Icma.az
close
up
RU
Bir sinifdən 9 qırmızı attestat FOTO

Bir sinifdən 9 qırmızı attestat FOTO

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu il Lənkəran şəhəri 6 nömrəli Texniki-riyaziyyat təmayüllü liseyin 9 “a” sinfi buraxılış imtahanlarında qazandığı uğurla məktəbin və bütövlükdə regionun fəxrinə çevrilib.

Redaktor.az "Azərbaycan müəllimi"nə istinadla xəbər verir ki, sinfin 21 şagirdindən 19-u buraxılış imtahanında 200 baldan yüksək nəticə göstərib, 9 nəfər isə qırmızı attestata layiq görülüb.

9A sinfinin rəhbəri, biologiya müəllimi Sədaqət Abdullayeva bildirib ki, bu uğurun kökündə sadəcə dərs deyil, həm də insani münasibətlərin düzgün qurulması dayanır:

“Ən böyük məqsədim hər bir şagirdi şəxsiyyət kimi dəyərləndirmək və onları öz potensialına inandırmaq idi. Mənə xoş təsir edən hallardan biri o idi ki, tənəffüs zamanı daim bir şagird digərinə həvəslə tapşırıq izah edirdi”.

Görünür ki, Sədaqət müəllim üçün bu nəticə təəccüblü deyil. O deyir ki, bu sinfə 5-ci sinifdən rəhbərlik edir. Həmin vaxtdan şagirdlərinin öyrənmə tərzlərini fərdi şəkildə analiz edib, hər birinə uyğun yanaşma tətbiq edib: 

“Sinifdə rəqabət deyil, əməkdaşlıq və dəstək mühüm rol oynayırdı. Hər bir şagirdə sanki bir ailə üzvü kimi yanaşmaq, onlara güvən aşılamaq bu uğurların təməlini təşkil etdi. Məncə, bu mühiti yaratmaq üçün müəllimin özü də nümunəvi bir rolda olmalıdır”.

Haqqında söhbət açdığımız sinfin ən yüksək nəticə göstərən şagirdi Mələk İbrahimova buraxılış imtahanında 295 bal toplayıb. O, qazandığı uğuru sadəcə bir başlanğıc hesab edir:

“Məqsədimi dəqiq müəyyən etmişdim və ona uyğun planlı şəkildə hazırlaşırdım. Mövzuları əsasən testlər üzərində öyrənirdim, bu mənə imtahan vərdişi qazandırırdı. Ən vacibi isə davamlılıq idi, yəni bir gün oxuyub, bir gün fasilə vermirdim. Bu uğur mənim üçün sadəcə bir başlanğıcdır. Qarşıdakı illər üçün daha böyük məqsədlərim var”.

Ağıllı, nizamlı və pozitiv bir gənc kimi Mələk boş vaxtlarında kitab oxumağı, musiqi dinləməyi, idmanla məşğul olmağı və təbiətdə vaxt keçirməyi sevir. Öz üzərində çalışmaq və daim yeniliklər öyrənmək onun həyat tərzidir. Mələk həm ailəsinin, həm də müəllimlərinin dəstəyini hər an hiss etdiyini, lakin ən böyük motivasiyanı öz məqsədlərindən aldığını deyir. O, I ixtisas qrupu üzrə hazırlaşır və ADA Universitetində təhsil almağı qarşısına məqsəd qoyub:
“Mən riyaziyyat və kompüter elmlərinə maraq göstərirəm. Məqsədim ADA Universitetinə qəbul olmaqdır. Gələcəkdə bu sahədə ixtisaslaşaraq həm sevdiyim işlə məşğul olmaq, həm də cəmiyyətə fayda vermək istəyirəm”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 İyul 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri