Misli Premyer Liqası: XVII turun açılış matçında qapılara qol vurulmayıb AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 14 dekabr, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında XVII tura start verilib.
AZƏRTAC xəbər verir ki, ilk olaraq meydana “Şamaxı” və “Səbail” komandaları çıxıblar. Şamaxı şəhər stadionunda reallaşan görüş qolsuz heç-heçə ilə yekunlaşıb.
Bu nəticədən sonra bölgə klubu 14 xalla 7-ci, “dənizçilər” isə 9 xalla sonuncu – 10-cu pillədə qalıb.
Günün ikinci qarşılaşmasında turnir cədvəlinin lideri “Araz-Naxçıvan” “Sabah”la üz-üzə gələcək. "Liv Bona Dea Arena"da təşkil olunacaq matç saat 16:30-da start götürəcək.
Naxçıvan təmsilçisi 39 xalla birinci, “bayquşlar” isə 23 xalla 5-ci sıradadır.
Qeyd edək ki, XVII turun digər oyunları dekabrın 15-16-da keçiriləcək.
Baxış sayı:123
Bu xəbər 14 Dekabr 2024 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















