Mladiç bir səbəbdən azadlığa buraxılmadı...
Icma.az, Sia Az saytına istinadən bildirir.
...Ömürlük həbsə məhkum edilmiş keçmiş Bosniya serb ordusu komandiri Ratko Mladiçin müdafiəsi onun vaxtından əvvəl azadlığa buraxılmasını təmin edə bilməyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Reuters xəbər verir.
Müraciətdə Mladiçin səhhətinin pis olduğu qeyd edilib. Tibbi rəyə görə, məhkum komandirin ömrü çox olmasa da, vəziyyəti stabildir.
Bununla belə, Haaqa məhkəməsi Mladiçin azadlığa çıxmasına haqq qazandıracaq ciddi, ölümcül xəstəliyi olmadığı üçün onun dəmir barmaqlıqlar arxasında qalmasına qərar verib. Xatırladaq ki, Ratko Mladiç səkkiz il əvvəl Bosniya müsəlmanlarının soyqırımı, insanlığa qarşı cinayətlər və müharibə qanunlarını pozmaqda günahlandırılaraq ömürlük həbs cəzasına məhkum edilib.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 30 İyul 2025 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















