Icma.az
close
up
RU
Mirzoyan və Paşinyan xalqı bəhanə gətirərək vaxt qazanmağa çalışır ŞƏRH

Mirzoyan və Paşinyan xalqı bəhanə gətirərək vaxt qazanmağa çalışır ŞƏRH

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bəzi Qərb dairələri Ermənistanı qurban verərək Azərbaycan, Türkiyə və bütövlükdə Türk dünyasına qarşı süni “sərhəd sipəri” yaratmaq istəyirlər


“Paraflanmış sazişdə mahiyyət etibarı ilə bir ölkə üçün yaxşı, digəri üçün pis olan heç bir müddəa yoxdur”.

Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Paraflanmış saziş və imzalanmış bəyannamə hər iki ölkə üçün qarşılıqlı faydadan qaynaqlanır”, - nazir bildirib.

Mirzoyanın sözlərinə görə, nəqliyyat dəhlizlərinin açılması ərazi bütövlüyü, dövlətlərin sərhədlərinin toxunulmazlığı, suverenliyi və yurisdiksiyası çərçivəsində baş verir:

“Azərbaycan öz infrastrukturuna, biz də öz infrastrukturumuza nəzarət edəcəyik. Azərbaycan Ermənistan ərazisindən keçməklə Naxçıvanla əlaqə yaratmaq üçün maneəsiz marşruta çıxış əldə edəcək.

Bu infrastrukturların açılmasından əvvəl (həmin istiqamətdə) demarkasiya olmalı, bu tərəfdə Ermənistan, o tərəfdə Azərbaycan bayrağı qoyulmalıdır, sərhəd-keçid məntəqəsi tikilməlidir, sərhəd-gömrük xidmətləri olmalıdır. Bu, iki ölkənin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində olacaq, razılaşdırdıqlarımızı yazmışıq. Yazılanlardan başqa heç bir razılaşma yoxdur”.

Eyni zamanda Ararat Mirzoyan bəyan edib ki, ölkəsi Azərbaycan qarşısında konstitusiya dəyişiklikləri ilə bağlı heç bir öhdəlik götürməyib. Onun sözlərinə görə, konstitusiya məsələsi Vaşinqtonda keçirilən danışıqlarda müzakirə olunmayıb və Ermənistan heç bir üçüncü ölkə qarşısında bu istiqamətdə öhdəlik daşıdığını qəbul etmir.


Siyasi şərhçi Həşim Səhrablı Sherg.az-a deyib ki, Mirzoyanın fikirlərində, daxili auditoriyaya hesablanıb:


"Çünki Ermənistan cəmiyyəti, 200 ilə yaxındır Rusiyanın və Qərbin, xüsusilə də kilsələrin təsiri ilə şövinist bir toplum halına gəlib. Bu gün Ermənistan cəmiyyəti sağlam və sivil düşünmə qabiliyyətindən uzaqdır. Onlar üçün yalnız mifik obrazlar, “dənizdən-dənizə Ermənistan”, “Böyük Ermənistan” kimi xülyalar mövcuddur. Bu təsəvvürlər isə Avropa və Rusiyadakı kilsələrin təsiri ilə Türk-müsəlman dünyasına qarşı yönləndirilib. Beləliklə, erməni cəmiyyəti Türk və müsəlman kimliyini özünə təhdid hesab edir. Həmçinin öz “böyük xülyalarını” gerçəkləşdirmək üçün terrora, kütləvi qırğınlara, soyqırımlara əl atmaqdan çəkinməyən bir toplum kimi formalaşıb. Məhz buna görə Mirzoyan və ümumilikdə Paşinyan hakimiyyəti anlayır ki, bu gün Azərbaycan və Türkiyə ilə barışmağı erməni cəmiyyətinə asanlıqla qəbul etdirmək mümkün deyil. Onlar “alışdırma prosesi” adlandırıla biləcək bir mərhələ həyata keçirmək məcburiyyətindədirlər. Yəni cəmiyyəti öz legitimliklərini itirmədən, addım-addım bu prosesə hazırlamağa çalışırlar.

Amma unutmamaq lazımdır ki, Ararat Mirzoyan da, Nikol Paşinyan da erməni cəmiyyətinin nümayəndələridir. Onlar da bu toplumun içindən çıxıblar və müəyyən mənada həmin ideoloji-mifik təsirlərdən bəhrələniblər. Sadəcə reallığı daha yaxşı görə bilirlər. Onlar anlayırlar ki, bu miflər Ermənistanı qurban verir. Necə ki, Qərb Ukraynanı Rusiyaya qarşı alova atır".


Analitik əlavə edib ki, bu gün bəzi Qərb dairələri Ermənistanı qurban verərək Azərbaycan, Türkiyə və bütövlükdə Türk dünyasına qarşı süni “sərhəd sipəri” yaratmaq istəyirlər:

"Ona görə də Mirzoyan və Paşinyan xalqı bəhanə gətirərək əslində vaxt qazanmağa çalışırlar. Ermənistan rəsmilərinin düşüncəsinə görə, Ermənistan müəyyən müddət nəfəs almalı, yeni xarici havadarlar və hərbi-texniki bazalar formalaşdırmalı, sonra isə yenidən güclü “Ermənistan faktoru”nu meydana çıxarmalıdır.

Vaşinqton razılaşmalarına nəzər saldıqda görürük ki, burada əsas məqam tərəflərin bir-birinə qarşı ərazi iddiası irəli sürməməsi məsələsidir. Azərbaycan da haqlı olaraq tələb edir ki, əgər ərazi iddialarından imtina olunursa və mövcud sərhədlər tanınırsa, onda Ermənistan Konstitusiyasında ərazi iddiası əks etdirən maddələr çıxarılmalıdır. Burada ziddiyyət yoxdur. Ancaq Ermənistanın əvvəlki və indiki hakimiyyətləri bu tələbi görməzdən gəlir, Konstitusiyanın dəyişdirilməməsində israr edirlər. Bu isə açıq şəkildə vaxt qazanmaq məqsədi daşıyır. Azərbaycan isə bu məkrli niyyətləri yaxşı anlayır. Odur ki, rəsmi Bakı ermənilərə problemi sivil-dinc metodlarla həll etmək üçün şans verir. İndi qərar Ermənistanın öz əlindədir: ya bu şansı düzgün dəyərləndirəcəklər, ya da tarix onlara növbəti sərt dərsini verəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Avqust 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see291

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see288

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see247

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see229

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see192

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see187

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see187

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see149

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see140

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see139

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see135

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see129

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see129

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see125

Flik: “Belə bir “Çelsi”yə qarşı on nəfərlə oynamaq asan deyil”

26 Noyabr 2025 03:08see121

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see120

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri