,
Bütün xalqlar oyandı,
Mənim xalqım ayılmaz.


Xudu müəllim böyük alim idi. O, bu bayatını niyə yazdığını və bu bayatının bizə necə “lazım olduğunu” çox yaxşı  dərk edirdi. Bu bayatının hər misrasında nisgil var. Ən pis nisgil isə “ yaza bilirəm, amma insanları dəyişə bilmirəm” nisgili idi.  Özü deyirdi ki, dünya bildikdə bizim olur. Dünya bildiyimizdən artıq bizim ola bilməz. O, özünün təbi ilə desək, nə çiy yumurtanı soya bildi, nə göydə ulduzu saya bildi,  nə də …
Həqiqətləri yazmaq daha qorxunc idi. Dahilərin “qorxmağı” o qədər qorxunc  hissdir ki, heç kəs onu təsəvvür belə etmək istməzdi.

Onu tanımaq üçün arif olmaq lazım idi. Arif olmaq üçün  gərək ki, biraz elm və sözün nazın çəkəydin.

Xudu Məmmədov yollara bənzəyir. Danışdıqca tükənmir, getdikcə bitmir…  Biraz da dəryaları xatırladır;- “üzdükcə daha dərinə gedərsən”.

Anlayarsanmı? Bilməzdən, görməzdən gələrsənmi?-Onu özü anlayar, əlbət.

Xalqın ağır günlərinin şahidi olan görkəmli alim susa bilmirdi:


Anam ozan olubdur,
Dərdə dözən olubdur,
Dili haqdan bağlanıb,
Naxış düzən olubdur


 Əlacsızlığı demək üçün tribunalardan bağırmaq gərək idi? Bu xalq əyilsə də ,sınmamışdı. Amma  “qara millətin” rəngini “ ağaran” görən bu vətənpərvər insan yalnız çıxış yolu axtarırdı. Elə bir çıxış yolu ki, sonu qurtuluş olsun, aydınlıq olsun... Bu millətin qurtuluşundan  əvvəl Xudu Məmmədov 1988-ci ildə həm ömründən, həm də payızdan “qurtuluş etdi”. Bəli, 15 oktyabr tarixdə “rəngsiz bir gün idi”. Bu rəngsizlik bütövlükdə tarixə, elmə kədər gətirdi. Ürəyində gəzdirdiyi vətən sevgisini  özü birlikdə torpağa da hopdurdu. Ağdam təkcə 23.07.1993-cü ildə işğal edilməmişdi. Əslində tale Ağdamın köksünü 1988-ci il oktyabr ayının 15-də “işğal etmişdi”.


Vətən bağı al-əlvandı,
Yox içində Xarı bülbül.


Bu iki misra Ağdamın Xudusuz halının poetik formasıdır.

Özü həmişə deyərdi ki, kimsəyə yük olarsam, ölüm köməyim olsun. Heç kəsə yük olmadığı halda, əksinə millətinə, xalqına kömək olduğu vaxtda, ölüm ona “kömək oldu”!

1988-ci ildə Qarbağda başlanan çəkişmələrə şahid olan  görkəmli alim, çox təəssüf ki, cənnət Qarabağın azad günlərini görmədi.

İndi Qarabağ azaddır. O cənnət vətənin çiçəklənən dövrünü yaşayır. Ruhun şad olsun, böyük alim, görkəmli mütəfəkkir Xudu Məmmədov !
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:299
embedMənbə:https://adalet.az
archiveBu xəbər 16 Oktyabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri