Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Modernləşmə cəhdi, yoxsa geosiyasi manevr?

Modernləşmə cəhdi, yoxsa geosiyasi manevr?

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İrəvan–Yeni Dehli hərbi əməkdaşlığı fəallaşır

Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi, general Anil Çauhanın başçılıq etdiyi nümayəndə heyəti fevralın 1-də Ermənistana rəsmi səfər edib. Bu barədə Ermənistan müdafiə nazirliyi məlumat yayıb. Nazirlik səfər zamanı hansı mövzuların müzakirə olunacağını açıqlamayıb. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, Hindistan Müdafiə Qərargahı rəisinin İrəvana səfər edəcəyi ilə bağlı da əvvəlcədən heç bir məlumat açıqlanmayıb.

Hindistanlı generalın rəsmi görüşləri dünən keçirilib. Anil Çauhanı əvvəlcə Ermənistanın müdafiə naziri Suren Papikyan qəbul edib. “Armenpress” agentliyinin məlumatına görə, S.Papikyan bu barədə özünün “Facebook” səhifəsində paylaşım edərək görüşə dair videomaterial da yayımlayıb. “Bu gün rəsmi səfər çərçivəsində Ermənistanda olan Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Anil Çauhanı qəbul etdim”, – deyə Papikyan qeyd edib.

Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin yaydığı ayrıca açıqlamada isə qeyd olunub ki, görüşdə Ermənistan tərəfi Hindistanla hərbi və hərbi-texniki əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndirərək bu prosesin davam etdirilməsinə hazır olduğunu bəyan edib: “Nazir Papikyan Ermənistan və Hindistan arasında müdafiə sektorunda mövcud əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirərək, əməkdaşlıq proqramlarının müntəzəm olaraq həyata keçirilməsinin vacibliyini vurğuladı”. General Anil Çauhan öz növbəsində mövcud istiqamətlər üzrə birgə fəaliyyətin davam etdirilməsinə, eyni zamanda, qarşılıqlı maraq doğuran yeni layihələr üzrə təşəbbüs irəli sürülməsinə hazır olduğunu ifadə edib. Görüş zamanı regional və beynəlxalq təhlükəsizlik məsələləri də müzakirə olunub.

Hindistanlı general daha sonra Ermənistan müdafiə nazirliyinin inzibati kompleksində müdafiə nazirinin birinci müavini, silahlı qüvvələrin baş qərargah rəisi, general-leytenant Edvard Asryanla bir araya gəlib. Onların əvvəlcə təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü baş tutub. Görüş zamanı tərəflər Ermənistan və Hindistan arasında müdafiə sahəsində əməkdaşlığın mövcud vəziyyətini müzakirə edib, ikitərəfli əməkdaşlıq planı çərçivəsində həyata keçirilmiş tədbirlərin nəticələrini dəyərləndiriblər. Eyni zamanda, 2026-cı il üçün nəzərdə tutulan tədbirlərin səmərəli icrası ilə bağlı bir sıra məsələlərə toxunulub. Təhsil proqramlarının həyata keçirilməsinin, peşəkar hazırlıq və yenidən hazırlıq kurslarının, təlim və hərbi təlimlərin təşkili, eləcə də Ermənistan və Hindistan arasında müxtəlif sahələr üzrə təcrübə mübadiləsinin əhəmiyyəti qarşılıqlı şəkildə vurğulanıb. General-leytenant Edvard Asryan Ermənistan silahlı qüvvələrində aparılan transformasiya prosesinin əsas istiqamətlərini təqdim edərək, bu proses çərçivəsində Ermənistan–Hindistan müdafiə əməkdaşlığının xüsusi önəm daşıdığını qeyd edib.

***

Qeyd edək ki, son illərdə Ermənistan və Hindistan arasında kifayət qədər sıx hərbi-texniki əməkdaşlıq inkişaf edir. Hindistan mənbələri dəfələrlə İrəvan və Yeni Dehli arasında böyük sövdələşmələr barədə məlumat veriblər. Xüsusilə Ermənistan bu ölkədən çox sayda raket buraxılış sistemləri, müxtəlif artilleriya qurğuları və zenit-raket sistemləri alıb. Sonuncu belə xəbər 2026-cı il yanvarın 18-də yayılıb. Hindistan mediası “Pinaka” idarəolunan raketlərinin ilk partiyasının Ermənistana göndərildiyini bildirib.

İki ölkənin hərbi və hərbi-texniki əməkdaşlığında son illərdə müşahidə olunan dinamika təsadüfi xarakter daşımır. Bu yaxınlaşma həm regionda dəyişən təhlükəsizlik mühitinin, həm də İrəvanın ənənəvi tərəfdaşlara alternativ axtarışlarının nəticəsi kimi dəyərləndirilə bilər. Xüsusilə, 2020-ci ildən sonra Ermənistanın müdafiə strategiyasında baş verən dəyişikliklər Hindistanla əlaqələrin intensivləşməsini sürətləndirib.

Ermənistan üçün Hindistan, ilk növbədə, silah tədarükü baxımından yeni və siyasi şərtlər irəli sürməyən tərəfdaş kimi önə çıxır. Son illər artilleriya sistemləri, raket qurğuları, pilotsuz uçuş aparatları və digər hərbi texnikanın tədarükü üzrə əldə olunan razılaşmalar bu əməkdaşlığın artıq sistemli xarakter aldığını göstərir. Paralel olaraq hərbi təhsil, kadr hazırlığı, təlimlər və təcrübə mübadiləsi də ikitərəfli gündəmdə mühüm yer tutur. Hindistan üçün isə Ermənistanla hərbi əməkdaşlıq daha geniş geosiyasi kontekstin tərkib hissəsidir. Yeni Dehlinin Cənubi Qafqaza marağı təkcə iqtisadi və diplomatik müstəvi ilə məhdudlaşmır. Hindistan bu regionda öz hərbi-sənaye məhsullarını bazara çıxarmaqla yanaşı, Türkiyə–Pakistan xəttinə qarşı dolayı balans yaratmağa çalışır. Bu baxımdan, Ermənistan Hindistan üçün əlverişli platforma rolunu oynayır. Diqqətçəkən məqam ondan ibarətdir ki, İrəvan bu əməkdaşlığı açıq şəkildə “müdafiə qabiliyyətinin gücləndirilməsi” kimi təqdim etsə də, proses bölgədə silahlanma meyillərini stimullaşdırır. Xüsusilə sülh gündəminin müzakirə olunduğu bir dövrdə Ermənistanın yeni silah tədarükünə üstünlük verməsi suallar doğurur. Bu yanaşma bəyan edilən sülh ritorikası ilə real addımlar arasında ziddiyyəti daha da qabardır.

Hindistanlı generalın Ermənistana rəsmi səfəri son illər İrəvan–Yeni Dehli xəttində formalaşan hərbi və hərbi-texniki yaxınlaşmanın ardıcıl xarakter aldığını bir daha nümayiş etdirdi. General Çauhanın Ermənistanın müdafiə naziri tərəfindən qəbul edilməsi və bu görüşün açıq şəkildə ictimailəşdirilməsi tərəflərin əməkdaşlığa verdiyi siyasi çəkini göstərir. Ermənistan Müdafiə Nazirliyinin yaydığı açıqlamalarda əməkdaşlığın mövcud səviyyəsinin yüksək qiymətləndirilməsi və onun davam etdirilməsinə hazır olunduğunun vurğulanması təsadüfi deyil. Xüsusilə hərbi və hərbi-texniki sahədə müntəzəm proqramların icrasına edilən istinadlar İrəvanın Hindistanla münasibətləri uzunmüddətli strateji xətt kimi gördüyünü göstərir. Bu yanaşma Ermənistanın son illər təhlükəsizlik siyasətində müşahidə olunan ümumi transformasiya ilə üst-üstə düşür.

General Anil Çauhanın mövcud istiqamətlərlə yanaşı, yeni layihələrə də açıq olduqlarını bəyan etməsi isə əməkdaşlığın yalnız silah tədarükü ilə məhdudlaşmadığını deməyə əsas verir. Regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi Hindistanın Cənubi Qafqazı daha geniş geosiyasi kontekstdə dəyərləndirdiyini göstərir. Yeni Dehli üçün Ermənistan həm hərbi-sənaye məhsullarının ixracı, həm də regional təsir imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli platforma kimi çıxış edir.

Politoloq Ramiyə Məmmədova XQ-yə açıqlamasında bildirdi ki, Hindistan Silahlı Qüvvələrinin ali rəhbərliyinin Ermənistana səfəri ilk baxışdan ikitərəfli əməkdaşlığın adi epizodu kimi təqdim olunsa da, prosesin arxa planı daha mürəkkəbdir. Onun sözlərinə görə, burada əsas diqqətçəkən məqam Ermənistanın təhlükəsizlik siyasətində prioritetlərin dəyişməsi deyil, Hindistanın Cənubi Qafqaza yanaşmasında müşahidə olunan aktivləşmədir: “Yeni Dehli üçün Ermənistan klassik müttəfiqdən daha çox, strateji mövqe baxımından əlverişli platformadır. Hindistan bu ölkə vasitəsilə həm hərbi-sənaye məhsullarının ixrac coğrafiyasını genişləndirir, həm də regionda geosiyasi mövcudluğunu artırır. Bu, xüsusilə Türkiyə və Pakistanla rəqabət fonunda diqqətəlayiqdir. Ermənistanın bu rəqabətdə dolayı alətə çevrilməsi ehtimalı isə riskləri artırır. Ermənistan tərəfi əməkdaşlığı ordunun modernləşdirilməsi kimi təqdim etsə də, real nəticələrin qısa müddətdə əldə olunacağı şübhə doğurur. Müxtəlif mənşəli silah sistemlərinin inteqrasiyası, kadr hazırlığı və texniki uyğunluq məsələləri vaxt və resurs tələb edir. Üstəlik, Ermənistanın iqtisadi imkanları bu planların tam reallaşmasına məhdudiyyət yarada bilər”.

Politoloq onu da bildirdi ki, digər tərəfdən, Hindistan–Ermənistan hərbi yaxınlaşması regionda etimad mühitinin formalaşmasına töhfə vermir. Sülh danışıqlarının gündəmdə olduğu bir mərhələdə hərbi əlaqələrin ön plana çıxarılması qarşılıqlı inamsızlığı dərinləşdirir və təhlükəsizlik dilemmasını gücləndirir. Bu isə uzunmüddətli sabitlik baxımından mənfi siqnaldır.

Səxavət HƏMİD  
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:308
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Fevral 2026 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see378

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see370

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see364

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see339

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see334

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see255

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see243

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see237

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see236

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see230

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see227

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see223

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see213

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see210

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see210

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see204

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see197

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see178

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see173

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri