Paşinyan alternativlər məsələsini gündəmə gətirərək əsas mövzudan diqqəti yayındırmağa çalışır Deputat
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan çox yaxşı başa düşür ki, Zəngəzur məsələsi bəzi ölkələrdə gərginliyə səbəb ola biləcək bir siyasətin yürüdülməsi ilə nəticələnə bilər. Son zamanlar xüsusilə İranın fəallığını müşahidə edirik. Zəngəzur dəhlizi və ya TRIPP layihəsi İranın milli maraqları ilə uyğun olmadığını açıq şəkildə dilə gətirib. Paşinyan da yaxşı anlayır ki, bu layihə yalnız ABŞ faktoru ilə deyil, həm də regionda geosiyasi maraqları olan digər dövlətlərin də maraqlarına cavab verən bir şəkildə həyata keçirilməlidir. Buna görə də, Paşinyan alternativ marşrutları gündəmə gətirərək diqqəti Zəngəzur dəhlizindən yayındırmağa çalışır. Nəqliyyat kommunikasiyalarının açılması, xüsusən Azərbaycan və Türkiyə ilə əlaqələrin qurulması, böyük maliyyə xərcləri tələb edəcək bir layihədir və bu cür layihələrin qısa müddətdə həllini tapması çətin olacaq".
Bu barədə Redaktor.az-a Milli Məclisin deputatı Azər Allahverənov danışdı.
Onun sözlərinə görə, əgər konkret olaraq Qazax rayonu üzərindən keçən və İcevanı əlaqələndirən dəmir yolundan söhbət gedirsə, burada Azərbaycan ərazisində heç bir problem olmadığı açıqdır:
"Lakin Ermənistan tərəfində, yəni İcevan ilə əlaqələndirən dəmir yolunun böyük hissəsi sökülüb və həmin marşrut artıq mövcud deyil. İcevanla Dilicanı birləşdirən dəmir yolunun vəziyyəti də çox pisləşib. Bu, təxminən 70-80 kilometrlik bir ərazidə yenidən infrastruktur qurulmasını tələb edir ki, bu da böyük maliyyə vəsaiti tələb edən bir məsələdir. Bu səbəbdən Paşinyan alternativlər məsələsini gündəmə gətirərək əsas mövzudan diqqəti yayındırmağa çalışır. Ermənistanın üzərində konkret bir öhdəlik var, çünki 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Ermənistan üçtərəfli bəyanat imzalayıb. Bu sənəddə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında nəqliyyat və iqtisadi kommunikasiyaların açılması nəzərdə tutulub. Paşinyan bu öhdəlikləri yerinə yetirmək əvəzinə, müxtəlif manipulyasiyalarla diqqəti başqa mövzulara yönəldir. Beş ildən artıq bir müddət ərzində Ermənistan bu öhdəlikləri yerinə yetirməyib və bunun nəticəsi olaraq ABŞ ilə əldə olunan 8 avqust Vaşinqton razılaşmalarının imzalanması baş verdi".
Millət vəkili qeyd etdi ki, yaşanan problemlər, Ermənistanın zamanında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsindən irəli gəlir.
"Bu gün isə Paşinyan öhdəliklərinin reallaşması ilə bağlı konkret addımlar atmaqdansa, siyasi manevrlər etməyə üstünlük verir. Parlament seçkiləri ərəfəsində Paşinyan cəmiyyətdə gərginlik yarada biləcək mövzuları diqqətdən yayındırmağa çalışır. Nəticə etibarilə, o, əsas məsələlərdən və öhdəliklərdən diqqəti yayındırmaq üçün müxtəlif mövzuları gündəmə gətirir. Bununla yanaşı, Paşinyan hakimiyyətdə olduğu dövr ərzində vaxt qazanmağa çalışıb. Bu yanaşma bir çox məsələlərdə özünü göstərib və son günlərdə Türkiyə ilə və ya Azərbaycanla Qazax üzərindən açılacaq dəmir yolu məsələsi də bu cür mövzulardan biridir. Son nəticədə, Paşinyanın bu yanaşması siyasi iradə və maliyyə resurslarının çatışmazlığını əks etdirir. Ermənistanın bu infrastruktur layihələrinin həyata keçirilməsi üçün nə siyasi iradəsi, nə də kifayət qədər maliyyə resursu mövcuddur. Bu səbəbdən, Paşinyan vaxt qazanmaq üçün hər dəfə yeni mövzuları gündəmə gətirir və əsas məsələlərdən yayınmağa çalışır", - deyə Azər Allahverənov yekunlaşdırdı.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 19 Dekabr 2025 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















