Icma.az
close
up
RU
Misir Qırmızı dəniz böhranı səbəbindən ildə 9 milyard dollar itirir

Misir Qırmızı dəniz böhranı səbəbindən ildə 9 milyard dollar itirir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 17 oktyabr, AZƏRTAC

Qırmızı dənizdə gəmilərin hərəkəti ilə bağlı yaranmış gərginlik səbəbindən Misir Süveyş kanalının istismarı üzrə illik 9 milyard dollardan çox gəlirdən məhrum olur.

AZƏRTAC xəbər verir ki, Misirin xarici işlər naziri Bədr Əbdül Ati bu barədə Nyu-Dehlidə çıxışı zamanı deyib.

“Biz Qırmızı dənizdəki gərginlikdən ən çox zərər çəkən dövlətik. Misir bu səbəbdən ildə 9 milyard dollardan çox itki ilə üzləşir” – deyə Misirin xarici siyasət idarəsinin rəhbəri bildirib.

Onun sözlərinə görə, hazırda Süveyş kanalı vasitəsilə gündə hər iki istiqamətdə 20-25 gəmi hərəkət edir, halbuki böhrandan öncə bu rəqəm 75-dən çox olub.

Siyasətçi hazırda Qahirənin Rusiya, Avropa İttifaqı, Hindistan, Çin və ABŞ-la cari vəziyyətin həlli istiqamətində fəal əməkdaşlıq etdiyini vurğulayıb.

Yaxın Şərqdə son gərginlikdən öncə Misir Süveyş kanalından ildə 10 milyard dollar gəlir əldə edirdi. Kanal ölkə büdcəsinin əsas gəlir mənbələrindən biridir. Lakin 2023-cü ilin payızından etibarən, Yəmən ordusu Tel-Əvivin Qəzza sektoruna təcavüzünə cavab olaraq, Bab əl-Məndəb boğazında İsraillə bağlı olan ticarət gəmilərinə hücumlara başlayıb. Nəticədə gəmilərin çoxunun təhlükəsizlik məqsədilə marşrutlarını dəyişməsi Misirin gəlirlərinə ciddi təsir göstərib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see384

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see357

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see353

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see318

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see314

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see303

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see243

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see229

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see220

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see219

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see211

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see209

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see206

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see204

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see193

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see192

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see188

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see186

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri