Misirə doğru hərəkət edən Rusiya gəmisi batıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qahirə, 4 mart, AZƏRTAC
Bu gün Rusiyaya məxsus qaz daşıyan tanker Liviya sahilləri yaxınlığında batıb. Misirə doğru hərəkət etdiyi bildirilən gəmidə güclü yanğın baş verib.
AZƏRTAC “Əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, Liviya Axtarış və Xilasetmə Əməliyyatlarının Koordinasiya Mərkəzinə “Arktik Meta Qaz” tankerində qəfil partlayışlar və ardınca güclü yanğın baş verməsi ilə bağlı həyəcan siqnalı daxil olub. Daha sonra gəmi batıb. Hadisə Sirt dəniz limanından şimalda, təxminən 130 dəniz mili məsafədə baş verib.
Tanker təxminən 62 min ton mayeləşdirilmiş təbii qaz yükü ilə Rusiyanın Murmansk limanından Misirin Port-Səid limanına doğru hərəkət edirmiş. 30 nəfərdən ibarət ekipaj xilas edilib və onların sağlamlıq vəziyyəti qənaətbəxşdir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Baxış sayı:107
Bu xəbər 04 Mart 2026 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















