Icma.az
close
up
RU
Mirzoyan kimin sözünü danışır Paşinyanın, yoxsa...?

Mirzoyan kimin sözünü danışır Paşinyanın, yoxsa...?

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mətləb Salahov: “Ararat Mirzoyanın Paşinyanın sülh ritorikasına qarşı çıxması, Azərbaycanla münasibətləri şərt altına alması olduqca qaranlıq məqamlardan xəbər verir”

“Ararat Mirzoyanın dayanmadan sülh prosesini çətinə salan açıqlamalarla çıxış etməsi artıq elə bir həddə çatıb ki, erməni mediası belə bunu müzakirəyə çıxarıb. Çünki baş nazir Nikol Paşinyanın sülh ritorikası ilə onun komandasının əsas üzvlərindən sayılan xarici işlər naziri Ararat Mirzoyanın real sülhü şübhə altına alan bəyanatları arasında böyük uçurum var. Bu proses isə Vaşinqtonda Donald Trampın qarşısında Ermənistan hökümətinin öz üzərinə götürdüyü mühüm öhdəliklərə daban-dabana ziddir.”

Bu fikirləri SİA-ya şərhində jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, rəsmi İrəvan neçə illərdir ki, Ermənistanın öz günahı ucbatından bölgədəki mühüm iqtisadi və infrastruktur layihələrdən kənarda qalmasının acı nəticələrini aradan qaldırmağa çalışsa da, faktiki olaraq bu məqsədə xidmət edən real addımlar atmır. M.Salahovun fikrincə xüsusilə Azərbaycanla imzalanması planlaşdırılan Sülh Sazişi barədə rəsmi İrəvan diqqətçəkən işlərdən uzaq görünür: “Xüsusilə Ararat Mirzoyanın son bəyanatları hazırkı Ermənistan hakimiyyətinin sülh üçün səmimi və etibarlı olmadığına şübhələri artırmaqdadır. Bir çoxları bunu N.Paşinyanın Ermənistanın daxili ictimai-siyasi auditoruyasında özünə xal qazanmaq addımı kimi izah edirlər. Lakin bu absurd məsələdir. Çünki məhz elə N.Paşinyanın özü müharibədən sonrakı ilk günlərindən başlayaraq Ermənistanın tamamilə dəyişdirilməsinin vacibliyini dilə gətirir, keçmiş hakimiyyətlərin bu ölkəni xarabazarlığa və tiran ölkəsinə çevirdiklərini, bölgədəki inteqrasiyalardan kənar qoyduqlarını elan edir. Üstəlik bütün revanşistləri küncə sıxdığı və erməni keşişlərinə divan tutduğu bir vaxtda N.Paşinyanın A.Mirzoyanın bu sülhdənkənar ritorikasınamı ehtiyacı var? Bəlkə N.Paşinyan radikal revanşistlərin hədəfinə çevrilməmək üçün XİN rəhbərini Azərbaycan və sülh əleyhinə danışdırır? Bunlar qəti inanılası ciddi arqumentlər deyil. Çünki 44 günlük müharibədəki acı məğlubiyyətdən sonra Erməni cəmiyyəti N.Paşinyanı ona görə dəstəklədi ki, üfunət iyi verən Ermənistanı dəyişdirmək istəyində idi. Ermənistanı dalanın dibindən qurtarmaq və bölgədəki inteqrasiya prosesinə qoşmaq üçünsə mütləq Azərbaycanlıa Sülh Sazişi imzalanmalıdır. Sülh Sazişi üçün isə beynəlxalq hüquqa zidd və Azərbaycana qarşı ərazi iddiaları ilə “zəngin” olan hazırkı Ermənistan konstitusiyasının dəyişdirilməsi ilk şərtlərdən biridir. Bunu Ermıənistanda ağlı başında olan istənilən şəxs əla bilir. Belə olan halda Ermənistan XİN rəhbərinin Konstitusiya dəyişikliyinə qarşı çıxması Paşinyanın sülh ritorikasının tam əksinə olaraq Azərbaycanla münasibətləri şərtlər altına alması olduqca qaranlıq məqamlardan xəbər verir”.

Ayşən Vəli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see433

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see409

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see320

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see307

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see274

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see274

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see266

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see261

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see258

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see250

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see249

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see231

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see216

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see214

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see210

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see206

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see206

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see201

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see199

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri