Misin qiyməti son 55 ilin rekordunu yeniləyib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 9 iyul, AZƏRTAC
ABŞ-ın mis idxalına 50 faizlik gömrük rüsumu tətbiq etməsi barədə xəbərlər fonunda Nyu-Yorkun “Comex” birjasında bu metalın fyuçersləri 13 faiz bahalaşaraq 1969-cu ildən bəri ən yüksək səviyyəyə çatıb.
AZƏRTAC xəbər verir ki, “Financial Times” qəzetinin məlumatına görə, ticarət sessiyasının sonunda misin qiyməti yeni tarixi maksimuma – funtu 5,69 dollara yüksəlib.
ABŞ Prezidenti Donald Tramp kabinetinin iclasında mis idxalına 50 faizlik rüsumun tətbiqinin məntiqli olduğunu deyib. Daha sonra Birləşmiş Ştatların ticarət naziri Hovard Latnik CNBC telekanalına müsahibəsində tarifin cari ayın sonlarında və ya avqustun əvvəlində qüvvəyə minəcəyini bildirib.
Qeyd edək ki, Çili ABŞ-a ən böyük mis tədarükçüsüdür. Birləşmiş Ştatlara ümumi idxalın təxminən 70 faizi bu ölkənin payına düşür. Həmçinin Kanada və Perudan ABŞ-a böyük həcmdə mis idxal olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 09 İyul 2025 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















