Icma.az
close
up
RU
Mixail Qusman: COP29 böyük uğurla keçir

Mixail Qusman: COP29 böyük uğurla keçir

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mən Dubayda COP28-də olmuşam. Biləndə ki, Azərbaycan yekdilliklə növbəti COP29 konfransının keçiriləcəyi məkan kimi seçilib, bir tərəfdən, təbii ki, hədsiz sevindim, digər tərəfdən isə narahat olmağa başladım. Çünki başa düşürdüm ki, belə bir tədbiri təşkil etmək üçün Azərbaycanda ən müxtəlif nazirliklərdə və idarələrdə olan dostlarım və həmkarlarım böyük iş görməli olacaqlar.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə müsahibəsində “TASS” Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bildirib.

“Düzdür, bundan əvvəl Azərbaycanda çoxlu müxtəlif genişformatlı tədbirlər keçirilib, lakin indiyədək belə bir böyük tədbir təşkil olunmayıb. Bir düşünün - 70 mindən çox iştirakçı, onlarla dövlət başçısı!.. Mən bu cür fantastik hazırlığa görə bütün təşkilat komitəsinə, bu təşkilat komitəsinin müxtəlif bölmələrinin rəhbərlərinə ehtiramımı bildirirəm”, - deyə M.Qusman qeyd edib.

O, COP29 məkanının uğurlu seçildiyini vurğulayaraq deyib: “Deməliyəm ki, birincisi, mənə elə gəlir ki, Bakı Stadionunun bütün konfransların mərkəzi kimi seçilməsi çox müdrik qərar idi. O, təbii olaraq transformasiya olunmuş və Dövlət Başçıları Sammitindən tutmuş jurnalistlərin işinə qədər bütün tədbirlərin keçirilməsi üçün ideal, əlverişli məkana çevrilmişdir. Bütün bunlar çox yığcam və rahatdır. İkincisi, bu, şəhəri həddindən artıq yükdən azad etdi. Axı çoxları şübhə ilə yanaşırdı - hamı necə hərəkət edəcək? Hər şey normaldır, hər şey işləyir. Hər şey burada cəmləşib. İdeal şəraitdir. Mən onlarla həmkarım və jurnalistlə, rəsmilərlə, hətta rəhbərlərlə danışdım. Hər kəs, sadəcə, heyrandır. Bu, əlbəttə ki, hər şeyin ən xırda detallarına qədər düşünülmüş olduğundan xəbər verir. Bilirəm ki, bütün bunlar Azərbaycan Prezidentinin sözün əsl mənasında, gündəlik nəzarəti altında baş verib. Bu, həm bütün iş üçün motivasiya və həm də ton təyin edib.

Mən gecə-gündüz COP29-la bağlı hazırlıq işləri ilə məşğul olan insanları birbaşa tanıyıram. Deməliyəm ki, onlar bu tədbirin uğurlu keçməsini təmin etmək üçün bütün canlarını, intellektlərini qoyublar. Nəticələr də dərhal göründü. Düşünürəm ki, burada müzakirə olunan mövzu da bütün bəşəriyyət üçün ən vacib mövzudur. Bu, əlbəttə ki, dramatik iqlim dəyişiklikləri ilə mübarizədə dünyanın səylərini birləşdirməsinin təmin edilməsində böyük rol oynayacaq.

Mənim üçün çox ağrılı olan və hər kəsi narahat etməli olan ən vacib mövzulardan biri Xəzər dənizinin dayazlaşmasıdır. Bu, mənim üçün sadəcə olaraq ürək ağrısı, iztirabdır. Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri zamanı Prezident İlham Əliyev xüsusi olaraq bu məsələyə diqqət çəkmiş, müvafiq tapşırıqlar verilmişdir.

Beləliklə, müzakirə olunan problemlər bir aya, hətta bir ilə də həll edilə bilməz, amma əsas odur ki, Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi qlobal həmrəylik, yaşıl dünya uğrunda mübarizədə ümumi səy göstəriləcək. Düşünürəm ki, bu baxımdan artıq bu gün konfransın çox böyük uğurla keçdiyini demək olar”.

M.Qusman əlavə edib ki, o, Rusiya ilə Azərbaycanın fikir ayrılığının olacağı və ya səylərini birləşdirə bilməyəcəyi bir dənə də mövzu bilmir. “Qlobal problemlər, iqlim, ekologiya ilə bağlı hər şey Azərbaycan və Rusiyanı eyni dərəcədə narahat edir. Təbii ki, Rusiya böyük dövlətdir, burada həm də şimal problemləri də var və s. Azərbaycan üçün bu, dediyim kimi, Xəzərin problemidir. Lakin burada qarşılıqlı yardım çox böyük əhəmiyyət kəsb edir”, - deyə M.Qusman sözünü yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Noyabr 2024 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see339

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see260

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see258

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see246

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see233

“Abşeron Logistika” 2025 ci ili 77 milyon manat gəlir və 6,2 milyon manat xalis mənfəətlə başa vurub

22 Sentyabr 2026 12:55see232

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see231

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see223

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see222

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see220

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see220

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see217

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see216

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see216

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see211

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see205

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see203

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see201

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see200

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri