Icma.az
close
up
RU
Misir Mərdanov: Ölkəmizdə dövlət dili Azərbaycan dilidir və...

Misir Mərdanov: Ölkəmizdə dövlət dili Azərbaycan dilidir və...

Icma.az, Reyting.az saytına istinadən bildirir.


Keçmiş postsovet ölkələrindən Estoniyada rus dili təhsil metodikasından çıxarılır. Eston rəsmilər 2030-cu ilədək rus dilinin tədrisini sadəcə xarici dil fənni statusuna endirəcək. Bu ölkədə fikir ayrılığının yaranmasına səbəb olub.

Gənc nəsil bu addımı dəstəkləsə də, orta və yaşlı nəsil sözügedən addımı dəstəkləmir. Qeyd edək ki, hazırda Azərbaycanda xarici dildə olan məktəblərin sırasında rusdilli məktəblərin sayı daha çoxdur. Bu gün ölkədə 300-ə qədər məktəbdə təhsil rus və Azərbaycan bölməsi üzrə paralel şəkildə, 17 məktəbdə isə təhsil yalnız rus dilində aparılır.
Həmin rusdilli məktəblər dövlət büdcəsindən maliyyələşir. Ölkəmizdə fəaliyyət göstərən digər dildə olan məktəblər isə əsasən ödənişlidir.
Məlumata görə, hazırda ümumilikdə orta məktəblərin 7,6 %-də təhsil rus dilindədir. Ümumilikdə təhsil alan uşaqların 6,3 %-i rus dilində oxuyur. Orta məktəblərdə 450 min uşağa rus dili xarici dil kimi tədris edilir. Bu isə ümumi şagirdlərin 32 %-i deməkdir.
Ekspertlər deyirlər ki, ölkədə xarici dillərə eyni yanaşılmalı, rus dilində olan məktəblərin sayı digər dillərdə olan məktəblərdən çox olmamalı, onlara yaradılan şərait bərabərləşdirilməlidir.
Ümumiyyətlə, rus dilində icbari təhsil qadağan edilə bilərmi?
1998-2013-cü illərdə təhsil naziri olmuş, hazırda Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun rəhbəri, professor Misir Mərdanov "Cebheinfo.az"-a məsələ ilə bağlı fikirlərini bildirib:
"Mən təhsil naziri vəzifəsində işləyəndə rus dilini məktəblərdə xarici dil kimi keçməyə başladıq. O, mənim üçün çox ağır bir məsələ oldu. Çünki rus dili dərsi deyən çox sayda müəllimlər ixtisara düşməli oldu və biz bu prosesi yaşadıq. Bu gün ölkədə fəaliyyət göstərən, təlimi Azərbaycan dilində olan məktəblərdə rus dili xarici dil kimi öyrənilir və bu, problem deyil.
Ölkəmizdə dövlət dili Azərbaycan dilidir və "Təhsil haqqında" Qanunda yazılıb ki, ümumtəhsil məktəblərində təhsil dövlət dilində olmalıdır. Ancaq orada qeyd edilir ki, valideynlər və müəyyən qruplar övladlarının başqa dildə təhsil almasını istəsə, onlara şərait yaradılmalıdır. O baxımdam , ölkəmizdə rusdilli, ingilisdilli məktəblər də var.
Bunlar ümumilikdə çox deyil. Mən belə halların olmasını müsbət hesab edirəm. O da bir faktdır ki, təlim rus dilində olan məktəblərin sayı təlimi ingilis dilində olan məktəblərdən çoxdur. Bu da o işin təşkili ilə bağlıdır və təbiidir. Çünki keçmişdə bizim məktəblərin böyük əksəriyyəti təlimi rus dilində aparırdı”.
Keçmiş nazir deyib ki, indi onların sayı azalıb: “Hazırda da təlimi rus dilində aparan məktəblər var, mən onların sayını dəqiq deyə bilmərəm. O da doğrudur ki, təlimi ingilis dilində olan məktəblər ödənişlidir, rus dilində olanlar isə dövlət məktəbləridir.
İngilis dilində olan məktəblərin ödənişli olması isə özəl olması ilə bağlıdır. İmkanı olan insanlar o məktəbi açır. Rus dilində olan məktəblərə özəl olmasıyla bağlı də şərt qoyulması başqa məsələdir”.
M.Mərdanov ölkəmizdə rus dilinin geniş yayılması fikri ilə razılaşmır: “Əsasən Bakı, bir də ola bilər bəzi şəhərlərimizdə vətəndaşların müəyyən hissəsi rus dilində danışır. Mən şəxsən hər bir Azərbaycan vətəndaşının ilk növbədə öz ana dilini mükəmməl bilməsinin tərəfdarıyam. Öz ana dilini mükəmməl biləndən sonra neçə xarici dil bilsə onun və vətənin xeyrinədir".
Ailədə rus dilində danışılması və uşaqlarını da rus dilində təhsil almasına gəldikdə isə professor deyir ki, şəxsən bunun tərəfdarı deyil:
"Mənim övladlarım da, nəvələrim də təhsili Azərbaycan dilində alıblar. Mən bununla fəxr edirəm. Övladını rus dilində olan məktəbə qoyan valideyn varsa ki, bu, onun öz işidir. Ancaq Azərbaycan vətəndaşının Azərbaycan dilini bilməməsini mən çox mənfi hal hesab edirəm. Nazir işlədiyim dövrdə də iradlarımı bildirmişəm. Azərbaycanda yaşayıb, onun çörəyini yeyib, onun hesabına böyük mənsəb, vəzifə sahibi olmuş, ancaq Azərbaycan dilini bilməyən adamlara görkəmli şairimiz Bəxtiyar Vahabzadənin şeiri ilə cavab verə bilərsiniz".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://reyting.az
archiveBu xəbər 24 Fevral 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri