Icma.az
close
up
RU
Mirzoyanın yaddaş problemi

Mirzoyanın yaddaş problemi

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yazud "likbez"ə ehtiyacı olanların menyusuna

Yaddaşın pozulması beyin toxumasının mağara təfəkkürünə çevrilən ağır üzvi zədələnməsidir. Pəhriz saxlamaqla, dua etməklə, habelə fiziki üsullarla müalicə olunur. Belə müalicələr e ekt verməyəndə yaddaş pozğunluğu ağlın itirilməsinə gətirib çıxarır.

Bir də var elementar savadsızlıq sindromu. Onun aradan qaldırılması isə artıq diplomatik təbirə çevrilmiş “likbez” (likvidasiya bezqramotnosti – red.) kimi maarifləndirmə prosesi ilə mümkündür. Tarixi savadsızlıqla yaddaşın pozulması arasında müqayisə qüsurlu görünsə də, belə hallara da rast gəlinir. Necə ki, Ermənistanın baş diplomatı Ararat Mirzoyanın mətbuat konfransında söylədiklərində belə xəstəliklərin əlamətləri hiss olunmaqdadır. 

Mirzoyan iddia edib ki, “Azərbaycanın Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı ilə bağlı bəyanatları onun Ermənistana ərazi iddialarının sübutudur”. Bunun ardınca erməni nazir “tarix üzrə biliklərini” nümayiş etdirməyə girişib. Onun sözlərinə görə, 1987-1991-ci illərdə Ermənistan hökuməti 160 mindən çox azərbaycanlıya kompensasiya ödəyib, 12 min soydaşımız isə Azərbaycanda yaşayan ermənilərlə evlərini mübadilə edib. Yəni, hər şey sivil qaydada, beynəlxalq hüquqa, konvensiyalara uyğun şəkildə həyata keçirilib. Əslində, Mirzoyan məlum faktları təhrif etməklə azərbaycanlıların Ermənistandan deportasiya olunduqlarını etiraf etmiş olur. Onun hay məntiqi ilə indi soydaşlarımızın geri qayıdışı da beynəlxalq hüququn predmetinə çevrilməlidir. 

***

Ermənistan xarici işlər nazirinin siyasi və hüquqi cəhətdən bu gülünc bəyanatı bizi yaxın tarixə qısa ekskursa vadar edir. Konkret olaraq Dağlıq Qarabağ münaqişəsinin qızışdırıldığı 1980-ci illərin sonlarında baş verən hadisələrə nəzər salaq. 1987ci ilin noyabrında Ermənistan SSR-nin Qafan və Meğri rayonlarında etnik iğtişaşlar başladı, nəticədə bir neçə yüz azərbaycanlı Azərbaycana qaçmağa məcbur edildi. Həmin ilin dekabrında iki yük qatarı Ermənistanın Qafan rayonundan olan qaçqınları Bakıya çatdırdı. 1988-ci il yanvarın 25-də Qafan rayonundan Bakıya azərbaycanlılarla dolu dörd avtobus gəldi. Qışın oğlan çağı Kəlbəcərin, Laçın dağlarını aşaraq Azərbaycana pənah gətirən qadın, uşaq və qocaların çoxu döyülüb incidilərək qovulmuşdu. Bəli, onlar məhz etnik mənşəyə görə – azərbaycanlı olduqları üçün Ermənistandan qovuldular. O zaman nə beynəlxalq təşkilatlar, nə hüquq müdafiəçiləri aşkar deportasiyaya reaksiya verdi, nə də Sovet ttifaqının mərkəzi mətbuatı bu məsələni işıqlandırdı. ünki beynəlxalq təşkilatların, hüquq müdafiəçilərinin, eləcə də medianın xaçpərəst haylara etnik rəğbətləri qarşısında azərbaycanlı qaçqınlar mövcud deyildi. Avropada, okeanın o tayında ermənipərəst mərkəzlər tərəfindən hazırlanan məkrli planın reallaşmasına start verilmişdi. Sonra bölgədə baş verən proseslər və sonluq hər kəsə məlumdur. Vaxt dolandı və dövran Ermənistanın xeyrinə deyil, tamamilə əks istiqamətdə dəyişdi. Bütün bunlardan sonra hayların Azərbaycan və Türkiyə ilə barışıq, əməkdaşlıq barədə bəyanatlarının səmimiliyinə necə inanasan?

***

 Biz Qərbi Azərbaycana mütləq qayıdacağıq. Yanvarın 7-də yerli telekanallara müsahibəsində Azərbaycan Prezidenti lham Əliyev bu məsələ barədə də ətraflı danışdı. Azərbaycanlıların öz yurdların qayıdış məsələsinin Ermənistanın ərazi bütövlüyü və suverenliyi məsələsinə aidiyyəti olmadığını bildirən dövlətimizin başçısı rəsmi rəvanın sadəcə soydaşlarımızın o torpaqlarda normal və təhlükəsiz yaşaması üçün şərait yaratmalı, buna dövlət səviyyəsində zəmanət verməli olduğunu vurğuladı. Bunu beynəlxalq hüquq, insan haqları və Ermənistanın qoşulduğu konvensiyalar tələb edir. 

Yəni, burada üzərində baş sındırmalı tapmaca yoxdur. Mirzoyan məlum açıqlaması ilə aranı qəsdən qarışdırmaq, dünyanın gözündə Azərbaycanın “hücuma hazırlaşan  qəsbkar ölkə” obrazını yaratmaq və sülh sazişi üzərində işi acı bağırsaq kimi uzatmaq niyyəti güdür. Bakı rəvanın bu cür hiyləgər və məkrli “diplomatik gedişlərini” çox görüb. Hayların yaddaş bəlasına düçar olmuş baş diplomatı həyasızcasına bəyan edir ki, “Qarabağdan zorla çıxarılan ( ) ermənilərdən fərqli olaraq azərbaycanlılar Ermənistanı kifayət qədər sivil qaydada tərk ediblər”. Yəqin Qərbi Azərbaycan cmasının arxivində soydaşlarımızın doğma yurdlarından hansı “sivil qaydada” deportasiya edilmələrini əks etdirən video-materiallar var. Həmin əyani sübutları Mirzoyanın elektron poçtuna göndərsinlər.

Artıq Qərbi Azərbaycana qayıdış siyasidən daha çox hüquqi məsələdir. Yəni, Qayıdış Konsepsiyası beynəlxalq hüquqla əsaslandırılmış bir sənəddir. Həmin sənəddə separatçılıq, ərazi iddiaları kimi müddəalar yoxdur. Sadəcə, Hayastanın baş nazirindən tutmuş, bütün siyasilər Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı ilə bağlı məsələ üzərində manipulyasiya edir, ictimai rəyə bunu Azərbaycanın Ermənistana ərazi iddiası kimi sırımağa çalışırlar. Alınmayacaq. ünki rəvan yenə də yalan üfürməklə, tarixi saxtalaşdırmaqla məşğuldur.

Əgər Paşinyan iki ölkə arasında möhkəm və etibarlı sülhdən, demokrat siyasətçi olduğundan danışırsa, qoy bunu sözdə deyil, əməldə sübut eləsin.

İ.HƏSƏNQALA

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Yanvar 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda problem: Çətirlər yağış üçün yox, kondisioner suyu üçün açılır (VİDEO)

09 Avqust 2026 10:21see218

Tələbələr yaşamadıqları mənzilin kirayəsini ödəyirlər? − Video

09 Avqust 2026 11:17see218

Ən tələbkar üç BÜRC Güzəştə getmirlər

09 Avqust 2026 21:56see216

Xameneinin videosu köhnədir?

09 Avqust 2026 15:56see211

SOCAR KBR in meneceri Binəqədi 38 MMMC də dərəbəylik yaradıb…

10 Avqust 2026 11:11see210

Qəbul imtahanlarında yeni model: situasiya suallarının qiymətləndirilməsi nə qədər şəffafdır?

09 Avqust 2026 13:01see209

Koreya Futbol Assosiasiyası hakimlər üçün seks xidmətləri qalmaqalına görə üzr istəyib

09 Avqust 2026 04:11see202

DİN dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın FOTO

09 Avqust 2026 16:40see187

Onlar alman cəmiyyətində qorxu yaratmağa çalışırlar Nazir

10 Avqust 2026 02:03see185

Sabir Rüstəmxanlının çin olan kədərli yuxusu...

10 Avqust 2026 07:00see184

Tramp: ABŞ İranla yarımçıq danışıqlar aparır

10 Avqust 2026 01:07see183

David Seliverstovun Gürcüstanda kazinoda dava saldı, antisemitizmdən dəm vurdu VİDEO

09 Avqust 2026 20:53see174

Ərdoğana sui qəsd hazırlayan FETÖ çülər saxlanıldı

10 Avqust 2026 22:34see173

Ceki Can Bakıda restoranda bu mahnını dinlədi VİDEO

11 Avqust 2026 00:53see168

Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü

10 Avqust 2026 00:31see163

“Sabah” “Orhus”un planlarını dəyişdi Liqa matçı təxirə salındı

09 Avqust 2026 21:14see163

Fidan: “Rusiya çıxılmaz vəziyyətə düşərsə, nüvə silahından istifadə edə bilər”

09 Avqust 2026 06:50see162

Çox ləzzətli məzə resepti

09 Avqust 2026 04:04see160

ABŞ Hörmüz boğazındakı gəmilərlə bağlı məlumat yayıb

09 Avqust 2026 06:34see156

Küçə lampalarını əvəz edə biləcək bitkilər yetişdirildi

11 Avqust 2026 02:18see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri