Mobil telefondan istifadə sükan arxasında ölüm gətirir VİDEO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Son dövrlər sükan arxasında mobil telefondan istifadə edən sürücülərin sayı artmaqdadır. Bu isə bir çox hallarda yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.
Avtosfer.az xəbər verir ki, məsələni diqqətə alaraq Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi sürücülər üçün maarifləndirici sosial çarx hazırlayıb.
Çarxda əsas mesaj kimi sükan arxasında mobil telefondan istifadə etməyin təhlükəli olduğu və bunun həm sürücünün, həm də digər yol hərəkəti iştirakçılarının həyatını riskə atdığı vurğulanır.
Sosial çarx cəmiyyətə, xüsusilə də sürücülərə çağırış edir ki, yola və hərəkətə diqqəti yayındıran amillərdən uzaq olsunlar. Yalnız bu halda yollarda təhlükəsizliyi təmin etmək mümkündür.
Avtosfer.az sözügedən videoçarxı təqdim edir.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 26 May 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















