Icma.az
close
up
RU
Möhkəm təməl üzərində inkişaf edən münasibətlər

Möhkəm təməl üzərində inkişaf edən münasibətlər

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşian 28 aprel tarixində ölkəmizə rəsmi səfər etmişdir. Bu səfər iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açdı. Səfər çərçivəsində Dövlət başçılarının təkbətək, geniş tərkibdə keçirdiyi görüşlər, imzalanmış sənədlər və verilmiş bəyanatlar Azərbaycan-İran münasibətlərinin daha da möhkəmləndirilməsi, inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda Azərbaycan və İran arasındakı gələcək əməkdaşlığın inkişafı üçün infrastruktur, enerji, nəqliyyat və humanitar sahələr üzrə razılaşmalar imzalanmışdır.Aprelin 28-də Prezident İlham Əliyev mətbuata bəyanatlarla çıxışı zamanı xalqlarımızın əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşadığını, dövlətlərarası münasibətlərin möhkəm təməl üzərində inkişaf etdiyini bildirib.

Dövlətimizin başçısı bəyanatında İran İslam Respublikasının Prezidenti Məsud Pezeşianla apardıqları danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdiklərini, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədiklərini bildirib. Prezident İlham Əliyev qeyd edib ki, İranlı həmkarı Məsud Pezeşianın böyük heyətlə ölkəmizə gəlməsi və bir çox önəmli sənədlərin, dövlət başçıları səviyyəsində sənədin imzalanması bir daha xoş niyyətimizin, bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışdığımızı göstərir.
“Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi ənənəvi olaraq dəstəkləyirik”-deyən Dövlətimizin başçısı qeyd edib ki, İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır.
Prezident İlham Əliyev üçtərəfli əməkdaşlıq layihələrini geniş müzakirə etdiklərini, onların arasında Şimal-Cənub nəqliyyat dəhlizinin xüsusi yer tutduğunu vurğulayıb. Bu layihənin, layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcəyini, böyük fayda verəcəyini bildirib. Ölkə başçısı Azərbaycanın öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirdiyini diqqətə çatdırıb.
“İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq”- deyə dövlətimizin başçısı əlavə edib.
Prezident İlham Əliyev humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret göstərişlər verdiklərini bildirib. Yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinə dair birgə qərar verdiklərini söyləyib. Xalqlarımızın tarixinin ortaq , mədəniyyətimizin də ortaq olduğunu söyləyən ölkəmizin başçısı əsrlər boyu bir məkanda, bir dövlət çərçivəsində yaşadığımızı , qohumluq əlaqələrimizin də çox geniş olduğunu, Azərbaycan və İranın müstəqil dövlət kimi bölgədə önəmli rol oynadığını diqqətə çatdırıb.

Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 May 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri