Icma.az
close
up
RU
Ararat Mirzoyan Paşinyanın “kartlarını” açır...

Ararat Mirzoyan Paşinyanın “kartlarını” açır...

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Mətləb Salahov: “Konstitusiya dəyişikliyindən imtina “real sülhdən çox uzaqıq” deməkdir”

“Mən bir müddət öncə də bu barədə demişdim: rəsmi İrəvan əksər maddələrində Azərbaycana qarşı ərazi iddiası olan və beynəlxalq hüquqa zidd sayılan hazırkı Konstitusiyanı dəyişdirməkdən imtina etməklə getdikcə real sülh prosesindən uzaqlaşır. Əvvəlcə Ermənistan XİN sözçüsü çıxıb heç br konstitusiya dəyişikliyindən söhbət getmədiyini dedi, ardınca Ararat Mirzoyan yenicə açıqlama yaydı ki, “bizim Azərbaycan qarşısında Konstitusiya dəyişikliyi barədə öhdəliyimiz yoxdur”. Bunu o adam elan edir ki, Nikol Paşinyanla birlikdə bu ilin avqust ayında Vaşinqtonda Donald Trampın qarşısında sülh prosesi üçün öhdəlik götürmüşdülər.
Məgər A.Mirzoyana aydın deyil ki, bir sıra müddəaları başqalarının ərazi bütövlüyünü təhdid edən bu təcavüzkar konstitusiya dəyişilməsə Azərbaycanla hansısa real sülh olmayacaq? Məncə bu məsələdə ənənəvi erməni hiyləgərliyi ön plandadır.Ya N.Paşinyan və komandası artıq quyruqlarının qapı arasından çıxdığını düşünür, ya da həmişəki kimi riyakar mövqe sərgiləməklə xaricdə daha güclü himayədar axtarmağa və daxili siyasətdə xal qazanmağa çalışırlar”.
Bu fikirləri SİA-ya şərhində jurnalist-ekspert Mətləb Salahov deyib. Onun fikrincə artıq A.Mirzoyan səviyyəsində Bakıya qarşı bu cür riyakar yanaşma İrəvanda sülh əvəzinə riyakar diplomatiyaya sarıldığını açıqca ortaya qoyur. “Bu, açıq-aşkar sülh müqaviləsinə qarşı baş qaldırmaqdır. Çünki Ermənistanda bütün sosial təbəqələrə və siyasi qruplara aydındır ki, rəsmi Bakı özünə qarşı təcavüzkar maddələrlə dolu hazırkı konstitusiya dəyişilmədən Sülh Müqaviləsinə yaxın durmayacaq. Çünki konstitusiya dəyişikliyi olmadan Sülh Müqaviləsi imzalansa belə, bu real sülh olmayacaq.
Müvəqqəti kağız parçası olacaq. Görünür ənənəvi erməni təxribatı yenə baş qaldırıb. Sabah N.Paşinyan və komandası konstitusiya dəyişikliyi etmədən durub çığır-bağır salacaqlar və Donald Trampı belə “fakt” qarşısında qoyacaqlar ki, “baxın, biz sülh müqaviləsinə hazırıq, amma Azərbaycan qəbuledilməz şərtlər irəli sürür”.
Belə görünür ki, biz ənənvi erməni hiyləgərliyi ilə yenə üz-üzə qalacayıq. Çünki hazırkı erməni hakimiyyəti və onun komandası real sülhə hazır görünmür, əksinə təxribat yolu tutublar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Oktyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see337

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see313

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see310

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see284

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see278

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see276

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see272

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see268

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see257

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see253

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see249

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see249

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see219

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see217

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see210

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see198

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see198

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see193

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri