Icma.az
close
up
RU
MOK da beynəlxalq qurumların rəsmiləri ilə görüş keçirilib FOTOLAR

MOK da beynəlxalq qurumların rəsmiləri ilə görüş keçirilib FOTOLAR

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında, beynəlxalq Karlar İdman Komitəsinin (IKF) və Avropa Karlar İdman Təşkilatının (ECIS) nümayəndə heyəti ilə görüş keçirilib. SİA xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev, beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov, mətbuat katibi Murad Fərzəliyev, Beynəlxalq Karlar İdman Komitəsinin prezidenti Adam Kosa, komitənin prezident köməkçisi Kristina Horvat, Avropa Karlar İdman Təşkilatının prezidenti İosif Stavrakakis, təşkilatın idarə heyətinin üzvü Burcu Pişkin, Azərbaycan Deflimpiya Komitəsinin idarə heyətinin prezidenti Anar Bayramov və komitənin baş katibi Namiq Novruzov iştirak ediblər.

Görüşün əsas məqsədi Azərbaycan Deflimpiya Komitəsinin fəaliyyətini gücləndirmək, karlar idmanını daha da inkişaf etdirmək və gələcəkdə bu sahə üzrə əməkdaşlıq imkanlarını genişləndirmək olub. Tədbirdə Beynəlxalq Karlar İdman Komitəsinin və Avropa Karlar İdman Təşkilatının təcrübə və resurslarının Azərbaycanın Deflimpiya Hərəkatına dəstəyi müzakirə edilib.

Tədbir iştirakçılarını salamlayan MOK-un baş katibi Azər Əliyev əvvəlcə komitənin fəaliyyəti və Azərbaycan idmanının inkişafı barədə ətraflı məlumat verib. O, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq yarışlar və Olimpiya Oyunlarında əldə edilən uğurlardan danışıb. Əlillər idmanına xüsusi diqqət yetirildiyini qeyd edərək, Paralimpiya Oyunlarında Azərbaycan idmançılarının uğurlu çıxış etdiyini vurğulayıb. Baş katib Tokio-2020 Yay Paralimpiya Oyunlarında Azərbaycanın 19 medal qazandığını və bu nəticə ilə 10-cu yeri tutduğunu bildirib.

Azər Əliyev Deflimpiya Hərəkatının çətinliklərini vurğulayaraq, burada yalnız fiziki hazırlıq deyil, həm də zehni hazırlığın önəmli olduğunu qeyd edib. Azərbaycanın Deflimpiya Oyunlarında indiyədək iştirak etmədiyini qeyd edən baş katib, bu il Tokioda keçiriləcək Deflimpiya Oyunlarında ölkəmizin uğurla təmsil olunacağına inandığını bildirib.

Azər Əliyev 2023-cü ildə yaradılan Azərbaycan Deflimpiya Komitəsinin, yeni təşkilat olmasına baxmayaraq çox fəal fəaliyyət göstərdiyini qeyd edib. O, Azərbaycanın I Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına və digər multi-idman yarışlarına ev sahibliyi etdiyini, həmçinin, Deflimpiya Oyunlarının Azərbaycanda keçirilməsi təklifinin çox maraqlı olduğunu vurğulayıb. Azər Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin bu sahəyə dəstək verməyə hazır olduğunu bildirərək, bu işin Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə daha da irəliləyəcəyini qeyd edib.

Beynəlxalq Karlar İdman Komitəsinin prezidenti Adam Kosa Azərbaycanın karlar idmanına göstərdiyi diqqət və dəstəyi yüksək qiymətləndirib. O, bu cür əməkdaşlıqla Azərbaycan Deflimpiya idmançılarının beynəlxalq arenada daha çox uğur əldə etməsi üçün mühüm imkanların yaradılacağına əmin olduğunu bildirib. Adam Kosa Azərbaycanın Deflimpiya hərəkatını dəstəkləmək və Avropa çempionatı və regional yarışların Azərbaycanda keçirilməsini təşviq etmək üçün dəstək olacağına ümid etdiyini vurğulayıb.

Avropa Karlar İdman Təşkilatının prezidenti İosif Stavrakakis Azərbaycanla əməkdaşlıq etməyin çox müsbət olduğunu və gələcəkdə daha geniş əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd edib. O, Azərbaycanın Deflimpiya Oyunlarına qonaq qismində iştirak edəcəyinə ümid etdiyini vurğulayıb. Bu il Tokioda keçiriləcək Deflimpiya Oyunlarında 21 idman növü üzrə 4 minə yaxın idmançının iştirak edəcəyini deyən İosif Stavrakakis həmçinin, 104 ölkənin qeydiyyatdan keçdiyini diqqətə çatdırıb.

Azərbaycan Deflimpiya Komitəsinin İdarə Heyətinin prezidenti Anar Bayramov görüşdə Azərbaycan Deflimpiya Komitəsinin gələcək planları barədə ətraflı məlumat verib. O, Deflimpiya yarışlarının Azərbaycanda keçirilməsinin vacib bir addım olduğunu qeyd edərək, bu sahənin inkişafı üçün daha geniş imkanların yaradılacağını əminliyini bildirib.

Görüşün sonunda, tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və gələcəkdə daha sıx əlaqələrin qurulması ilə bağlı razılaşmalar əldə ediblər. Bu cür görüşlərin Azərbaycanın beynəlxalq idman sahəsində mövqeyini gücləndirməklə ölkəmizin Deflimpiya Hərəkatının dəstək baxımından böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Sonda MOK-un baş katibi Azər Əliyev Beynəlxalq Karlar İdman Komitəsinin prezidenti Adam Kosaya MOK-un xüsusi hədiyyəsini verib. Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Aprel 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri