Bu gün Mixeil Kavelaşvilinin andiçmə mərasimi keçiriləcək
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Bu gün Gürcüstanın 6-cı Prezidenti Mixeil Kavelaşvilinin andiçmə mərasimi keçiriləcək.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, mərasim saat yerli vaxtla 11:00- da, parlamentin iclas zalında baş tutacaq və 40 dəqiqə davam edəcək.
Mixeil Kavelaşvili xüsusi olaraq çap edilmiş və parlamentin muzeyində saxlanılacaq konstitusiya nüsxəsinə and içəcək.
Parlament üzvlərinin, yerli özünüidarəetmə orqanlarının nümayəndələrinin, həmçinin Acarıstan və Abxaziyanın Ali Şurasının, Gürcüstan hökumətinin, konstitusiya orqanlarının nümayəndələrinin, parlamentin nümayəndələrinin daxil olduğu Seçkilər Kollegiyasının üzvlərinin iştirak edəcəyi mərasimə xarici ölkələrin nümayəndələri dəvət edilməyiblər.
Xatırladaq ki, Mixeil Kavelaşvili dekabrın 14-də beş il müddətinə Gürcüstanın prezidenti seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 29 Dekabr 2024 08:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















