Icma.az
close
up
RU
Möhkəm təməl üzərində əməkdaşlıq

Möhkəm təməl üzərində əməkdaşlıq

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri ölkələrimizin strateji tərəfdaşlığına töhfədir

Əvvəlcə onu qeyd edək ki, Azərbaycan və Türkmənistan münasibətlərinin inkişafı yalnız ikitərəfli və regional çərçivə ilə məhdudlaşmır. Eyni zamanda, daha geniş geosiyasi və geoiqtisadi məkanlara təsir göstərən geniş və strateji bir strategiya kimi çıxış edir. İki qardaş və dost xalqlar arasındakı bu yaxınlaşma Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, qitənin enerji təchizatı mənbələrinin və marşrutlarının şaxələndirilməsi baxımından yeni imkanlar yaradır. Belə geniş və strateji vacib münasibətlərin əsas sütunlarını, əlbəttə ki, etnik, dini və tarixi yaxınlıqdan doğan ortaq mədəniyyət, enerji əməkdaşlığı, loqistika layihələri, təhlükəsizlik maraqları və Türk dünyasının inteqrasiyası təşkil edir.

Mövcud geosiyasi şəraitdə Azərbaycan və Türkmənistan münasibətlərinin güclənməsi yalnız iki dövlətin deyil, bütövlükdə Xəzər regionunun, Türk dünyasının və Avrasiya məkanının gələcək siyasi-iqtisadi inkişafına təsir göstərə biləcək strateji prosesdir. Çünki bu əməkdaşlıq XXI əsrdə Xəzərdən başlayan və Avropaya, Yaxın Şərqə, Cənubi Qafqaza və Mərkəzi Asiyaya uzanan yeni geoiqtisadi körpünün formalaşmasına xidmət edir.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfərinin regional əhəmiyyətindən danışırıqsa onu deməliyik ki, bu çoxşaxəli əhəmiyyət daşıyan və Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə xidmət edən səfərdir. Səfər ilk növbədə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin daha da dərinləşməsinə təkan verir, regionlararası inteqrasiyanı sürətləndirir. Bununla yanaşı, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Orta Dəhliz çərçivəsində əməkdaşlığın genişlənməsi Çinlə Avropa arasında yükdaşımaların səmərəliliyini artıraraq bu marşrutun rəqabət qabiliyyətini gücləndirir. Eyni zamanda, Azərbaycan və Türkmənistan arasında strateji yaxınlaşma türk dövlətləri arasında siyasi koordinasiyanın və iqtisadi əməkdaşlığın möhkəmlənməsinə töhfə verərək Türk dünyasının geosiyasi çəkisini artırır.

Bütün bunlarla yanaşı, tərəflər arasında nəqliyyat, logistika, enerji və ticarət sahələrində əməkdaşlığın genişlənməsi Xəzər hövzəsinin Avrasiyanın əsas iqtisadi və logistika mərkəzlərindən birinə çevrilməsi potensialını gücləndirir və regionun beynəlxalq əhəmiyyətini daha da artırır.

Xüsusi qeyd etmək istərdik ki, Cənub və Şimal dəhlizlərinin geosiyasi və geoiqtisadi cəzibədarlığını itirdiyi təlatümlü zamanlarda Xəzər dənizi üzərindən keçən Transxəzər və Orta Dəhliz marşrutlarının inkişafı Asiya ilə Avropa arasında yükdaşımaların həcmini artıraraq alternativ nəqliyyat-kommunikasiya xətlərinin əhəmiyyətini yüksəldir. Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlığın güclənməsi Avrasiyada iqtisadi inteqrasiya proseslərinə əlavə dinamika qazandıraraq, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında qarşılıqlı əlaqələri dərinləşdirir.

İki ölkə arasında münasibətlərin inkşaf tempi Türk dünyasının beynəlxalq münasibətlər sistemindəki rolunun və təsir imkanlarını artmasına xidmət edir. Azərbaycan və Türkmənistan münasibətləri və qarşılıqlı əməkdaşlığının güclənməsi həm də qlobal enerji, nəqliyyat və ticarət xəritəsində Xəzər hövzəsinin strateji əhəmiyyətini daha da artıraraq regionu Avrasiyanın əsas geoiqtisadi qovşaqlarından birinə çevirmək potensialına malikdir.

Azərbaycan və Türkmənistan arasında münasibətlərin mühüm istiqamətlərindən biri də ölkələrimiz arasında humanitar və mədəni əməkdaşlıqdır. İki xalqı bir-birinə yaxınlaşdıran amillər yalnız siyasi və iqtisadi maraqlarla məhdudlaşmır. Ortaq türk kökləri, dil, ədəbiyyat, mədəniyyət və tarixi yaddaş əlaqələrin möhkəm mənəvi təməlini formalaşdırıb. Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, tələbə və akademik mübadilə proqramlarının artırılması, ortaq mədəni tədbirlərin və mədəniyyət günlərinin təşkili, ümumtürk tarixi-mədəni irsinin birgə təbliği, eləcə də media və informasiya məkanında əməkdaşlığın gücləndirilməsi kimi istiqamətlər xüsusi əhəmiyyət kəsb edir.

Bu proseslər xalqlar arasında qarşılıqlı etimadı və mənəvi yaxınlığı daha da möhkəmləndirməklə yanaşı, Türk dünyasında inteqrasiyanın sosial-humanitar əsaslarının güclənməsinə və ortaq kimlik şüurunun dərinləşməsinə mühüm töhfə verəcək.

Yeganə HACIYEVA,
Mətbuat Şurası İdarə Heyətinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 İyun 2026 02:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri