Icma.az
close
up
RU
Modern romanı bünövrəsindən dağıdıb, yenidən tikən romançı

Modern romanı bünövrəsindən dağıdıb, yenidən tikən romançı

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün yazıçı Robert Musilin doğum gündür.
Kulis.az bu münasibətlə müəllifin yaradıcılığı haqqında Dursun Berkin "Zamanın ruhuyla üzləşmək" yazısını təqdim edir.

Bütün böyük ədəbi əsərlər yalnız fərdin daxili aləmini deyil, eyni zamanda mənsub olduğu dövrün parçalanmalarını da görünən edir. Robert Musilin “Keyfiyyətsiz adam” əsəri fərdi bir yadlaşmanın romanı olmaqla bərabər konkret bir dövrün ruhu ilə hesablaşmadır. Bu yazının adı olan “Zamanın ruhuyla üzləşmək” məhz bu qarşılaşmanın həm fərdi, həm də tarixi yönünü ifadə edir: Çünki Musilin romanı imperiyanın, düşüncə ənənəsinin və bir etik sistemin dağılmasını dilə gətirir.
“Zamanın ruhu” anlayışı burada Hegelin ifadə etdiyi mənada yalnız tarixin düşüncəvi əksini deyil, insanın tarix qarşısında duyduğu dərin çarəsizliyi də daşıyır.

Musilin qəhrəmanı Ulrix eynən zamanın özü kimi bir “izahsızlıq” halındadır.
O, nə keçmişin dəyərlərinə köklü şəkildə bağlıdır, nə də gələcəyə dair bir idealla silahlanmışdır. O, içində olduğu dövrün süqutunu hiss edən, amma onu aşa, öhdəsindən gələ bilməyən, nə tam mənasıyla tənqid edən, nə də təsdiqləyən bir varlıq halındadır.
Bu yazı Musilin romanını tarix və düşüncə kontekstdə araşdıraraq, fərdin daxili boşluğunu dövrün ruhi süqutu ilə birləşdirməyi hədəfləyir.
Müasir fərdin tənhalığı texnologiyanın hökm sürdüyü dövrümüzdə başqa formalarda davam etsə də, Musilin təqdim etdiyi panoramik süqut müəyyən mənada bu günlə səsləşir.
Məhz buna görə də “Zamanın ruhu ilə üzləşmək” adı təsadüfi deyil.

Avstriya-Macarıstan imperiyasının son illərinə iz qoyan bu nəhəng, yarımçıq qalmış “Keyfiyyətsiz adam” əsəri təkcə fərdi bir dağılma-parçalanma hekayəsi deyildi, Musil bu əsərlə bir dövrün ruhunu və tarixi quruluşunun şəklini çəkirdi.

Musil modernliyin gətirdiyi yadlaşmanı, fərd və cəmiyyət arasındakı dərin uçurumu araşdırarkən Hegelin “zamanın ruhu” anlayışını yenidən işləyir. Çünki insan yalnız öz daxili aləmində dağılmır, bir dövrün və bir cəmiyyətin çürüyən quruluşlarında da itir.
Marksist filosof Corc Lukaç “Keyfiyyətsiz adamı” sosial-realistik bir baxışla təhlil edərkən romanın fərdi dağılmalarını kapitalist istehsal münasibətlərinin yaratdığı “Entfremdung” (yadlaşma) hadisəsinin konkret təzahürləri kimi yozur.
Ulrixin ağrılı passivliyi artıq nə öz əməyinə, nə də cəmiyyətə aidiyyəti qalmamış bir fərdin faciəsidir. Lukaç Hegelin “zamanın ruhu” anlayışını dialektik bir zəminə daşıyaraq, sözügedən əsərin konteksində fərdin öz növ mahiyyətindən uzaq düşməsini göstərir.

Lukaçın analizi, Musilin dilindəki daxili monoloqları və ictimai tənqidi, sinfi qarşıdurmanın və ideoloji aparatların fərdin şüuruna necə nüfuz etdiyini göstərən güclü bir prizma altına alır; romandakı personajlar yalnız şəxsi travmaların deyil, həm də əmtəə fetişizminin, istehsal proseslərinin parçalanmışlığının və əmək–istehlak münasibətlərinin yükünü çiyinlərində daşıyırlar.

Robert Musilin ədəbiyyatın ümumbəşəri transformasiyasındakı yeri eynən Ceyms Coysun şüur axınını sonsuz bir okeana çevirməsi, Marsel Prustun itirilmiş zamanı yaddaş vasitəsilə yenidən qurması və Virciniya Vulfun daxili aləmi parlaq metaforalarla ifadə etməsi qədər sarsıdıcıdır; o, modern romanı bünövrəsindən dağıdıb yenidən tikən ustalardandır.

Ulrixin daxili monoloqları Coysun Leopold Blumun şüurundakı qarışıqlığı xatırladır, zamanın ruhunu Prustvari bir həssaslıqla təqdim edir; bir anlıq xatirənin sahilində keçmişə sarılır, gələcəyin kölgəsini hiss etdirir. Musilin nəsri Vulfun dalğalanan şüur axını texnikasına rəqib olur; hər cümlə insan psixologiyasının səthaltı dərin axınlarını tutmaq üçün dilin sərhədlərinə gedib çıxır.
Necə ki, Coys Dublini bir mikrokosmos halına gətirirsə, Prust Kombrayı universal bir yaddaş anbarına çevirirsə, Musil də Avstriya-Macarıstanın son nəfəsini romanın lövhələrinə həkk edir, bir imperiyanın kölgəsini insanın qəlbinə toxuyur.
Onun əsərində fərdi qırılmalar, Prustun “zamanın qıvrımları” qədər dərin, Coysun “zehin xəritələri” qədər təfərrüatlı, Vulfun “dalğa-dalğa yüksələn iç səsi” qədər titrəkdir. Bu baxımdan “Keyfiyyətsiz adam” yalnız imperiyanın süqutunu sənədləşdirən nəhəng bir tarix manifesti deyil, həm də Coysun dildəki inqilabi dönüşləri, Prustun yaddaş atlası və Vulfun şüur labirintləri ilə çiyin-çiyinə addımlayan müasir bir dastandır. Və Lukaçın Marksist analizinin göstərdiyi kimi bu dastan eyni zamanda istehsal münasibətlərinin yaratdığı yadlaşmanın ədəbi əksidir.
Musilin yazdığı dünyada insan təkcə fərdi yadlaşma ilə deyil, tarixi və ictimai kontekstdə də azır. Bu dünyada hərəkətlər mənasını itirmiş, istəklər formasızlaşmış, əxlaqi dəyərlər bulanıqlaşmışdır. Bütün siyasi quruluşlar qabıq halına gəlmişdir və yalnız keçmişin çöküntüləri ilə varlığını davam etdirməyə çalışırlar.
Burada mənəvi və ictimai süqut, şəxsi dağılma ilə iç-içə keçmişdir.
Hegelin yadlaşma fikri Musilin Ulrix obrazında özünü tam şəkildə tapır. Ulrix yalnız fərd kimi deyil, keyfiyyətlərin mənasını itirdiyi bir cəmiyyətdə mövcud olmağa çalışan insan kimi təsvir olunur. Onun itkinliyi həm fərdi, həm də tarixi və ictimai itkinlikdir.

Romanın hər səhifəsində Musilin personajları yalnız öz daxili boşluqları ilə deyil, zamanın ruhunun təsiri ilə formalaşır.

Musilin dili ənənəvi təhkiyə formalarından fərqlidir. Dil mənanın dərinliklərinə enmək üçün daim oyun oynayır. Cümlələr bəzən dolaşıqdır, mənalar bir müddət itir, sonra qəfil aydınlaşır. Bu yazı tərzi oxucunu yalnız səthi şəkildə deyil, həm də zehni səviyyədə dərin bir səyahətə çıxarır.
Musilin yaratdığı reallıq fərdin şüurundakı qırılmalarla formalaşır. Bu “zehni reallizm” sosial süqutun görünməyən üzünü göstərir.

Musil fərdi psixologiyanı sosial quruluşlarla iç-içə keçirir və hər bir personajı bu böyük dağılmanın bir əksi kimi təqdim edir.
Ulrix itmiş cəmiyyətin ən iti fiqurudur. O, boşluqları olan fərd deyil, zamanın ruhunun doğurduğu boşluqların içində olan fərddir. Bu itkinlik cəmiyyətin itkinliyinin əksidir. Ulrixin içindəki boşluq mənəvi bir eroziyadan çox, tarixi bir eroziyadır. Zamanın ruhu onu bir varlıq kimi deyil, yoxluğun, mənanın, dəyərlərin və kimliklərin itdiyi bir nöqtədə mövcud olmağa məcbur edir.
Digər obrazlar Aqat və Arnaym da Ulrixin itkinliyinə bənzər şəkildə zehni bir dağılmanın təcəssümüdür.
Aqat mistik bir axtarışdadır.


O, rasional düşüncənin hüdudlarından kənara çıxmağa, şüuraltı aləmlərin dərinliklərinə enməyə çalışır. Bu axtarış ağıl və məntiqin məhdudlaşdırmaq istədiyi dünyanı aşan azadlıq arzusunu simvolizə edir. Aqat bir tərəfdən Ulrixin daxili boşluğunu işıqlandırmağa çalışsa da, digər tərəfdən bu boşluğun böyüməsinə və dərinləşməsinə səbəb olur.
Arnaym isə gücü və ağlı birləşdirərək, sosial quruluşdakı hakimiyyət münasibətlərini və rasional düşüncənin necə bir hakimiyyət alətinə çevrildiyini təmsil edir.
Bu trionun hər biri bir fikrin daşıyıcısıdır, amma bu fikirlər nə yeni bir gələcək qura bilir, nə də özündə ümid daşıyır. Sadəcə keçmişin süqutuna şahidlik edirlər. Musilin romanı keçmişin çürüməsini təsvir edir, gələcəyin qeyri-müəyyənliyini hiss etdirir, amma çıxış yolu göstərmir.

Bununla belə, Musil yalnız modernist bir hekayəçi kimi deyil, həm də etik bir fiqur kimi çıxış edir. Onun romanı düşüncənin əməl ilə bağının qopduğu, etik dəyərlərin və istiqamətlərin itdiyi bir dövrdə fərdi yenidən intellektual müstəviyə gətirməyin yollarını axtarır.

Bugünün rəqəmsal dövründə Musilin qəhrəmanları müasir fərdin yadlaşmasını əks etdirir. Texnologiyanın, sosial medianın və rəqəmsal təsvirlərin insan kimliyini dəyişdirdiyi, fərdin öz kimliyindən uzaqlaşdığı bir zamanda 2Keyfiyyətsiz adam" yenidən məna qazanır.
Ulrixin daxili səsi bu gün də fərdin içindəki boşluğu, mənanın axtarışını, kimlik itkisini simvolizə edir Robert Musilin “Keyfiyyətsiz adam” əsəri bir dövrün hüdudlarını aşaraq, insanın daxili aləmində və ictimai quruluşunda yaşadığı dağılmanı, yadlaşmanı və boşluğu dərinliklə işləyir. Musil yalnız zamanın ruhuna şahidlik etmir, onu çürüyən bir quruluşun içində yenidən var etməyə çalışır.
Bu mətn zamanın ruhunu anlamaq istəyənlər üçün hələ də aktualdır.

"Aldadılmağıma icazə verdim" - Günter Qrass özünü niyə bağışlamırdı? "Heç bir “izm” istedadsız müəllifin köməyinə çata bilməz..." - Zamanına oxşayan "səksənincilər" "Şəxsi yazışmaları icazəsiz paylaşmaq..." - Virtual ədəbsizlik necə yarandı?
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://kulis.az
archiveBu xəbər 06 Noyabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mirədalət Talışxanova hökm oxundu

04 Noyabr 2025 17:57see228

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see192

Azərbaycan millisinin voleybolçusu: “İlk oyunda qazanılan qələbə vacib idi”

05 Noyabr 2025 01:52see181

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see152

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see145

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see144

Kriştianu Ronaldu karyerasını bitirəndən sonra nə işlə məşğul olacağını açıqladı

04 Noyabr 2025 23:07see137

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see135

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see133

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see133

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see131

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see131

Prezidentin Ana dili ilə bağlı tapşırığına əsasən AMEA hansı tədbirləri görəcək? İsa Həbibbəylidən ÖZƏL AÇIQLAMA

04 Noyabr 2025 17:21see131

Uzak Şehir in vurulma səhnəsi BƏYƏNİLMƏDİ

04 Noyabr 2025 17:50see130

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see129

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see129

İxrac etdiyimiz yağ daxildə satılandan niyə ucuzdur?

05 Noyabr 2025 08:31see128

Real dan penalti zərbələri ilə bağlı qərar

05 Noyabr 2025 00:37see125

“Qarabağ” iki pillə gerilədi gecənin nəticələri

05 Noyabr 2025 02:05see125

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri