Icma.az
close
up
RU
Misir kartofu, Volqoqrad soğanı, Türkiyə limonu... AÇIQLAMA

Misir kartofu, Volqoqrad soğanı, Türkiyə limonu... AÇIQLAMA

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gedişlə qısa müddət sonra yerli məhsul ümumiyyətlə tapılmayacaq


“Əhali ancaq digər ölkələrdən gətirilən, idxal olunan, mənşəyi Azərbaycan insanının genofonduna yad məhsullar istehlak edəcək. Bu isə genofondun getdikcə dəyişməsi, deqradasiyaya uğrayacağı deməkdir”


Misir kartofu, Volqoqrad soğanı, Türkiyə limonu... Bu, Bakının marketlərində satışa çıxarılan əcnəbi məhsullardan sadəcə, bir neçəsidir. Dünən “Araz” marketdə apardığımız qısa müşahidə zamanı gördüklərimizdən heyrətə gəldik. Satışdakı kartoflar ümumiyyətlə, idxal məhsuldur. 3 növ kartofun hər birinə “idxal” yazılıb.  Misir kartofunun kiloqramı 1.99, digər idxal kartoflarının kiloqramı isə 1.79 - 1.85- 1.89-dur.  Volqoqrad soğanı 1.89. mənşəyi bilinməyən digər soğan növü 1.59 manat, idxal limon is 5.99 (!) manatdır. Kartof-soğanın qiymətində fantastik artımlar zatən mart ayından başlamışdı. Amma bərəkətli hesab edilən ölkəmizin vətəndaşı olaraq yeni qiymətləri və idxal məhsullarının miqyasını görəndə istər-istəməz qürurumuza toxunur: yəni bu günə qalmışıq ki, ölkəmizdə kartof, soğan da becərə bilmirik, Misirə, Volqoqrada möhtac qalmışıq?!      


İdxaldan asılı qalmağımızın səbəblərini Sherg.az-a iqtisadçı Pərviz Heydərov izah etdi:


- Ölkəyə ərzaq idxalının artması artıq, bir müddətdir ki, narahatedici faktor xarakteri daşıyır. Bu, xüsusən də Rusiya-Ukrayna müharibəsindən sonra daha geniş vüsət almaqdadır. Getdikcə, adi kənd təsərrüfatı məhsulları da ölkəyə kənardan gətirilir. Bu, nəyi göstərir? Təbii ki, sözügedən sahələrdə yerli istehsalın və tədarükün azalmaqda olduğunu. Məsələ bundadır ki, əvvəla, bizdə kənd təsərrüfatı, ümumiyyətlə, ərzaq məhsulları istehsalı və tədarükü onsuz da baha başa gəlirdi. Söhbət, maya dəyəri baxımından gedir, daşınmalardan və sairədən gedir. Odur ki, yerli istehsal və tədarük əsasən Rusiya və digər bu kimi bazarlar üçün səmərəli xarakter daşıyırdı. Müharibə başlandıqdan sonra isə yerli kənd təsərrüfatı istehsalçılarının, meyvə-tərəvəz, ümumiyyətlə, bitkiçilik məhsulları ixracatçılarının şimal bazara çıxış imkanları qeyri-səmərəli xarakter daşımağa başladı. Əvvəlki illərdə vəziyyət belə idi ki, məsələn, şimal bazarlarına çıxış müəyyən səbəblər baxımından maneələrlə qarşılaşanda sözügedən istehsalçı və ixracatçılar əllərindəki malları müvəqqəti də olsa daxili bazara yönəldirdilər. İndi 3 ilə yaxındır ki, şimal istiqamətindəki bazarlar səmərəsiz xarakter daşıyır ardıcıl olaraq... Ona görə də yerli istehsal və tədarük "ölür"... Və beləliklə də, xarici analoq məhsullar yerli bazarı daha sürətlə doldurur. Çünki həm ucuz məhsullardır, həm də tələbatı ödəmək sarıdan yerli məhsullardan daha öncüldürlər. Bu, çox təhlükəli tendensiyadır. Ümumiyyətlə, ölkəyə xaricdən aqrar və yeyinti məhsullarının gətirilməsi eyni növ məhsulların yerindən daxildə bu və ya digər bazarlara daşınması xərclərindən daha asan və səmərəli başa gəlir. Odur ki, bazarlarda və marketlərimizdə getdikcə daha çox həcmdə və çeşiddə idxal məhsullarına rast gəlməli oluruq.

Bu gedişlə qısa müddət sonra yerli məhsul ümumiyyətlə tapılmayacaq. Əhali ancaq digər ölkələrdən gətirilən, idxal olunan, mənşəyi Azərbaycan insanının genofonduna yad məhsullar istehlak edəcək. Bu isə genofondun getdikcə dəyişməsi, deqradasiyaya uğrayacağı deməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Aprel 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri