Icma.az
close
up
RU
Teatr səhnələri yenidən canlanır: Payızda tamaşaçıları nələr gözləyir?

Teatr səhnələri yenidən canlanır: Payızda tamaşaçıları nələr gözləyir?

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Payızın gəlişi ilə teatr səhnələri canlanmağa başlayır. Hazırlıqlar yekunlaşır, məşqlər sürətlənir və tamaşaçılar üçün yeni tamaşaların təqdimatına hazırlıq gedir. Hər mövsümdə olduğu kimi, bu dəfə də teatrlar həm klassik, həm də müasir əsərlərlə izləyicilərə zəngin proqram təqdim edəcək. Səhnə arxasında gedən hazırlıqlar isə yaxın günlərdə pərdələrin açılacağının xəbərçisidir.

Yeni mövsümdə tamaşaçılara hansı tamaşalar təqdim olunacaq?

News24.az Azərbaycan teatrlarına sorğu göndərib.

Azərbaycan musiqisinin və səhnə sənətinin incisi sayılan Opera və Balet teatrında bildirilib ki, yeni mövsümdə səhnədə bir-birindən maraqlı tamaşalar yer alacaq: 

"Belə ki, teatrın 117-ci mövsümündə - 18 sentyabr səhnədə şərqin ilk operası olan Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" tamaşası yer alacaq. Ardınca səhnədə 20 sentyabr Müslüm Maqomayevin "Şah İsmayıl" operası, 28 sentyabr xalq artisti Yusif Eyvazovun iştirakı ilə milli operamızın zirvəsi olan Üzeyir Hacıbəylinin "Koroğlu" operası, 1 oktyabr Ruggero Leoncavallonun "Pagliaccı" adlı iki pərdəli drammatik operası, 15 oktyabr Fikrət Əmirovun "Min bir gecə" baleti, 22 oktyabr Cahangir Cahangirovun "Xanəndənin taleyi" operası  yer alacaq. Həmçinin Azərbaycanda ilk dəfə 15 oktyabr-11 noyabr "Balet günləri" adlı yeni layihə tamaşada olacaq". 

Azərbaycan Dövlət Kukla teatrı 94-cü mövsümünə başlayır. Bildirilib ki, bu mövsüm teatrın 95-ci illiyinə təsadüf edəcək:

"Teatr tamaşa mövsümünə 26 sentybardan start verəcək. 27 senstyabr Qarabağ şəhidlərinin anım günü üçün teatrda xüsusi proqram hazırlanıb. Belə ki, Azərbaycan Dövlət Kukla teatrında ilk dəfə Sovet İttifaqının milli qəhrəmanı Həzi Aslanova aid "İnnab ağacı" adlı tamaşa hazırlanıb. Teatr yeni mövsümdə üç yeni tamaşa hazırlayacaq. Onlardan biri uşaqların sevərək izlədiyi animasiyalardan olan "Ay balet" tamaşası olacaq. Tamaşanın baş rejissosu Anar Məmmədovdur. Bundan başqa isə Süleyman Sani Axundovun "Qaraca qız" tamaşası da səhnəyə qoyulacaq. Eyni zamanda teatrın dəvətli rejissoru Anaxanım Abdulayevanın quruluşunda "Qluverin səyahəti" adlı tamaşa hazırlanacaq. Bundan başqa ilin sonuna qədər Almaniya və Özbəkistana dəvətimiz var. Həmçinin Azərbaycan Dövlət Kukla teatrı işğaldan azad olunmuş ərazilərə müxtəlif qastrol səfərləri edir". 

Akademik Milli Dram Teatrı isə sentybarın 13-də 153-cü  mövsümünün açılışını edib: 

"Tədbirdə bir sıra dövlət adamları, media mənsubları iştirak ediblər.  Akademik Milli Dram teatrının heyəti müxtəlif Azərbaycan teatrlarının repertuarından olan musiqili tamaşaları təqdim edib. Həmçinin sentyabr ayının 26-27-də xalq yazıçısı Elçinin baş romanı əsasında hazırlanan eyni adlı tamaşanın premyerası olacaq. Bununla yanaşı bu il ərzində xalq yazışısı Maqsud İbrahimbəyovun "Bayquş gəldi və ya biraz məhəbbətdən danışaq" əsəri əsasında yeni bir tamaşa təqdim olunacaq". 

Milli Gənc Tamaşaçılar Teatrı yeni mövsümü sentyabrın 19-da saat 19:00-da “Solğun çiçəklər” tamaşası ilə açacaq:

"Birhissəli mistik faciənin bədii rəhbəri əməkdar artist Nicat Mir Kazımov, quruluşçu rejissoru isə Səbinə Məmmədzadədir. Quruluşçu rəssam Elmira Üzeyirova, bəstəkar isə Emil Elmanoğludur. Tamaşada Leyli Vəliyeva (Gülnişo), Aygün Fətullayeva (Səpəri), Umman Budaqov (Bəhram) və Ədalət Əbdülsəməd (Əbdül) rol alır. 

20 sentyabr isə teatrın səhnəsində Jan Koktonun “Bigənə məşuq” əsəri nümayiş olunacaq. Ardınca, 21 sentyabr aktyor Kərəm Hacızadənin 60 illik yubileyinə həsr olunmuş tamaşa – Benkt Alforsun “35 ildən sonra” əsəri tamaşaçılara təqdim ediləcək.

Sentyabrın sonunda teatr mühüm bir tarixə də diqqət çəkəcək. 27 sentyabr Anım Gününə həsr olunmuş Ülviyyə Heydərovanın “İnanıram” tamaşası nümayiş etdiriləcək. Nəhayət, 28 sentyabr teatrın 98-ci mövsümünün açılışı baş tutacaq. Açılış İlqar Fəhminin yeni tamaşası – “Şah Abbas Namə” ilə qeyd olunacaq".

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 2025-ci ilin sentyabr ayı üçün həm yeni mövsümün açılışını, həm də klassik əsərlərin təqdimatını özündə birləşdirən zəngin proqramla tamaşaçıların görüşünə gələcək: 

"Belə ki 116-cı mövsümün açılışı 18 sentyabr  dahi bəstəkar Üzeyir Hacıbəylinin məşhur musiqili komediyası “O olmasın, bu olsun” ilə baş tutacaq. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Ardınca, 19 sentyabrda səhnəyə Hacıbəylinin ölməz muğam operası əsasında hazırlanan “Leyli və Məcnun” çıxarılacaq. Quruluşçu rejissor Prezident mükafatçısı Samir Qulamov, dirijor isə Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir.

21 sentyabrda isə tamaşaçılar klassik “Arşın mal alan” operettasını izləyəcəklər. Əsərin quruluşçu rejissoru Elvin Mirzəyevdir. Teatr 25 sentyabrda Şərqin ilk operettası olan “Ər və arvad” əsərini təqdim edəcək. 1909-cu ildə qələmə alınmış bu komediya teatr repertuarında xüsusi yer tutur.

Teatrda Anım Gününə həsr olunmuş tamaşalar da diqqət mərkəzindədir. 26 sentyabrda gənc dramaturq Ülviyyə Heydərovanın “İnanıram” monopyesi səhnələşdiriləcək. Əsərdə şəhid anası obrazını Xalq artisti Şüküfə Yusupova canlandırır. 27 sentyabrda isə Samir Qulamovun müəllifi olduğu “Bir nəfəs qədər” tamaşası nümayiş olunacaq. Səhnə əsəri şəhidlərə, qazilərə və analara ithaf olunub.

Ayın son tamaşası 28 sentyabrda təqdim ediləcək. Viktor Hüqonun məşhur “Paris Notr-Dam kilsəsi” romanı əsasında hazırlanan “Paris Notr-Dama ithaf” tamaşasının quruluşçu rejissoru Samir Qulamovdur. 

Xeyrənsə Piriyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://news24.az
archiveBu xəbər 15 Sentyabr 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see449

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see196

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see191

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see182

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see153

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see153

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see145

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see140

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see138

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri