Icma.az
close
up
RU
Yoxlamaya gələnlər faizlərini alıb gedirdi MN dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə

Yoxlamaya gələnlər faizlərini alıb gedirdi MN dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

"Unikal" Apa-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Bayram Bayramov ifadə verib.

O, irəli sürülən ümumi ittihamla razılaşmadığını bildirib:

“Bunu ibtidai istintaqa ifadəmdə də bildirmişəm. Korpusda xidmət etmişəm. Hərbi hissələrdəki bütün mənimsəmələri də mənim üzərimə yazıblar. Yoxlamaya gələnlər öz faizlərini alıb gedib. Bu məndən qabaq da belə olub, mənim dövrümdə də belə idi. Ümumilikdə üzərimə 9 milyon manatın mənimsənilməsi qoyulub. Hərbi hissələrdəki artıq yazılan pullar mənə mənimsəmə kimi yazılıb”.

Daha sonra Nizami Məmmədova söz verilsə də, o, vəkilinin çıxış edəcəyini bildirib.

Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə bildirib ki, maliyyə xidmət rəisləri məhkəmədə ifadə verib: “Rəfail Xələfov əvvəl pul aldığını üzərinə götürməsə də, daha sonra az məbləğ olsa da, boynuna aldı. Bu cinayət işi böyük həcmlidir. Birinci instansiya məhkəməsi 1 il 4 ay çəkdi. Lakin məhkəmənin protokolllarına baxdıqda elə bilinir ki, məhkəmə keçirilməyib. Hətta şahidlərin ifadəsi protokolda qeyd olunsa da, hökmdə yoxdur”.

Vəkil qeyd edib ki, müvəkkili cinayət işi üzrə özünü qismən təqsirli hesab edir: “Biz ittihamın bir qismini qəbul etsək də, digər hissəsini qəbul etmirik. Nizami Məmmədov saxlanıldığı gündən bəri verdiyi ifadə dəyişməz olaraq qalıb. Ona qarşı sürülən 18.674.594 manatın 12.500.000 manatını ödəyib. Məhkəmə təqsirləndirilən şəxsin istintaq orqanının depozit hesabına ziyanın qismən ödənilməsini nəzərə alıb. 12.500.000 manat vəsait qismən olaraq nəzərə alınıb və bunun qarşılığında 11 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib”.

Vəkil qeyd edib ki, Nizami Məmmədov idarə rəisi vəzifəsinə gələn zaman bu mexanizm var idi: “Bu mexanizmi yaradan Nizami Məmmədov deyil. O, sadəcə bunu davam etdirib. Yoxlamaların aparılması 2015-ci ildən başlanılıb və araşdırmada da bu sübut olunub. Biz dəfələrlə vəsatət verdik ki, N.Poladov məhkəmədə ifadə versin. İstintaq dövründə bizə qarşı ifadə verib. Bizim onu dindirmək hüququmuz var.

Rəfail Xələfov orada ikinci adamdır. O, pulu gətirib Nizami Məmmədova verdiyini bildirib. Nə zaman, kimin yanında verib? İstintaq orqanı bu ifadəni qəbul edib. Əvvəlcə, 18 milyon deyil, 20 milyon yazılmışdı. Sübut olundu ki, 2 milyon manat nazirliyin tədbirlərinə xərclənib”.

Vəkilin sözlərinə görə, öncə mənimsənilən məbləğ 80 milyon göstərilsə də, bunu sübut edən akt, sənəd yoxdur: “Daha sonra 143 milyon yazıldı. Həmçinin cinayət işi üzrə yoxlamanı zərərçəkən şəxs aparır. Bu, ola bilməz. Burada məqsəd nə ola bilər? Cinayət işi üzrə 40 milyon manat pul ödənilib. Əgər təqsirləndirilən şəxslər azadlıqda olsaydı, onların payına düşən məbləğ tam şəkildə ödəniləcəkdi.”.

Vəkil məhkəməyə bildirib ki, ittiham aktında qeyd olunan müvəkkilinin mənimsədiyi məbləğdən 4 milyon manata yaxın məbləğ çıxılmalıdır:
“Cinayət işi üzrə şahid qismində ifadə verən S.Abbasov və N.Cabbarov istintaq dövründə ərizə ilə müraciət edib. S.Abbasov 2 milyondan çox, N.Cabbarov isə 300.000 manat pul mənimsədiyini və bunu hissə-hissə verilməsinə şərait yaradılmasını istəyiblər. Bunun üçün də həmin məbləğdən 4 milyon manat çıxılmalıdır”.

Məhkəmə prosesi mayın 5-də davam etdiriləcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs ediliblər.
Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manat hesablanıb.Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Nizami Məmmədov və Bayram Bayramov hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə 10 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul olunub.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://unikal.az
archiveBu xəbər 08 Aprel 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see351

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see325

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see261

Kompani İngiltərə millisinin üzvünü komandasında görmək istəyir

15 Oktyabr 2025 13:27see202

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see183

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see138

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Şuşa şəhərinə gəliblər

15 Oktyabr 2025 18:02see136

Serbiya seçimini etdi, bunu gözləyirik Leyen

15 Oktyabr 2025 21:50see135

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see132

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see132

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see129

Bakıda yol kənarında fahişələrin axşam bazarı (VİDEO)

16 Oktyabr 2025 04:40see129

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see128

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see128

Şarm əl Şeyx sammiti: Yaxın Şərq üçün yeni tarix

15 Oktyabr 2025 12:20see126

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see124

Eltac və Gülnar Avropa çempionatında

16 Oktyabr 2025 00:38see123

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see123

İlham Əliyev bu qanuna dəyişikliyi təsdiqlədi

15 Oktyabr 2025 15:56see122

Ən kinli insanlar bu qan qrupundan olurlar ARAŞDIRMA

16 Oktyabr 2025 04:05see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri