Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

Bakı Vaşinqton təmasları intensivləşib Kaspi nin TƏHLİLİ

Bakı Vaşinqton təmasları intensivləşib Kaspi nin TƏHLİLİ

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

ABŞ rəhbərliyinin Cənubi Qafqaz bölgəsinə marağı artmaqdadır. Ağ Ev rəhbərliyi bölgədə Azərbaycanın yaratdığı yeni reallıqları nəzərə alır və bölgədə əsas tərəfdaş qismində məhz rəsmi Bakını görür.

Son günlərdə Bakı-Vaşinqton diplomatik xəttində təmaslar artıb. Bu fəallıq ABŞ-nin Azərbaycanla münasibətlərin inkişafına verdiyi önəmin ifadəsi kimi dəyərləndirilir.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Trampın təbrik məktubu

Prezident Donald Trampın Prezident İlham Əliyevə Müstəqillik Günü ilə bağlı ünvanladığı təbrik məktubunda bu önəm xüsusi olaraq qeyd edilir. Ağ Ev rəhbəri bildirib ki, ABŞ Azərbaycanla əlaqələri, həmçinin rəsmi Bakının terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, Ermənistanla sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığını yüksək qiymətləndirir. "30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək. ABŞ Azərbaycan və Ermənistan arasında möhkəm sülhü dəstəkləməkdə davam edir. Davamlı sülh Cənubi Qafqaz regionunun daha firavan olmasını təmin edəcək və ABŞ ilə əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni firavanlıq dövrünə qədəm qoymağın vaxtıdır. Biz qarşıdakı illərdə və onilliklər ərzində daha dərin tərəfdaşlığa ümid edirik", - Donald Tramp bildirib.

Məktubdan da göründüyü kimi, ABŞ-Azərbaycan münasibətlərində energetika, terrora qarşı mübarizə, iqtisadi münasibətlər və təhlükəsizlik məsələləri prioritet təşkil edir. Hansı ki, bu istiqamətlər üzrə Vaşinqtonla əməkdaşlığın dərinləşdirilməsi Bakının da maraqlarına uyğundur.

Senatordan təşəkkür

Bu kontekstdə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə apardığı müzakirələr də diqqət çəkir. Qəbul zamanı senator ABŞ ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu deyib. Əfqanıstanda Amerika Birləşmiş Ştatları və Azərbaycan əsgərlərinin çiyin-çiyinə xidmət etdiyini, Kabil hava limanının təhlükəsizliyinə cavabdeh olan Azərbaycan sülhməramlı qüvvələrinin Əfqanıstanı tərk edən ən sonuncu hərbi kontingent olduğunu xatırladan Stiv Deyns oradan mülki və hərbi şəxslərin təxliyəsində azərbaycanlı hərbçilərin mühüm rol oynadıqlarını vurğulayıb və buna görə də ayrıca minnətdarlığını bildirib. O, Azərbaycana və Mərkəzi Asiya ölkələrinə ABŞ Senatının nümayəndələri tərəfindən səfərlərin intensivləşdirilməsinin vacibliyinə toxunub. Dövlət başçısı Donald Trampın birinci prezidentliyi dövründə Azərbaycanla əlaqələrin inkişafına göstərdiyi diqqətin də təqdir olunduğunu deyib.

Bu fikirlər Tramp Administrasiyasının Bayden hökumətindən fərqli olaraq, Azərbaycanın tərəfdaşlıq münasibətləri çərçivəsində vaxtilə atdığı addımları unutmadığının, əksinə yüksək dəyər verdiyinin göstəricisidir. Ağ Ev rəhbərliyinin mövcud beynəlxalq proseslər fonunda Azərbaycanın əhəmiyyətini xüsusi vurğulaması ikitərəfli münasibətlərin inkişafına da müsbət təsir göstərir. Qeyd edək ki, hazırda Azərbaycan həm də bir çox beynəlxalq tranzit layihələrinin əsas halqası sayılır. Prezident İlham Əliyevin senator Stiv Deynslə görüşündə bu məqam da xüsusi qeyd edilib.

ABŞ rəhbərliyinin Cənubi Qafqaza marağı artmaqdadır

Bakı-Vaşinqton diplomatik təmaslarının intensivliyi bununla da yekunlaşmır. Belə ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavin köməkçisi Coşua Hak və Dövlət Departamentinin Avropa üzrə baş müşaviri Uayett Toelke də Bakıya gəlib. ABŞ səfirliyinin məlumatında qeyd edilir ki, onlar Azərbaycana yüksəksəviyyəli rəsmilərlə görüşmək və ABŞ-nin maraqlarını, iqtisadi rifahı və regional təhlükəsizliyi təşviq edən ikitərəfli dialoqu davam etdirmək məqsədilə səfər ediblər.

Göründüyü kimi, ABŞ rəhbərliyinin Cənubi Qafqaz bölgəsinə marağı artmaqdadır. Bölgədə isə əsas söz sahibinin Azərbaycan olduğu, yeni əməkdaşlıq imkanlarının məhz Bakının yaratdığı reallıqlara uyğunluğu əsas amildir. Ağ Ev rəhbərliyi bu reallıqları nəzərə alır və bölgədə əsas tərəfdaş qismində məhz Azərbaycanı görür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 May 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see451

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see413

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see295

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see293

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see287

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see260

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see257

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see244

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see229

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see222

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see210

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see208

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see206

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see204

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see202

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see187

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri