Icma.az
close
up
RU
Paşinyan reallıqların fərqində olsa da, vaxt qazanmağa çalışır TƏHLİL

Paşinyan reallıqların fərqində olsa da, vaxt qazanmağa çalışır TƏHLİL

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qulamhüseyn Əlibəyli: "Revanşistlər, erməni kilsəsi və lobbi toplumu yalan vədlərlə müharibəyə səsləyir"


Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycanla sülh prosesindən danışıb. Baş nazir vurğulayıb ki, sülh müqaviləsində Konstitusiya dəyişiklikləri və dəhlizlə bağlı məsələlər yer almır. Onun sözlərinə görə, tərəflər arasında razılaşdırılmamış maddələrdən biri sərhəddə "üçüncü ölkə qüvvələrinin yerləşdirilməsi", digəri isə beynəlxalq qurumlardakı hüquqi və digər diplomatik mübahisələrə aiddir: "Burada çoxsaylı qatlar və nüanslar var. Xüsusilə, tərəflər sərhəddə avropalı müşahidəçilərin qalması məsələsində razılığa gələ bilməyiblər". Paşinyanın qənaətincə, 12-ci dəfə təkliflər paketini almaqları sülh prosesinin dalana dirənmədiyini göstərir: “İndi biz öz təkliflərimizi təqdim etməliyik, yəni proses gedir. Digər tərəfdən, etiraf etməliyik ki, delimitasiya komissiyaları işləyir. Biz də həll yolunu təklif etmişik və ümid edirik ki, Azərbaycan bu həllə müsbət cavab verəcək. Obyektiv təhlil göstərir ki, ondan imtina etmək üçün heç bir əsas yoxdur. Söhbət Ermənistanla Azərbaycan arasında dəmir yolu nəqliyyatından, yəni Azərbaycanın qərbindən Naxçıvana və Ermənistandan Ermənistana – Arazdəyəndən Mehriyə qədər olan əlaqədən gedir. Həm də hər iki ölkə beynəlxalq yükdaşımalar üçün bir-birinin ərazisindən keçən dəmir yollarından istifadə etmək imkanı əldə edəcək”. O həmçinin qeyd edib ki, Ermənistan Azərbaycanla dəmir yolunun istismar şərtlərini daha da sadələşdirməyə hazırdır: “Mən tez-tez təhlil edir və düşünürəm ki, Azərbaycan niyə bizim təklifimizə mənfi reaksiya verməlidir. Və obyektiv təhlil göstərir ki, imtina üçün heç bir əsas yoxdur”. Müharibə ehtimalı ilə bağlı sualı cavablandıran baş nazir regionda belə bir təhlükənin olmadığını bildirib: “Mən belə dəyərləndirirəm ki, regionda müharibə və ya eskalasiya üçün nə səbəb, nə şərt, nə də əsas var”. 

Məlumat üçün deyək ki, Ermənistan birtərəfli qaydada AB-nin “müşahidə missiyası”nın mandatını 2027-ci ilin fevralına qədər uzadılıb. Ekspertlər vurğulayıblar ki, İrəvan hökumətinin "silahlanmaya nəzarətlə bağlı" təklifi" müzakirə predmeti deyil. Bu bənd sülh sazişinin mətnində yoxdur. Müharibədə məğlub olan ölkənin qalib ölkəyə “silahlarımıza qarşılıqlı nəzarət edək” təklifinin irəli sürülməsi məntiqsizdir. Tarixdə də belə bir hal olmayıb ki, qalib ölkə məğlub ölkənin tələbini yerinə yetirsin. Həm də Azərbaycanın silahlanması yalnız Ermənistanla əlaqəli deyil, bölgədə müxtəlif çağırışlara adekvat cavabdır. Eyni zamanda Paşinyanın “tərəflər sərhəddə avropalı müşahidəçilərin yerləşdirilməsi məsələsində razılığa gələ bilməyib” ifadəsinin ünvanı da Bakı yox, İrəvandır. 


Politoloq Qulamhüseyn Əlibəyli "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistan müxtəlif bəhanələrlə prosesi uzatmağa çalışır. Siyasi şərhçinin sözlərinə görə, İrəvan hökuməti Qərb ölkələrinin Cənubi Qafqazda qalmasında maraqlı olduğunu gizlətmir: 


"Bir ölkə durmadan silahlanır, ağır hərbi texnikaları şərti sərhədlərə daşıyır, səngər qazır, istehkam qurğuları tikirsə, sülhdə səmimi olması inandırıcı deyil. Ermənistanın Fransa, Hindistan və digər dövlətlərdən əldə etdiyi silahlar müdafiə xarakterli olsaydı, başa düşmək olardı. Məsələ ondadır ki, erməni tərəfi hücum silahları ilə təchiz olunur. Ermənistan daxilində də vəziyyət qarışıb. Revanşistlər, erməni kilsəsi və lobbi toplumu yalan vədlərlə müharibəyə səsləyir. Paşinyan reallığın fərqində olsa da, yaranmış durumdan faydalanaraq vaxt qazanmağa çalışır. Baş nazir Bakı-İrəvan arasında 12 dəfə gedib-gəlmiş sülh sənədini prosesdə "irəliləyiş" kimi görür. Lakin İrəvanın ən xırda detalları ciddi məsələ kimi qabartmasının, lüzumsuz təkliflərlə yenidən Bakıya göndərməsinin özü prosesi yubatmağa hesablanmış addımdır. Heç bir irəliləyişdən söhbət getmir. Paşinyan hökumətinin mövqeyini faktiki olaraq sülh sazişindən imtina kimi görürəm. Hesab edirəm ki, yaxın aylarda, hətta bu il ərzində sülh müqaviləsinin imzalanması baş tutmayacaq". 


Q.Əlibəyli vurğulayıb ki, Bakının konkret tələbi odur ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası aradan qalxmalıdır: 

"Ermənistan isə qanunvericiliklə bağlı müzakirələri 2026-27-ci illərə saxlayıb. Deməli, İrəvan hökumətinin Azərbaycan ərazilərinə iddiadan əl çəkməsi də şübhəlidir. Paşinyana Konstitusiya dəyişikliyi daha çox öz hakimiyyətini möhkəmləndirmək üçün lazımdır. Avropa İttifaqının "mülki missiyası" hələ də Ermənistandadır və fəaliyyət müddəti daha 2 il uzadılıb. Bu, o deməkdir ki, ən azı 2 il müddətində sülh sazişinin imzalanması nagümandır. Çünki "üçüncü qüvvələrin sərhəddə yerləşməsi" davam edəcək. Paşinyan "irəliləyiş" deyəndə öz ambisiyalarındakı irəliləyişi nəzərdə tutur. Ermənistan rəhbərliyi Azərbaycandan Naxçıvana keçidi İrandan keçən yol kimi eyni prinsiplə açmağa hazır olduğunu deyir. Paşinyan bunu bir neçə dəfə söyləyib. Digər təklifi odur ki, İrəvan qarşılıqlı əsasda yolun işləmə rejimini sadələşdirməyə hazırdır. Bu da yeni təklif deyil. Göründüyü kimi, Paşinyan əvvəlkitək Zəngəzur dəhlizindən maneəsiz keçidin əleyhinədir. Digər təkliflərin hamısı bəhanədir". 


Həmsöhbətimiz sülh prosesinə Rusiya təhdidindən də söz açıb: 

"Rusiya hər zaman çalışıb ki, Cənubi Qafqazdan çıxmasın. Düzdür, hazırda Moskvanın mövqeləri xeyli zəifləyib. Üstəlik, Azərbaycan rus sülhməramlılarını ölkədən çıxarmağa nail olub. Paşinyan da Rusiyanın təzyiqlərindən xilas olmağa cəhd göstərir. Amma Ukrayna ilə müharibə sona çatarsa, ən azından atəşkəs imzalanarsa, Rusiya üzünü yenidən regionumuza çevirəcək. Onsuz da Kreml rəsmiləri dəfələrlə vurğulayıblar ki, Rusiya Cənubi Qafqazdan çıxmayıb və kənarlaşmaq niyyəti də yoxdur. Moskvanın Bakıya təzyiq rıçaqları zəifdir, əsasən miqrantlar məsələsini qabardırlar. Rusiyanın Ermənistana təzyiq imkanları isə hələ də genişdir. Bu da sülh prosesində müəyyən proseslərə səbəb ola bilər". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Fevral 2025 05:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri