Icma.az
close
up
RU
Misir də qarışdı: Sisi tab gətirə biləcəkmi? (ŞƏRH)

Misir də qarışdı: Sisi tab gətirə biləcəkmi? (ŞƏRH)

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

"Baltimorechronicle" nəşrinin məlumatına görə, artıq kütləvi etirazlar daha bir ərəb ölkəsini - Misiri də bürüməyə başlayıb. Minlərlə insan Misirin paytaxtı Qahirə şəhərinin küçələrinə çıxaraq, prezident Abdel Fattah əs-Sisinin hərəkətlərindən narazılığını bildirib. Bu etirazlara səbəb kimi ölkənin iqtisadi vəziyyətinin pisləşməsi, koorupsiyanın yüksək həddi və vətəndaş azadlıqlarının məhdudlaşdırılması göstərilir. 

Etirazların baş qaldırmasına səbəb ölkənin yeni paytaxt şəhərinin, habelə yeni prezident sarayının tikiləcəyilə bağlı yayılan məlumatlar olub. Yeni paytaxtın tikintisinin 45 milyard dollara başa gələcəyi bildirilir. Onu da qeyd edək ki, etirazlarda iştirak edən əsas qüvvələr devrilmiş "Müsəlman qardaşları" hərəkatının tərəfdarlarıdır. 

Qahirədə başlanan aksiya davam edir, həm də onun miqyası günü-gündən artır. Buna rəğmən Misir hökuməti baş verənlərlə bağlı hələlik susmağa üstünlük verir. Ona görə də onlar tərəfindən hələlik proseslə bağlı rəsmi bəyanatlar verilməyib. 

Xatırladaq ki, Misirin hazırkı prezidenti əs-Sisi hakimyyətə 2014-cü ildə Hüsnü Mübarəki devirən "Müsəlman qardaşları" hərəkatının bir illik hökumətinə son qoymaqla gəlib. Artıq o, 10 ildir ki, hakimiyyətdədir. Lakin bu illər ərzində əhalinin yaşayış səviyyəsi daha da pisləşib. Hökumətin bu dövrdə həyata keçirdiyi iqtisadi tədbirlər də vəziyyətin yaxşılaşmasına xidmət etməyib. Bu mənada paytaxtın başqa şəhərə köçürülməsi və bunun üçün 45 milyard dolların ayrılması kütlənin narazılığının daha da artmasıan rəvac verib. 2023-cü ilin göstəricilərinə görə, Misirin ümumi daxili məhsulu (ÜDM) 378 milyard dollar olub. Bu da o deməkdir ki, yeni paytaxtın tikilməsinə ÜDM-nin 12 faizi xərclənəcək. Ölkənin dövlət borcu isə 165 milyard dollardır. Belə vəziyyətdə əhalinin narazılığının artması sözsüz ki, gözlənilən idi. 

Suriyada Əsədin devrilməsilə başlanan prosesin digər ərəb ölkələrində də təkrarlanacağı, ən azından başqa yerlərdə də belə cəhdlər ediləcəyi əvvəlcədən proqnozlaşdırılırdı. Bu mənada Misirdə başlanan etirazlara da məhz Suriyadakı proseslərin davamı kimi baxmaq olar. Lakin Misirdəki etirazların indilikdə öz məqsədlərinə çatacağına əminlik çox aşağıdır. Nə daxili, nə də ki xarici amillər bu etirazların əs-Sisinin devrilməsilə başa çatacağına işarə vermir. 

Qeyd edək ki, Misir parlamenti 2024-cü ildə səlahiyyət müddəti başa çatacaq prezident Sisinin üçüncü müddətə namizədliyini irəli sürməsinə icazə verilməsi haqqında qanun dəyişikliyini təsdiq edib. Eyni zamanda, prezidentlik müddəti altı ilə qaldırılır. Etirazlara səbəb olan əsas amil də məhz budur - Sisinin öz hakimiyyətini daha da uzatmaq cəhdi. Lakin əhalinin etirazları hələlik elə də ciddi kütləvi xarakter almayıb. Qarşıdakı dövrdə prosesin kütləviləşəcəyi də az ehtimal edilir. Bu da ölkədə müxalifətin zəif olması ilə əlaqədardır. Əsas müxalif qüvvə olan "Müsəlman qardaşları” təşkilatı son illərin təzyiqləri fonunda xeyli zəifləyib. Onların hadisələri öz nəzarəti altına alıb, prosesi irəli aparmaq imkanları aşağı səviyyədədir. Düzdür, yuxarıda qeyd etdiyimiz kimi, ölkəni bürüyən tənəzzül əhalinin ciddi narazılığına səbəb olub. Ancaq bu narazı kütləni öz ardınca aparmağa qadir qüvvə, lider də yoxdur. Başqa bir tərəfdən, Suriyada olduğu kimi, Misirdə hakimiyyətə qarşı çıxmağa hazır hərbi güclər də yoxdur. Ordu Sisiyə tam sadiqdir. Xarici amilə gəldikdə, aparıcı dövlətlər də hazırda Sisi hökumətilə işləməkdə maraqlıdırlar. Bütün bunlar onu deməyə əsas verir ki, Misirdə baş qaldıran etirazlar geniş vüsət almayaraq, bir müddət sonra sönməyə məhkumdur. 

Rüfət Sultan


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 Dekabr 2024 22:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see581

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see262

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see249

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see239

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see230

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see220

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see215

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see211

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see202

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see200

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see194

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see190

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see189

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see183

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see179

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see177

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see175

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see171

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri