Icma.az
close
up
RU
Mixail Qusman niyə qəzəbə gəldi?

Mixail Qusman niyə qəzəbə gəldi?

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Görünür, Rusiyada Azərbaycanın haqq işini etiraf etmək də yasaqdır

Xəbər veridyimiz kimi, Rusiyanın Əməkdar mədəniyyət işçisi və Əməkdar jurnalisti Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib. Bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin sərəncam imzalayıb. Onun işdən çıxarılma səbəbi isə açıqlanmayıb.

Əlbəttə ki, Rusiya tərəfi buna aydınlıq gətirəcək müxtəlif “arqumentlər” sadalaya bilər və yəqin ki, sadalayacaq da. Amma həm Azərbaycan, həm də çox güman Rusiya ictimaiyyətinə bəllidir ki, Mixail Qusmanın işdən çıxarılmasının kökündə nələr dayanır. Yəni səbəb hər kəsə aydındır. Bəs, Rusiya kimi dövlət üçün çox böyük xidmətləri olan tanınmış jurnalist və ictimai xadim nədən və kimin qəzəbinə tuş gəlib?!

Gəlin, öncə Mixail Qusmanın Rusiyadakı xidmətlərinə və fəaliyyətinə nəzər yetirək. 1950-ci ildə Bakıda ziyalı ailəsində anadan olan M.Qusman 25 ildən artıq Rusiyanın Dövlət İnformasiya Agentliyi olan TASS-da çalışıb. 2000-ci ildən “Güc formulu” teleserialının müəllifi və aparıcısı olan Mixail Qusman, həmçinin UNESCO-nun Rabitə üzrə Beynəlxalq Proqramının Rusiya Komitəsinə rəhbərlik edir, UNESCO-nun İnformasiya və Kommunikasiya üzrə Hökumətlərarası Şurasının (IPDC) və Rusiyanın UNESCO üzrə Komissiyasının üzvüdür.

Mixail Qusmanın TASS-ın inkişafında, beynəlxalq əlaqələrinin qurulmasında çox böyük xidmətləri var. Onun TASS-ın beynəlxalq əməkdaşlıq və ictimai əlaqələr sahəsində fəal iştirakı, Rusiyanın dövlət xəbər agentliyi kimi TASS-ın qlobal miqyasda nüfuzunun artmasına verdiyi töhfə ölkə rəhbərliyinə də bəllidir.

Rusiyanın informasiya siyasətində mühüm rol oynayan TASS kimi strateji əhəmiyyətli bir qurumda 25 ildən çox çalışması, Rusiyanın informasiya siyasətini dəstəkləməsi və ölkənin xarici siyasət narrativlərinin yayılmasında mühüm rol oynaması M.Qusmanın peşəsinə və tutduğu vəzifəsinə sədaqətinin göstəricisidir.

O, həmçinin “Rossiya 24” kanalında “Formula vlasti” proqramının aparıcısı kimi fəaliyyət göstərərək Rusiyanın xarici siyasətini və mədəni nailiyyətlərini geniş dünya auditoriyasına çatdırıb. Həmin veriliş çərçivəsində dünya liderləri ilə görüşüb, əlaqələr qurub, Rusiyanın imicini yüksəltmək üçün bütün mümkün vasitələrdən bacarıqla istifadə edib. Bu qlobal fəaliyyətinə görə Mixail Qusman Azərbaycan, İtaliya, Moldova, Belarus, Qazaxıstanın orden və medallarına layiq görülüb.

Mixail Qusman Rusiya-Azərbaycan arasında mədəni körpü rolu oynayan insanlardandır və ona Azərbaycanda həmişə hörmətlə yanaşılıb. Prezident İlham Əliyev M.Qusmanı iki ölkə arasında əlaqələrin genişləndirilməsindəki xidmətlərinə görə “Şöhrət” (2005) və “Dostluq” (2010), 2020-ci ildə isə “Şərəf” ordenləri ilə təltif edib. Bütün bu xidmətlərin qarşısında Rusiya hökumətinin M.Qusmanı layiq olmadığı səviyyədə vəzifəsindən azad etməsi ən azından bu peşəkar jurnalistə və tanınmış ictimai xadimə qarşı ədalətsizlikdir.

Xatırladaq ki, həmin qərardan bir neçə gün əvvəl Mixail Qusman Xankəndidə keçirilən III Qlobal Şuşa Media Forumunda iştirak etmiş və dövlətimizin başçısından Prezident olaraq uğurlu xarici diplomatiyası, çoxvektorlu siyasəti, etibarlı tərəfdaşlığı, sözünə sadiq liderliyinin nədən qaynaqlandığını soruşmuş və bunun bir neçə təməl prinsiplərini sadalamasını xahiş etmişdi. Bir daha onun İlham Əliyevə ünvanladığı suala nəzər yetirək.

Mixail Qusman: “Siz yanvarın 20-də Ağ Evdə kimin olacağını dəqiq müəyyən etdiniz... Siz hətta Azərbaycanın ABŞ ilə, bu administrasiya ilə münasibətlərinin daha yaxşı olacağını ehtimal etdiniz.

Mən ABŞ haqqında danışdım. Türkiyə ilə münasibətlər Şuşa Bəyannaməsinə əsaslanır. İran Prezidenti cəmi bir neçə gün əvvəl bu zalda idi. Avropa komissarları elə həftə olmur ki, burada olmasınlar. Mən bunları sadalaya bilərəm, o cümlədən Çinə səfəriniz, Qoşulmama Hərəkatındakı rolunuz və sairə. Bunda müəyyən bir fenomen var, onu dünyada heç də hamı başa düşmür... Amma Sizin siyasətiniz müəyyən, mənə elə gəlir ki, çox aydın, çox yaxşı düşünülmüş siyasi prinsiplərə əsaslanır ki, bu çoxvektorlu siyasəti həyata keçirməyə imkan verir.

Siz Prezident Əliyevin, zənnimcə, belə uğurlu xarici siyasət yürütməsini şərtləndirən 5-7 təməl siyasi prinsiplərini deyə bilərsinizmi? Sağ olun”.

İlham Əliyev isə suala cavabında bildirmişdi ki, bütün bunlar onun Prezident vəzifəsində əldə etdiyi çoxillik əvəzsiz təcrübə ilə bağlıdır və onu başqa cür əldə etmək mümkün deyil: “Həm də belə etibarlı münasibətlərin qurulduğu, etimad göstərə biləcəyiniz zaman. Güvənmək razılaşmaq demək deyil, etimad göstərmək nədənsə müəyyən dərəcədə narazı olmaq və ya müsbət gündəmdən başqa bir şeyə sahib olmaq demək deyil. Güvənmək, sadəcə olaraq, inanmaq deməkdir ki, əgər bir insan bunu deyibsə, deməli, belə olacaq”.

Prezident, həmçinin vurğulamışdı ki, obyektiv və dürüst olmalı, yalan danışmamalıyıq. Əsas prinsiplərdən biri isə ilk növbədə xalqa həqiqəti söyləməkdir. İnternet və sosial şəbəkələr dövründə yaşadığımız üçün burada deyilən hər şey dərhal bütün dünyada rezonans doğurur.

Həqiqətən də, İlham Əliyevin forumda M.Qusmanın sualına verdiyi bu cavab dünyada böyük əks-sədaya səbəb oldu. Öncə İlham Əliyevin ABŞ lideri Donald Tramp barədə səsləndirdiyi fikirlərə diqqət edək: “Mən Trampın qələbəsini proqnozlaşdırmırdım. Sadəcə dedim, onun bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşdüyünü nəzərə alsaq, Azərbaycan xalqı üçün daha yaxşı olardı. O, müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir. Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür. Biz həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”nı dibinə qədər qurutsun”.

Bu fikirlərdən dərhal sonra dünyanın ABŞ kimi dövlətinin lideri özünün “Truth” sosial şəbəkə səhifəsində Prezident İlham Əliyevin III Şuşa Qlobal Forumundakı çıxışının bir hissəsinin videosunu paylaşdı.

Prezident İlham Əliyev çıxışının həmin hissəsində Donald Trampın Azərbaycan xalqı ilə ortaq fundamental, o cümlədən ailə dəyərlərini paylaşdığı və buna görə də ABŞ-də onun seçilməsini istədiyini bildirmişdir. Qeyd etmişdir ki, Tramp müharibə başlatmayan, əksinə, müharibələri sonlandırmaq məqsədi güdən yeganə ABŞ Prezidentidir. Prezident İlham Əliyev Trampın daha böyük qlobal təhlükəsizlik məsələləri ilə məşğul olmasına baxmayaraq, Ermənistanla Azərbaycanın yekun saziş əldə etməsi istiqamətindəki niyyətinə görə ona minnətdarlığını bildirib. 

Bu paylaşım İlham Əliyevin, həqiqətən də, qlobal liderliyinin bariz təcəssümü idi. Beynəlxalq ictimaiyyət bu paylaşım fonunda İlham Əliyevin dünyanın sayılıb-seçilən liderlərindən biri olduğuna şahidlik etdi. Bu, həm də onu deməyə əsas verir ki, İlham Əliyevin dediyi kimi, sosial şəbəkələr dövründə yaşadığımız üçün Xankəndidən verilən mesaj dərhal ünvanına çatıb.

Məhz bu reallıqlar, yəni doğruların, həqiqətlərin söyləndiyi forumdan dərhal sonra təcrübəli jurnalistin işdən çıxarılmasını bu gün Rusiyada hökm sürən siyasi reallığın göstəricisi kimi qəbul etməkdən savayı başqa yerə yozmaq mümkün deyil. Başqa sözlə, hazırda Rusiyada sadəcə internetdə axtarışa görə cinayət məsuliyyəti nəzərdə tutulursa, ölkədə söz azadlığı və jurnalist fəaliyyətinə münasibət bundan uzağa gedə bilməz. Bir də uzun illər Rusiyaya sədaqətlə xidmət edən tanınmış ziyalı və jurnalistə qarşı bu davranış digər belə şəxslər üçün dərs olmalıdır. Onlar da hər an fəaliyyətləri və sədaqətləri nəzərə alınmadan təqib və təzyiqə məruz qala, işdən qovula, sanksiyalara məruz qala bilərlər.

Mixail Qusmana olunan bu ədalətsizlik həm də Rusiyanın antisemitizm siyasətinin göstəricisidir. Rusiya cəmiyyətində və dövlətində artan şovinizm, miqrantlara və digər xalqlara qarşı ayrı-seçkilik şəraitində antisemitizm də güclənib. Bunun tarixi köklərini də göstərmək olar. Məsələn, XX əsrin əvvəllərində Rusiyada yəhudilərə qarşı olan “Qara yüzlər” (“Çernaə sotnə”) hərəkatı, tez-tez təkrarlanan yəhudi qırğınları və s. 

Bu gün Rusiya hökumətində Azərbaycana qarşı neqativ münasinət o səviyyədədir ki, adi bir suala görə tanınmış jurnalist cəzalandırılır. Azərbaycanla sıx əlaqələri olan M.Qusmanın işdən kənarlaşdırılmasını Rusiyanın Azərbaycana qarşı növbəti “reaksiyaları”ndan biri saymaq olar. Amma Rusiyadan fərqli olaraq, Azərbaycan üçün sədaqət və etimad çox mühüm amildir. Mixail Qusman Rusiyada ədalətsizlik və hörmətsizliklə üzləşsə də, Azərbaycan onun vətənidir və bütün qapılarımız üzünə açıqdır.

“Azərbaycan” qəzeti


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 İyul 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Avropanı külək turbinlərindən imtina etməyə çağırıb

26 İyul 2025 09:00see170

Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram

26 İyul 2025 00:48see135

Milli Məclis bəyanat yayıb

25 İyul 2025 18:52see134

Azərbaycanda valyuta sabitliyi: Manat lirəni və rublu üstələyir İqtisadçı əsas səbəbləri izah etdi

26 İyul 2025 02:00see129

Krediti qaytarmayanların sayı artır: NİYƏ?

25 İyul 2025 15:42see129

Oleq Bakinski işində Kuçerə BƏRAƏT VERİLDİ

25 İyul 2025 18:03see127

Orxan yeni komandasında qolla debüt etdi

26 İyul 2025 11:06see126

Xərçəng xəstəliyinin əməliyyatı və müalicəsi niyə icbari tibbi sığortaya salınmır? Müzakirə

25 İyul 2025 18:48see126

Filip Ozobiç Turan Tovuz da EKSKLÜZİV

26 İyul 2025 10:23see125

Qəzzanı aclığa məhkum edən İsrailə qarşı qazan və tavalarla etirazlar başlayıb

26 İyul 2025 11:08see124

Barmaqları çatlatmaq oynaqlara zərərdir?

25 İyul 2025 15:57see124

MM dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

25 İyul 2025 19:11see123

İbrahim Tatlısesin Səddam Hüseynlə qohum olduğu üzə çıxdı

26 İyul 2025 06:15see123

Nyu York birjasında təbii qaz bahalaşıb

26 İyul 2025 10:24see123

Ukrayna Stavropola hücum etdi

26 İyul 2025 10:29see122

Rubio Trampı sərt xarici siyasətə təşviq edən əsas simalardandır Politoloq AÇIQLADI

25 İyul 2025 19:59see121

Pokrovsk uğrunda şiddətli döyüşlər GEDİR

26 İyul 2025 10:10see121

Daily Mail : İrəvan yaxınlığındakı AES hər an partlaya bilər

26 İyul 2025 00:51see120

Kamboca atəşkəs təklifini qəbul etdi

26 İyul 2025 10:55see118

Abşeronda motosiklet yolu keçmək istəyən piyadanı vurdu

26 İyul 2025 02:20see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri