Icma.az
close
up
RU
YAPa xalqın etimadı böyükdür

YAPa xalqın etimadı böyükdür

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Ölkəmizin həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasının 32 ili tamam olur. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət Heydər Əliyevin siyasi təcrübəsi, biliyi, xalq qarşısında göstərdiyi xidmətlər,, xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını Onun ətrafında sıx birləşdirdi.

Yeni Azərbaycan Partiyasının yaradılması zərurət idi. O vaxt cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, yenicə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir. Artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter almışdı. Daxildə gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdur. Həmin dövrün çətinlikləri xalqın böyük əksəriyyətinin arzu və istəklərini özündə ehtiva edən 91 nəfər ziyalının Ümummilli Lider Heydər Əliyevə ünvanladığı “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətində əksini tapmışdı. Həmin müraciətdə bildirildi ki, əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü fövlət xadimi qoyarsa o uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü, aparıcı qüvvəyə malik bir partiya kimi görürük. Ümummilli Lider Heydər Əliyev müraciətə “Yeni müstəqil Azərbaycan uğrunda” cavabında “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər” fikirləri ilə yeni yaradılacaq partiyanın gələcəyinə böyük inamını ifadə etdi. Beləliklə, Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirildi.
Dahi şəxsiyyət Heydər Əliyev Yeni Azərbaycan Partiyasını dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdi. Bu mühüm cağırış da səsləndirildi ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir. YAP yarandığı gündən “Güclü dövlət, yüksək rifah” prinsipini fəaliyyətinin önündə saxlayır. Ümumiyyətlə, YAP-ın yaranması ilə ölkəmizin həyatında yeni mərhələ başladı. Ölkənin uğurlarında Yeni Azərbaycan Partiyasının öz rolu və payı var. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni dövrün başlanğıcı oldu. Bu qayıdış Azərbaycanı həmin illərin xaosundan, anarxiyasından, özbaşınalıqlarından, iqtisadi böhranından xilas etdi, torpaqlarımızın işğalının qarşısını aldı. 1993-2003-cü illərdə yaradılan möhkəm təməl son 21 ilin uğurlarının əsası oldu. 2003-cü ildə cənab İlham Əliyev xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində bu çağırışı etdi ki, Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Son 21 ilin uğurları bu vədin özünü doğrultduğunu təsdiqləyir. Bu illər Yeni Azərbaycan Partiyasının həyatında da əhəmiyyətli rol oynadı.
Uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimiz 2021-ci ildə Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsini bir zərurətə çevirdi. Partiyanın VII qurultayında proqram xarakterli çıxışında “Bu gün Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin zərurəti məhz bu səbəblərdən doğur” söyləyən dövlət başçısı, YAP Sədri İlham Əliyev bildirdi ki, yeni bir vəziyyət yaranıb. Biz reallıqları yaradan ölkəyik. Bundan əvvəlki dövrlərdə də Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaratdı. Ölkəmizdə yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb.
Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq müasir dövrün çağırışları əsasında YAP-ın yeni Proqramı hazırlandı və 2021-ci ilin sonunda təsdiqləndi. “Biz birlikdə güclüyük!” devizi altında qarşıdakı dövrün hədəflərini açıqlayan yeni Proqramın son üç ildə uğurlu icrası göz qabağındadır. Yeni Azərbaycan Partiyasının qarşıdakı dövrdə görüləcək işləri sırasında hazırda işğaldan azad edilmiş ərazilərimizdə başlayan və geniş miqyas alan bərpa-quruculuq işlərini daha da sürətləndirmək, Böyük Qayıdışın tam şəkildə reallığa çevrilməsinə nail olmaq dayanır. YAP ölkəmizdə gedən bütün proseslərin mərkəzində dayanır. 32 ilin uğurları gələcəyə daha böyük inamla addımlamağa əsas verir. Xalqımızın Yeni Azərbaycan Partiyasına inamı, etimadı böyükdür. Cari ildə müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident və parlament seçkiləri bunun bir daha təsdiqi oldu.

Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2024 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gərilən yay Məryəm Bağırova yazır

01 İyun 2026 15:01see1050

Tramp yenidən hərbi əməliyyatlara başlamaq istəmir

01 İyun 2026 08:02see303

Yatmazdan əvvəl bunu yeyənlər sürətlə arıqlayır

01 İyun 2026 01:01see239

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see222

Bakıda “Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalının açılışı olub

31 May 2026 20:20see192

Bina çökdü, 11 nəfər öldü

01 İyun 2026 04:17see191

Gənclər niyə daha tez keçəlləşirlər..?

31 May 2026 19:15see190

“Əl ağacı, yoxsa vətəndaş?” Pərvanə Bayramqızı yazır

01 İyun 2026 09:00see188

Zelenski Rusiya ilə müharibədən danışdı: Masa arxasına əyləşib danışmalıyıq”

31 May 2026 22:25see187

“Liverpul”da daha bir ayrılıq

31 May 2026 23:42see184

Suzhou şəhərində keçirilən Beynəlxalq Ailə Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

31 May 2026 17:41see178

İran Prezident Administrasiyası Pezeşkianın istefa iddialarını təkzib edib

01 İyun 2026 02:57see174

Gürcüstan Parlamenti televiziya şirkətlərinin xaricdən maliyyələşməsini qadağan edən qanun qəbul edib

01 İyun 2026 00:34see173

Qocalmanı nələr sürətləndirir?

31 May 2026 20:40see172

Məktəb müəllimi vəfat ETDİ

01 İyun 2026 00:03see171

Bütün iPhone lar sınaqdan keçirildi: Ən yaxşı model açıqlandı

01 İyun 2026 02:31see168

Qordonun yerinə Liqa 1 dən namizəd

01 İyun 2026 03:17see163

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see160

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see158

Rusiya ordusu Zaporojyedə dəmir yolunu vurdu: Ölənlər və yaralananlar var FOTO

01 İyun 2026 04:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri