Model Səmra Trendyol u fırıldaqda ittiham edir: Bu dolandırıcı şirkətlə əlbir olan blogerlər...
Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Model Səmra Hüseynova bu dəfə "Trendyol" alış-veriş saytının Azərbaycan bölməsindən şikayət edib.
Mia.az Axşam.az-a istinadıa xəbər verir ki, model məhsulların türk versiyada ucuz, Azərbaycana sifariş versiyasına keçəndə isə üçqat artdığını bildirib.
"Bu süni qiymət artımıdır. Heç bir mesajlara baxılmır, bu dolandırıcı şirkətlə əlbir olan blogerlər, niyə insanları aldadırsınız? Niyə öz qiymətinə deyil, süni artırılmış qiymətlə aldadırsınız? Niyə yalandan kuponlar verirsiniz? Başınıza nə xəstəlik gəlirsə saf cəmiyyəti aldatdığınıza görədir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, sizə ərizə də yolladım. Bu işlə bağlı rica edirəm tədbir görülsün. Süni qiymət artırır, saxta kuponlarla insanları aldadırlar", - deyə, Səmra paylaşımında yazıb.
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 13 Noyabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















