Icma.az
close
up
RU
MKİ direktoru Putini təhdid edib: Cavab sərt olacaq...

MKİ direktoru Putini təhdid edib: Cavab sərt olacaq...

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff Moskvada Rusiya Prezidenti Vladimir Putinlə gərgin danışıqlar aparıb. Kreml rəhbəri ABŞ-ın Ukrayna ilə bağlı sülh təkliflərini və atəşkəs ehtimalını rədd edib.

Axar.az xəbər verir ki, bu barədə ukraynalı hərbi-siyasi analitik Sergey Pavlyuçenko məlumat verib.

“Retkliff heç bir detal təqdim etmədən Ukraynanın ABŞ-ın dəstəyi ilə Rusiyanın hərəkətlərinə cavab olaraq hazırlaşdığı tədbirlər paketi barədə Putinə məlumat verib. MKİ sədri bildirib ki, bu tədbirlər təkcə Rusiyanın ixrac potensialını əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, həm də cənub limanlarını effektiv şəkildə bloklaya və strateji müdafiə potensialını məhdudlaşdıra bilər. Eyni zamanda, Retkliff Kremli ABŞ və tərəfdaşlarının Donbasla bağlı həqiqi kompromis təkliflərini, hərbi əməliyyatların tez bir zamanda dayandırılmasını qəbul etməyə çağırıb.

Putin isə bildirib ki, Rusiya Ukraynadakı istənilən əməliyyata eyni şəkildə və daha güclü cavab verəcək. O, ABŞ prezidenti Donald Trampın sülh təkliflərini hələlik qəbul etməkdən imtina edib və bu il də atəşkəs ehtimalını istisna edib”, - Pavlyuçenko bildirib.

Ekspert qeyd edib ki, Retkliff bir daha Rusiyaya ABŞ-ın Ukrayna ilə liman və enerji atəşkəsinin tətbiq edilməsi üçün vasitəçilik təklifini təkrarlayıb:

“Putin isə bu məsələdə özünün tələblərini irəli sürüb:

- Ukrayna təmas xəttindən 200 km-dən çox məsafədə Rusiyaya qarşı bütün uzaqmənzilli zərbələri dayandırır;

- Ukrayna Rusiyanın mülki infrastrukturuna zərbələri dayandırır;

- Ukrayna Krıma və yarımadanı təmin edən logistika infrastrukturuna hücumları dayandırır;

- Ukrayna Rusiyanın neft emalı zavodlarına və enerji infrastrukturuna edilən bütün hücumları dayandırır.

Əgər bu şərtlər yerinə yetirilərsə, Putin Ukraynanın liman və enerji infrastrukturuna hücumların dayandırılmasını əmr etməyə hazır olduğunu bildirib. Amma eyni zamanda onun Ukrayna hərbi sənayesini təmin edən obyektlərə hücumları dayandırmaq planı yoxdur.

Retkliff də Rusiyanın təkliflərini Ukrayna tərəfinə çatdırmağa hazır olduğunu bildirib”.

Pavlyuçenkonun sözlərinə görə, MKİ direktoru Putinə Rusiyada 350 000-450 000 əsgərin məcburi səfərbər edilməsinə hazırlıq məqsədilə görülən səylər barədə kəşfiyyat məlumatları təqdim edib və xəbərdarlıq edib ki, bu cür planların həyata keçirilməsi qaçılmaz olaraq Ukrayna və onun tərəfdaşları, xüsusən də ABŞ tərəfindən cavab tədbirləri ilə nəticələnəcək:

“MKİ direktoru bir daha vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsinin hərbi həlli yoxdur və Moskvanın daha da gərginləşməyə yönəlmiş istənilən addımına adekvat cavab veril Putin isə Rusiyada tammiqyaslı səfərbərliyin planlaşdırılmadığını bildirib və deyib ki, belə bir səfərbərlik olmadan cəbhənin ehtiyaclarını ödəmək üçün Rusiyanın kifayət qədər ehtiyatı var.

Retkliff xəbərdarlıq edib ki, ABŞ-ın sərt sanksiyaları qaçılmazdır və buna görə də Rusiyanın ərazi güzəştinə razılaşmaq üçün çox az vaxtı qalıb”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://axar.az
archiveBu xəbər 26 Avqust 2026 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see581

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see262

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see249

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see239

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see230

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see220

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see215

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see211

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see202

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see200

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see194

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see190

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see189

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see183

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see179

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see177

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see175

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see171

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri