Icma.az
close
up
RU
Misirli xalçaçı: Hər naxışa öz ruhumdan nəsə qatıram

Misirli xalçaçı: Hər naxışa öz ruhumdan nəsə qatıram

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xalçanı toxumağa başlamadan əvvəl onun damalı kağıza köçürülmüş eskizi diqqətlə nəzərdən keçirilir. Azərbaycanca buna “çeşni” deyilir. Bu sənətin sirrini öyrənən toxucu qızlarımız həmin eskiz əsasında işləyirlər. Əldə olunan son nəticədən də hiss olunur ki, onlar bu işlə sevə-sevə məşğul olublar.

Bu sözləri Qahirədə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində xalçaçılıq sənətinin sirlərini öyrədən misirli Camal Məhəmməd AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib.

“Misirdə də müxtəlif növ xalçalar toxunulur. “Bizdə xalçalar düyünlərin növlərinə görə fərqlənir. Misir “əl-Məhəllə əl-Kubra” xalça istehsalı ilə məşhurdur. Xalçalarımızda Misir və Azərbaycan milli naxışlarını, ornamentlərini birləşdiririk və bununla da ortaq sənət nümunəsi yaradırıq”, - deyə həmsöhbətimiz əlavə edib.

Dostluq Cəmiyyətində təşkil edilmiş emalatxanada çalışan və dərs alan misirli tələbə Məryəm Əşrəf xalçaçılıq sənətinə sevgisi barədə danışıb: “Bu sənəti ona görə sevirəm ki, sanki hər düyünün, naxışın öz hekayəsi var. Hər naxışa, hər ipə öz ruhumdan nəsə qatıram. Boş vaxtlarımı məhsuldar yaradıcılıq anlarına çevirirəm. Mənə görə, bu sənət özünü inkişaf etdirmək vasitəsidir”.

Məryəm Əşrəf qeyd edib ki, xalçaçılıq təkcə peşə deyil, həm də özünüifadə vasitəsidir, səbr, təmkin deməkdir və yaradıcılıqdır. Bu peşənin öz dərinlikləri vardır. Xalça toxuyarkən rəngləri, dizaynı seçməklə insan özünüifadə imkanı əldə edir.

Misirli tələbə əlavə edib ki, xalçaçılıq elə sahədir ki, insan özünün orada var olduğunu hiss edir. “Mən əllərimlə yaratdığım son nəticəni görəndə sevinirəm, hiss edirəm ki, hər parça özünəməxsusdur, orada sakitlik, məmnunluq var. Hazırladığım hər bir parça, hissə mənə rahatlıq, ruhi tarazlıq verən xüsusi səyahətdir. Sanki mən hər toxunuşumda öz fikirlərimi və hisslərimi yenidən qururam. Xalça sənətində məni cəlb edən şey onun adi toxumaları, sapları həyat dolu, rəngarəng tabloya çevirə bilməsidir. Görürəm ki, əl xalçası insanın həyat yoluna bənzəyir. İplər bir-biri ilə birləşərək düyünləşir, amma sonda bu düyünlər özünəməxsus tablo ilə açılaraq hansısa mənanı çatdırır”, - deyə Məryəm vurğulayıb.

Azərbaycanın ən qədim sənətlərindən biri olan xalçaçılığın tədris edildiyi Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri tədqiqatçı-alim Seymur Nəsirov AZƏRTAC-ın müxbirinə cəmiyyətin fəaliyyəti, eləcə də gələcək planları haqqında danışıb. S.Nəsirov bildirib ki, xalçaçılıq emalatxanasında Azərbaycana məxsus milli ornamentlər və motivlərdən istifadə edilir. Bununla da mədəniyyətimiz Misirdə tanıdılır.

“Xalçaçılığın tədrisi Dostluq Cəmiyyətinin çoxşaxəli fəaliyyətindən biridir. Burada xalçaçılıqla yanaşı, Azərbaycan dili, xəttatlıq, ərəb dili və ədəbiyyatı, Qurani-Kərimin qiraəti, muğam sənəti və digər fənlər də tədris olunur. Cəmiyyətin təşkil etdiyi kurslarda bu günədək 2700-ə yaxın tələbə təhsil alıb. Hazırda 60 ölkədən 650-dən çox şəxs bu sahələr üzrə təhsilini ödənişsiz davam etdirir”, - deyə Cəmiyyətin sədri bildirib.

S.Nəsirov əlavə edib ki, rəhbərlik etdiyi təşkilatda xalqımızın digər sənətkarlıq nümunələrinin, o cümlədən təkəldüz sənətinin tədrisi barədə də fikirləşir. Bu sənət Misirdə məşhur olan “xiyamiyyə”yə bənzəsə də, ondan fərqlənir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 28 İyul 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri