Icma.az
close
up
RU
MN dəki milyonluq mənimsəmə üzrə məhkəmə davam etdirilib

MN dəki milyonluq mənimsəmə üzrə məhkəmə davam etdirilib

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Cəlal Kazımovun vəkili vəsatət verərək müdafiə etdiyi şəxsin Bakı Hərbi Məhkəməsində çıxarılan hökmdən narazı olduğunu bildirib və məhkəmədən xahiş edib ki, ədalətli hökm çıxarılsın.
Vəsatətə münasibət bildirən Cəlal Kazımov deyib ki, o birinci instansiya məhkəməsində sübutların düzgün təhlil edilmədiyini düşünür və ədalətli hökm çıxarılmadığına inanır: "Mən əsgərəm, nə əmr edilib, onu icra etmişəm. Buna baxmayaraq, məni təqsirləndirilən olaraq elan ediblər, amma o pulu həqiqətən mənimsəyənlər - bu işin başında olan Rafael Xələfov, 4 milyon 526 min mənimsəyən N.Poladov, R.İbrahimov və S.Abbasovdur. Biz isə həbs olunmuşuq. Mən demirəm ki, eləməmişəm. Deyirəm ki, vəsait almamışam və heç bir sənəddə imzam yoxdur. Mən sənət seçəndə Vətəni qorumaq üçün seçmişdim, Vətəni talamaq üçün yox".
Vəsatətin şikayətə əlavə ediləcəyi bildirilib.

Daha sonra Cəlal Kazımovun vəkili daha bir vəsatət qaldıraraq əvvəlki məhkəmənin protokollaşdırılmış hökmünün deyil, məhkəmə prosesinin audio-video yazısının mötəbər sübut kimi qəbul edilməsini xahiş edib.
Hakim bu vəsatətə yekun müşavirədə baxılacağını söyləyib.
Prosesin davamında C.Kazımov daha bir vəsait verərək onunla bağlı bütün videolara məhkəmədə baxılmasını xahiş edib.
Bu vəsatət də təmin edilməyib.

Digər təqsirləndirilən Vüsal Əlizadə məhkəməyə vəsatət verərək xahiş edib ki, büdcə ilə bağlı ekspertiza rəyi Ədliyyə Nəzirliyinin ekspertizasına göndərilərək yoxlanılsın. O, iddia edib ki, həmin ekspertiza rəyi həqiqəti əks etdirmir.
Bu vəsatət də təmin olunmayıb.

Daha sonra vəkillər dəlillərə münasibət bildirib.

Növbəti proses iyunun 12-nə təyin edilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında həbs ediliblər.
Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manat hesablanıb.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Nizami Məmmədov və Bayram Bayramov hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://apa.az
archiveBu xəbər 27 May 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri