Icma.az
close
up
RU
Möcüzə kimi Şuşa döyüşü sabiq polis rəisinin dilindən: Yaralılar şəhidləri maşında aparmağa qoymadılar, çiyinlərində daşıdılar

Möcüzə kimi Şuşa döyüşü sabiq polis rəisinin dilindən: Yaralılar şəhidləri maşında aparmağa qoymadılar, çiyinlərində daşıdılar

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri - 44 günlük Vətən müharibəsi yaddaşlara xalqımızın qəhrəmanlıq salnaməsi kimi həkk olundu. Ərazi bütövlüyümüz, Qarabağın azadlığı uğrunda aparılan mübarizə, hər şəhərin, kəndin işğaldan azad olması Azərbaycan dövlətçiliyinin və xalqının iradəsinin təntənəsi idi. Bu savaşın zirvəsi isə noyabrın 8-də Şuşanın xüsusi qəhrəmanlıqla, dünya hərb tarixində rast gəlinməyən taktika ilə işğaldan xilas edilməsi - Zəfər Günü oldu.

Şuşa təkcə hərbi-strateji baxımdan deyil, həm də milli-mənəvi dəyərimiz, mədəniyyətimizin beşiyi kimi xüsusi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Şuşanı müharibədən az sonra mədəniyyət paytaxtı elan edib. Həmçinin 2024-cü ildə Şuşa islam dünyasının mədəniyyət paytaxtı elan olunub...

Şuşanın sabiq polis rəisi Orduxan Kərimov Şuşanın işğalına da, azad edilməsinə də şahiddir. O, Oxu.Az-a müsahibəsində müharibə günləri, Şuşa yolundakı çətinliklər və vətənimizin azadlığının yaratdığı qürurdan danışıb. Onun xatirələri həm bir döyüşçünün peşəkar baxışını, həm də bir vətəndaşın duyğularını əks etdirir.

Möcüzə kimi Şuşa döyüşü: Sabiq polis rəisi detalları AÇIQLADI

- Orduxan bəy, 1992-ci ilin mayında Şuşanın işğalını necə xatırlayırsınız?

- Qarabağ işğalda olduğu 30 ilə yaxın müddət ərzində biz hər gün Şuşa həsrəti ilə yaşamışıq. Şuşa işğal olunan zaman insanlar şəhəri tərk edəndə polis idarəsində doqquz nəfər qalmışdıq. İtkin düşən, yaralananlar və şəhidlərimiz çox idi. Ərazidən çıxara bildiklərimiz də oldu, bilmədiklərimiz də. Bunları xatırlamaq çox ağırdır.

2020-ci ilin 8 noyabrında Şuşaya qayıdanda isə gözlərimə inana bilmirdim. Əvvəl mənə elə gəlirdi, yuxudur, sanki cismim yox, ruhum buradadır. İlk günlərdə şəhərdə əsgərlərimizdən başqa heç kim yox idi. Evlərə baxırdım, mənə qəribə gəlirdi. Elə bilirdim ki, nağıllar aləminə düşmüşəm. Şuşada yaşadıqca bura daha da doğmalaşır, sanki hər keçən gün bizi özünə bir az da çəkir. Bu günə şükür olsun. Ali Baş Komandanımızın, şəhidlərimizin, qazilərimizin və ümumiyyətlə, xalqımızın, birliyimizin sayəsində bu qələbə əldə edildi. Azərbaycan xalqı 44 günlük müharibədə nəyə qadir olduğunu göstərdi.

Biz bunu Birinci Qarabağ müharibəsi dövründə də edə bilərdik, amma onda milli birlik, nizami ordu yox idi. Batalyonun biri döyüşə gedirdi, digəri getmirdi. Həmin döyüşlərdə də iştirak etdiyim üçün bunun şahidi olmuşam. 2016-cı ildə Aprel döyüşlərində də Şuşa Rayon Polis Şöbəsi Tərtərin Talış kəndi ətrafında xidmət edirdi. Nə lazım idisə, əlimizdən gələni edirdik. Bizim şəxsi heyətin 80 faizi ön xətdə xidmət edirdi deyə hərbçilər bizi çox yaxşı tanıyırdılar. Bu gün də hərdən Tərtərə gedəndə sakinlərlə görüşürəm, onlar da deyirlər ki, "siz bizim fəxri vətəndaşlarımızsınız". Məcburi köçkünlük dövründə 30 ilə yaxın orada yaşamışıq. Səhər yuxudan oyananda hərdən elə bilirəm ki, Tərtərdəyəm, sonra görürəm ki, yox, Şuşadayam.

- Şuşanın azad olunması hərdən "möcüzə" də adlandırılır. Sizcə, bu "möcüzə"nin sirri nə idi?

- Həqiqətən də bu döyüşdə Allah bizimlə oldu. Şuşaya daxil olmazdan bir gün əvvəl axşam meşədə idik. Yağış yağanda çox pis olmuşdum ki, yollar bağlanacaq. Texnika əraziyə daxil olacaq, bəs piyadalar, necə edəcəyik? Həm də bir gecə yağışlı havada çöldə dayanmaq xəstələnmək üçün bəs edir. Ancaq biləndə ki, Şuşaya girəcəyik, başa düşürsən ki, dözməyə dəyər. Hərbçilər isə çox peşəkar idilər. Bu da döyüşdə özünü çox göstərir. Çünki cəsarətli döyüşçü başqadır, ancaq döyüşü idarə etmək, planla döyüşmək başqa. Həmçinin üstünlük də bizdə idi.

- Müharibə zamanı rast gəldiyiniz igidlik nümunələrindən hansını xüsusilə xatırlayırsınız?

- Bizim uşaqların cəsarəti ilə yanaşı, vətənpərvərliyini mən onda gördüm ki, yaralı uşaqlar da Şuşaya gəldilər. Şəhidləri də özləri ilə aparırdılar. Onlara dedik ki, maşın gəlir, şəhidləri göndərək. İmtina etdilər ki, bir-birimizə söz vermişik ki, kim sağ qalsa, digərini aparacaq. Düzdür, üzərindən beş il keçib, amma o illərə qayıdanda, həmin səhnələr gözümün qabağına gələndə kövrəlirəm. Görün bu oğlanlarda nə qədər vətənpərvərlik hissi var?!

- Müharibə dövründə vətəndaşlarımızın da ordumuza dəstəyi az olmadı...

- Vətəndaşlarımız əsgərləri döyüşə aparan maşınlara yemək, meyvə, su atırdılar. Bu, müharibənin mənəvi qələbəsi idi. Hərbçilərdən biri danışmışdı ki, maşınlarımız hərəkətdə olanda yolun kənarında iki uşaq dayanmışdı, əllərində çörək və kartof var idi, onda sürücüyə dedim ki, biz artıq qalibik.

- Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin xalqa birbaşa müraciətləri, möhtəşəm çıxışları olurdu. Bunları izləyə bilirdinizmi, döyüş ruhunuza hansı təsirləri göstərirdi?

- Həqiqətən də, bütün nailiyyətlər dövlətin başçısından asılıdır. Ali Baş Komandanın çıxışlarına baxanda istəyirdik ki, verilən əmrdən daha da irəli gedək. Bu çıxışlar bizə ruh verirdi. Qələbəmiz bizim əsgərlərin qəhrəmanlığı, xalqımızın birliyi və Ali Baş Komandanımızın sayəsində oldu.

- Bu gün Şuşada gəzərkən xatirələriniz sizə hansı duyğuları yaşadır?

- Xüsusən də axşamlar Şuşada gəzintiyə çıxanda, şuşalılarla söhbət edəndə gözümüzün biri güləndə digəri ağlayır. Çünki bu günü görmək bizə qismət oldu, amma elə əzizlərimiz var ki, bu günü görmədilər. Elə yoldaşlarımız oldu ki, şəhid oldular, bu xoşbəxt günü görmədilər. Şuşa işğal olunanda mənim qonşumun iki oğlu şəhid oldu. İş yoldaşımın özü də, qardaşı da şəhid oldular. Elə ailələr var, iki övladı olub, ikisi də Vətənə qurban getdi. Onların özləri də bu günü görmədilər. Evlərin yanından keçəndə burada kimlərin yaşadığını, kimlərin şəhid olduğunu xatırlayıram, yaşım buna imkan verir. Cavanlar üçün bunları danışırıq ki, tariximizi unutmasınlar.

Şuşa işğal olunanda mən sənədlərdən başqa, evdən heç nə götürməmişdim. Bilirdik ki, bir gün buraya qayıdacağıq və qayıtdıq. Çünki bizim inamımız və döyüşmək bacarığımız var. Bizi, ordumuzu gücləndirmək və xalqı yumruq kimi ətrafında birləşdirib qələbəyə çatdırmaq lazım idi, bunu da cənab İlham Əliyev uğurla həyata keçirdi.

Mərahim Nəsib

Video: Əqdəm Qasımov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Oktyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see210

Vilayət Eyvazovdan bəylə gəlinə sürpriz FOTOLAR

23 Noyabr 2025 14:12see202

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see184

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see172

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

21 Noyabr 2025 20:29see139

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see133

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

22 Noyabr 2025 01:05see131

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

21 Noyabr 2025 23:40see128

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see128

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

22 Noyabr 2025 01:26see127

Misir telekanalında Azərbaycan musiqisi haqqında veriliş yayımlanıb

22 Noyabr 2025 01:42see127

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see127

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see125

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see124

Yağın ucuz olduğu ölkələrdən böyük həcmdə idxal edirlər, öz etiketini vurub yerli istehsal məhsulu kimi satırlar

22 Noyabr 2025 00:58see124

Suitilərin əvvəllər məlum olmayan davranış xüsusiyyəti aşkar edilib...

21 Noyabr 2025 23:38see120

Çin rabitə peykini orbitə çıxardı

22 Noyabr 2025 01:38see119

Kürdəmir sakini saxta kredit vədinin qurbanı oldu (VİDEO)

21 Noyabr 2025 19:12see119

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see119

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri