Misirdə qatarlar toqquşdu: 140 nəfər yaralandı
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Misirin Giza vilayətində iki sərnişin qatarının toqquşması nəticəsində 140 nəfər xəsarət alıb.
Axar.az Misirin “Əş-Şüruq” nəşrinə istinadən xəbər verir ki, hadisə Əl-Əyyat şəhəri yaxınlığında, Kəfr Əmmar və Ər-Rəqqa stansiyaları arasında baş verib.
Məlumata görə, Giza–Fəyyum marşrutu üzrə hərəkət edən 134 nömrəli qatar Qahirə–Asuan istiqamətində gedən 2010 nömrəli qatarın arxa hissəsinə çırpılıb.
Toqquşma nəticəsində qatarın dörd vaqonu relsdən çıxaraq aşıb.
Hadisə yerinə 20-dən çox təcili tibbi yardım avtomobili, xilasedicilər və təhlükəsizlik qüvvələri cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Qəza ilə əlaqədar bölgədəki xəstəxanalar gücləndirilmiş iş rejiminə keçirilib.
Misir prokurorluğu hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlayıb.
Xəsarət alanların dəqiq sayının müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 08 Noyabr 2026 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















