Icma.az
close
up
RU
MOK da beynəlxalq ekspertlərlə görüş keçirilib FOTO

MOK da beynəlxalq ekspertlərlə görüş keçirilib FOTO

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Təhlükəsiz İdman üzrə beynəlxalq ekspertlərlə görüş olub.

İdman.Biz xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Görüşdə MOK-un baş katibi Azər Əliyev, idman idarəsinin müdiri Həsənağa Rzayev, xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov, mətbuat katibi Murad Fərzəliyev, idman şöbəsinin baş məsləhətçisi və təhlükəsiz idman üzrə beynəlxalq inspektor Vaqif Əliyev, təhlükəsiz idman üzrə işçi qrupunun üzvü Elxan Səməd-zadə, təhlükəsiz idman üzrə məsləhətçi Ayan Xankişiyeva, Təhlükəsiz İdman üzrə beynəlxalq dərəcəli ekspert Lüsi Troşet, BOK-un Təhlükəsiz İdman İşçi Qrupunun MOKA üzrə nümayəndəsi Maya Pekoviç iştirak ediblər.

Görüş zamanı Azərbaycanda idman mühitində təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi, idmançılar üçün müdafiə protokollarının işlənməsi və beynəlxalq təlim proqramlarının tətbiqi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

MOK-un baş katibi Azər Əliyev qonaqları salamlayaraq III Təhlükəsiz İdman Forumunda iştirak edən beynəlxalq nümayəndələrə təşəkkürünü bildirib. O, çıxışı zamanı tədbirin idmanda sağlam və təhlükəsiz mühitin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. MOK-un baş katibi Azər Əliyev Təhlükəsiz İdmanla bağlı birgə layihələrin həyata keçirilməsində qarşılıqlı əməkdaşlığın vacib olduğunu bildirib.

Təhlükəsiz İdman üzrə beynəlxalq dərəcəli ekspert Lüsi Troşet MOK-un bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirib və əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib.

BOK-un Təhlükəsiz İdman İşçi Qrupunun MOKA üzrə nümayəndəsi Maya Pekoviç III Təhlükəsiz İdman Forumunun yüksək səviyyədə təşkil olunmasına görə Milli Olimpiya Komitəsinin rəhbərliyinə minnətdarlıq edib.

Görüşdə gələcəkdə yerli federasiyalarla birgə Təhlükəsiz İdman mövzusunda müxtəlif layihələrin həyata keçirilməsinin planlaşdırıldığı qeyd olunub.

Görüşün sonunda qonaqlara xatirə hədiyyəsi təqdim edilib və xatirə şəkli çəkdirilib.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 17 Oktyabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri