Icma.az
close
up
RU
Mixeil Kavelaşvilinin Bakı səfərinin mühüm məqamları Kaspi nin TƏHLİLİ

Mixeil Kavelaşvilinin Bakı səfərinin mühüm məqamları Kaspi nin TƏHLİLİ

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Azərbaycan Gürcüstan xalqının seçimini, müstəqil siyasət yürütmək kursunu tam olaraq dəstəkləyir. Çünki Bakının da istənilən dövlət və ya təşkilatla ikitərəfli münasibətlərində tələb etdiyi başlıca prinsip məhz bərabərhüquqluluq, qarşılıqlı hörmət və daxili işlərə müdaxilənin yolverilməzliyidir.

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili fəaliyyətə başladıqdan sonra ilk xarici səfərini Azərbaycana etdi. O, Bakıda Prezident İlham Əliyev, həmçinin digər rəsmilərlə görüşlər keçirib, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı müzakirələr aparıb. Dövlət başçıları mətbuata birgə bəyanatla da çıxış ediblər.

Həyata keçirilən birgə layihələr

Prezident İlham Əliyev bildirib ki, Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz, xalqlarımız, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır:

"Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir".

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Sözümüzün dəyərini bilirik"

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili isə deyib ki, iki ölkənin dostluğu qarşılıqlı hörmətə və milli maraqların nəzərə alınmasına əsaslanır:

"Biz münasibətlərdə güvənməyin nə qədər vacib olduğunu başa düşürük və sözümüzün dəyərini bilirik. Bizi xilas edən və bu günə çatdıran bir sıra yazılmamış qanunlarımız, dəyərlərimiz var. Ona görə də Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı bu qədər xüsusi və nümunəvidir".

Səfərin əhəmiyyətini artıran məqam

Qeyd edək ki, Mixeil Kavelaşvilinin Bakı səfəri bir sıra mühüm məqamları ilə diqqət çəkib. Səfər ərəfəsində son həftələrdə həm Azərbaycanı, həm də ümumilikdə bölgəmizi yaxından maraqlandıran siyasi və geoiqtisadi proseslər yaşanır. Bu proseslərin mərkəzindəki əsas qüvvə, mühərrik rolunu oynayan Bakıdır. Bununla belə, qeyd etdiyimiz proseslərin digər iştirakçılarının səsləndirdiyi müəyyən bəyanatlar Azərbaycan-Gürcüstan müzakirələrinin aktuallığını daha da artırır.

Söhbət aprelin 4-də Özbəkistanın Səmərqənd şəhərində Avropa İttifaqı-Mərkəzi Asiya sammitində Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Transxəzər və Orta Dəhliz nəqliyyat layihələri ilə bağlı səsləndirdiyi fikirlərdən gedir. O bu layihələrin Avropa üçün mühüm strateji əhəmiyyət daşıdığını qeyd etsə də, Gürcüstanın yox, Ermənistanın əsas tranzit ölkə olmasını istədiklərini açıq şəkildə bəyan edib. Təbii ki, bu yanaşma Azərbaycan üçün yeni deyil. Əvvəlki illərdə Bakı-İrəvan danışıqlarında vasitəçilik edən Brüsselin əsl mahiyyətinin nədən ibarət olduğunu təcrübədə Azərbaycan çox gözəl bilir.

Orta Dəhliz mesajı

Avropa İttifaqının Mərkəzi Asiya ilə strateji müttəfiqlik planlarının Bakının iştirakı olmadan, maraqları nəzərə alınmadan reallaşmayacağını Brüsseldə də çox yaxşı anlayırlar. Bununla belə, yenə də əslində Cənubi Qafqazda regional inteqrasiya, iqtisadi inkişaf istiqamətində başlıca əngəl sayılan Ermənistanı sülh əldə edilmədən nəyin bahasına olursa-olsun xilas etməyə çalışırlar. Lakin Bakının mövqeyi qətidir. Azərbaycan hər bir məsələdə öncə öz milli maraqlarını əsas tutur və heç bir qüvvə bu məsələdə rəsmi Bakının iradəsinə təsir göstərə bilməz.

Prezident İlham Əliyev gürcü həmkarı ilə mətbuata birgə açıqlamasında bu məsələyə də son nöqtəni qoyub. Dövlət başçısı bildirib ki, nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaradıb və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib:

"Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir".

"Regionun təhlükəsizliyini və sabitliyini təmin edirik"

Bəs uzun illər Tbilisini bölgədə özünün "ən yaxın strateji müttəfiqi" adlandıran Avropa İttifaqının mövqeyindəki kəskin dəyişikliyin səbəbi nədir? Brüsselin Gürcüstanı özünün planlarından kənarlaşdırmaq cəhdlərinin arxasında dayanan əsas niyyət nədir? Bu sualların cavabını elə Gürcüstan Prezidenti özü verir:

"Təəssüf ki, son vaxtlar ölkələrimiz dəfələrlə ikili standartların və xarici qüvvələrin daxili işlərə müdaxiləsinin obyektinə çevrilib. Çox sayda səyə baxmayaraq, biz bu təhlükələri qətiyyətlə aradan qaldırırıq, regionun təhlükəsizliyini və sabitliyini təmin edirik.

Heç bir üçüncü ölkə və ya təşkilatın xalqlarımız üçün nəyin yaxşı olduğunu bizdən yaxşı bilməsi mümkün deyil. Şadam ki, Azərbaycan ilə Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlıq intensivləşib və cənab Prezident, buna görə sizə bir daha təşəkkür edirəm".

Bu bəyanatdan da göründüyü kimi, Azərbaycan Gürcüstan xalqının seçimini, müstəqil siyasət yürütmək kursunu tam olaraq dəstəkləyir. Çünki Bakının da istənilən dövlət və ya təşkilatla ikitərəfli münasibətlərində tələb etdiyi başlıca prinsip məhz bərabərhüquqluluq, qarşılıqlı hörmət və daxili işlərə müdaxilənin yolverilməzliyidir. İndi Gürcüstan da özünə münasibətdə Bakının diktə etdiyi bu prinsiplərin reallaşmasına çalışır. Təbii ki, strateji müttəfiqi, mehriban qonşusu və sülh, inkişaf, inteqrasiyanı özünün prioriteti elan edən Azərbaycanın dəstəyi ilə...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Aprel 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see142

“Ölüm yuxusu” gürcü dilində nəşr olunub

05 Sentyabr 2025 10:29see139

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see137

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see128

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see126

Kreml qiyamdan qorxur...

05 Sentyabr 2025 20:45see125

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see125

Donald Trampdan etiraf: “Vaşinqton Hindistan və Rusiyanı itirdi”

05 Sentyabr 2025 17:51see123

Bu şəraitdə Bakı balanslaşdırılan siyasət yürütməyə məcbur olacaq, əks halda… SENSASİON MƏQAMLAR KONKRET

05 Sentyabr 2025 19:01see122

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see121

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

06 Sentyabr 2025 00:05see121

“Hücumçu gəlib komandanı “Çelsi”, “Liverpul” kimi rəqiblərlə oyunlarda qalib etməyəcəkdi ki...” “İmarət”dən qəribə mövqe

05 Sentyabr 2025 16:17see119

Azərbaycandan 8 ölkəyə ilginc bağlama göndərilir Siyahı yayıldı

05 Sentyabr 2025 07:02see119

Telefonu bir əlində tutub digər əllə yazmaq ciddi xəstəliyə səbəb OLA BİLƏR

05 Sentyabr 2025 13:14see118

Hər gün sıxlıq olan o küçədə dəyişikliklər ediləcək

05 Sentyabr 2025 20:41see118

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see118

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see118

Nobel mükafatları bu tarixlərdə veriləcək

05 Sentyabr 2025 14:11see116

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see115

Bayden yenə xərçəngdən əməliyyat olundu

05 Sentyabr 2025 05:33see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri