Icma.az
close
up
RU
Zərərli qidalar beynin fəaliyyətinə mənfi təsir göstərə bilər (ARAŞDIRMA)

Zərərli qidalar beynin fəaliyyətinə mənfi təsir göstərə bilər (ARAŞDIRMA)

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Alimlər xəbərdarlıq edirlər ki, cəmi bir neçə gün ərzində zərərli qidaların istifadəsi yaddaşa mənfi təsir göstərə bilər. Xüsusilə çizburger, kartof fri kimi qidalar yaddaş və öyrənmə proseslərinə cavabdeh olan hipokampın işini poza bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent" nəşri Şimali Karolina Universitetinin (ABŞ) Tibb məktəbinin alimlərinə istinadən məlumat yayıb.

Siçanlar üzərində aparılan təcrübələrdə alimlər müəyyən ediblər ki, belə qidalar hipokamp hüceyrələrinin həddindən artıq aktivləşməsinə səbəb olur. Hüceyrələrin hiperaktivliyi isə əvvəllər demensiya ilə əlaqələndirilirdi.

Bildirilib ki, bu aktivliyin əsas səbəbi beynin şəkəri, yəni qlükozanı mənimsəmə qabiliyyətinin pozulmasıdır. Bu isə orqanizmin əsas enerji mənbəyidir. Tədqiqatçılar qeyd ediblər ki, beyin hüceyrələrinin enerji istifadəsini tənzimləyən "PKM2" adlı zülal da problemin bir hissəsidir.

Tədqiqatın müəlliflərindən olan, farmakologiya üzrə professor xanım Xuan Sonq bildirib: "Ən çox bizi təəccübləndirən odur ki, hüceyrələrin qlükozanın azalmasına bu qədər sürətli reaksiya göstərməsi və bunun yaddaşı pozmağa kifayət etməsi oldu".

Məlumata görə, bütün emal olunmuş qidalar sağlamlığa zərərli olmasa da, onların mütəmadi istifadəsi idrak qabiliyyətinin 12 faiz zəifləməsinə səbəb ola bilər, həmçinin Parkinson xəstəliyinin ilkin əlamətlərini sürətləndirə bilər.

Sonq və komandası onu da müəyyən ediblər ki, çoxlu doymuş yağlar ehtiva edən qidalanma beyin xəstəlikləri riskini artırır. Lakin alimlər eyni zamanda bu hüceyrələrin həddindən artıq aktivliyini azaltmaq və yaddaş problemlərini aradan qaldırmaq üçün üsul da tapıblar.

Araşdırmada qeyd olunub ki, siçanlarda dörd gün ərzində belə pəhriz tətbiq edildikdən sonra hüceyrələr hiperaktiv hala gəlsə də, dövri aclıq və bəzi qida dəyişiklikləri onların işini normallaşdırıb.

Alimlər ümid edirlər ki, gələcək araşdırmalar nəticəsində bu hüceyrələrin beyin dalğalarına necə təsir etdiyi, həmin müalicənin insanlar üçün nə dərəcədə effektiv ola biləcəyi və yağlı qidaların Altsheymer xəstəliyinin inkişafına necə təsir göstərdiyi daha aydın olacaq.

"Uzunmüddətli perspektivdə bu cür yanaşmalar demensiya və Altsheymer xəstəliyinin yaratdığı yükü azaltmağa kömək edə, bədənin və beynin birlikdə nəzərə alındığı daha kompleks müalicə üsullarını təklif edə bilər", deyə Sonq əlavə edib.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:390
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Sentyabr 2025 23:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri