Mirzoyan: Azərbaycanla sülh var, Türkiyə ilə sərhəd açıla bilər KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülhün mövcud olduğunu, Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində isə əhəmiyyətli irəliləyiş əldə edildiyini bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə Mirzoyan Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı danışıb.
“Azərbaycanla sülh var, baxmayaraq ki, hələ bir neçə addım atılmalıdır”, – o bildirib.
Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşdırılması prosesinə toxunan nazir sərhədin hələ də bağlı olduğunu, lakin prosesin xeyli irəlilədiyini qeyd edib.
“Biz Türkiyə ilə münasibətlərimizi normallaşdırırıq. Sərhəd hələ bağlıdır, amma düşünürəm ki, proses artıq xeyli irəliləyib və tamamilə mümkündür ki, sabah səhər oyanıb xəbərlərdə “Ermənistan-Türkiyə sərhədi açılıb” başlığını görək”, – Mirzoyan əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 14 Oktyabr 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















