Sürücü hərəkət zamanı sükan arxasında mobil telefondan istifadə edərkən saxlanılıb
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu günədək aparılan müşahidələr və statistik göstəricilər sübut edir ki, sükan arxasında sürücünün diqqətinin yayınması yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəblərindən biridir. Hərəkət zamanı mobil telefonu əldə saxlamaqla ondan istifadə etmək sürücünün reaksiyavermə müddətini azaldır və təhlükəli vəziyyətin vaxtında qiymətləndirilməsinə mane olur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 525.az-a bildirilib ki, yol polisi tərəfindən keçirilən növbəti profilaktik tədbir zamanı hərəkət zamanı mobil telefonu əldə saxlamaqla ondan istifadə edən sürücü müəyyən olunub. Onunla maarifləndirici söhbət aparılmaqla qanunvericiliyin tələbləri diqqətinə çatdırılıb.
“Unutmaq olmaz ki, sürücü yalnız öz həyatına deyil, piyadaların, sərnişinlərin və digər hərəkət iştirakçılarının da təhlükəsizliyinə birbaşa cavabdehdir. Bir neçə saniyəlik diqqətsizlik ağır nəticələrə, bəzən isə geridönüşü olmayan faciələrə səbəb ola bilər. Ona görə də hər bir sürücünü məsuliyyətli olmağa və təhlükəli davranışlardan çəkinməyə çağırırıq”,- deyə məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 23 Yanvar 2026 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















