Mirzoyanın Türkiyə ilə bağlı pıçıltısı canlı efirə düşdü VİDEO
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın gizli pıçıltısı paytaxt İrəvanın rayonlarından birində Nikol Paşinyanın seçki kampaniyası zamanı gözlənilmədən canlı efirə sızıb.
Bizim.Media xəbər verir ki, nazirin Baş nazirə yönəlmiş sözləri mikrofon vasitəsilə aydın eşidilib.
Mirzoyan Paşinyana tərəf əyilərək: "Türklər bu gün açırlar. Bir "xoş gəldin" mətni, XİN mətbuat katibindən bir şərh hazırlayaq", - deyə bildirib.
Lakin səs yazısından söhbətin konkret olaraq hansı "açılış"dan getdiyini anlamaq mümkün olmayıb.
Paşinyan əvvəlcə sinəsindəki mikrofonu əli ilə bağlamağa çalışsa da, daha sonra nazirə səsin açıq olduğunu birbaşa işarə edib.
Buna baxmayaraq, ikili arasındakı dialoq artıq efirə gedib və qısa müddətdə Ermənistan mediası ilə sosial şəbəkələrdə geniş yayılıb. (Musavat.com)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 12 May 2026 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















