Icma.az
close
up
RU
“Misir Mərdanov məndən 1,7 milyon alıb”

“Misir Mərdanov məndən 1,7 milyon alıb”

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev barəsində çıxarılmış qiyabi həbs hökmündən apellyasiya şikayət verilib.

"Cebheinfo.az" xəbər verir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, Abdullayevin müdafiəçiləri ittihamları əsassız olduğunu, təqsirləndirilən şəxsin dindirilmədiyini, onun bu ittihamlara münasibətinin öyrənilmədiyini qeyd edib.

Müdafiəçilər Elşad Abdullayev barəsində qiyabi hökmün ləğv edilməsini, ona bəraət verilməsini məhkəmədən xahiş ediblər.

Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və qərar olduğu kimi saxlanılıb.

Maraqlıdır ki, Elşad Abdullayevin cinayət işi materialında sabiq təhsil naziri Misir Mərdanovun da adı çəkilib. O, sabiq nazirin adını bu işdə adı keçən və vaxtilə həbs olunan Bakı Şəhər Icra Hakimiyyətinin keçmiş əməkdaşı Nəriman Ağayevlə söhbətində hallandırıb.

Belə ki, Elşad Abdullayev Nəriman Ağayevə Azərbaycan Beynəlxalq Universitetinin idman kompleksinin sökülməməsindən ötrü oradan salınması nəzərdə tutulan Bakı metropoliteninin yeni tikiləcək xəttinin kənardan keçirilməsi və ABU-ya tələbə qəbulu üçün plan yerlərinin alınması məqsədilə 500.000 manat verib. Nəriman Ağayev vəd etdiyi məsələni həll etmədikdə, həmçinin aldığı pulu qaytarmaqdan imtina etdikdə bununla bağlı onların arasında mübahisələr yaranıb. Nəriman Ağayev isə danışıq zamanı Elşaddan evin sənədlərinin düzəldilməsi və həmin evin qarşısındakı torpaq sahəsinin alınması üçün 130.000 ABŞ dolları, tələbə qəbulu üçün əlavə plan yerinin ayrılması məsələsinin guya həll edəcəyi məqsədilə 500.000 manatı götürməsini etiraf edib:

Nəriman: Bunun məsuliyyəti də var.
Elşad Abdullayev: Ə, sən zarafat eləyirsən?! Mən zarafat eləmirəm, mən ciddiyəm bu məsələdə. Nəriman, nə olub sənə, canın pisləşib, nədir?
Nəriman: Qurtarırıq, inşallah.
E.A: Yox e, pullarım hanı?

Bu zaman bir nəfər bir qara rəngli diplomat gətirir və masa üzərinə Elşad Abdullayevin qarşısına qoyur.

E.A: Bunu saymağa ehtiyac var?
Nəriman: Yox.
E.A: Ged denən TQDK-dən planın kopiyasını al, gətir, 250 də verirəm.
Nəriman: Bunlar belə dedilər, onda az verək, mən burdan bir dənə iki dənə, heç kimə verən deyiləm. Bu bir, mən buna cavab verirəm, halım da yoxdur. Danışmışıq.

E.A: Deyirəm, verəcəm sənə, məndən alarsan. Sənə sən öl demirəm, öz canım üçün. Misir (Misir Mərdanov- red) məndən plana görə 1 milyon alıb, 700.000 də keçən ildən borcludur. 1.700.000 plana görə Misirdədir.

Qeyd edək ki, Misir Mərdanov 2013-cü ildə təhsil naziri vəzifəsindən azad olunub.

Qeyd edək ki, Elşad Abdullayevə Cinayət Məcəlləsinin 137.5.2-ci (İnsan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2, 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) və 29, 312.2-ci (rüşvət verməyə cəhd etmə) maddələri ilə ittiham elan olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elşad Abdullayev qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Fevral 2026 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri