Icma.az
close
up
RU
MOK rəsmiləri Avropa Olimpiya Komitələrinin 54 cü Baş Assambleyasının iclasında iştirak edəcəklər

MOK rəsmiləri Avropa Olimpiya Komitələrinin 54 cü Baş Assambleyasının iclasında iştirak edəcəklər

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Olimpiya Komitəsi (MOK) rəsmiləri Almaniyanın Frankfurt şəhərində təşkil olunacaq Avropa Olimpiya Komitələrinin 54-cü Baş Assambleyasının iclasında iştirak edəcəklər.

Apasport xəbər verir ki, fevralın 28-dən martın 1-dək davam edəcək tədbirdə Azərbaycanı MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Baş katib Azər Əliyev, xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil edəcəklər.
Baş Assambleyada Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxın, Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti Spiros Kapralosun, Almaniya Milli Olimpiya Komitəsinin prezidenti Tomas Veikertin iştirakı ilə bir çox məsələlər müzakirə olunacaq.
BOK-un prezidenti Tomas Baxın açılış nitqi ilə başlayacaq iclasın ilk günündə Milano-Kortina-2026 Qış Olimpiya Oyunları, İstanbul-2027 Avropa Oyunları barəsində müzakirələr nəzərdə tutulub. Tədbir çərçivəsində AOK-un "Strategiya Gündəliyi - 2030" iclas iştirakçılarına təqdim olunacaq, BOK, AOK və MOKA Təşkilat Komitələrinin hesabatları dinləniləcək.

Həmçinin 2025-2029-cu illər üzrə AOK-un İcraiyyə Komitəsinin üzvlərinin seçkilərinin keçirilməsi də gündəliyə daxil edilib. Frankfurtda təşkil olunacaq Baş Assambleya zamanı "Ən yaxşı avropalı gənc atlet" üçün nəzərdə tutulan 13-cü "Pyotr Nurovski" mükafatı və Avropa Olimpiya Komitəsinin "Xidmətlərinə görə" ordeni ilə mükafatlandırılma mərasimi keçiriləcək.
Assambleyanın ikinci günündə Avropa Olimpiya Komitəsinin "Olimpiya çələngi" mükafatı öz sahibinə təqdim olunacaq.

Sonra Avropa Gənclər Yay və Qış Olimpiya festivalları, Kiçik Avropa Dövlətlərinin Oyunları, 55-ci AOK Baş Assambleyası ilə bağlı fikir mübadiləsi aparılacaq.
Baş Assambleyanın iştirakçılarına AOK prezidenti Spiros Kapralos, AOK Baş katibi Rafael Paqnozi, MOKA Baş katibi Qunilla Lindberq tərəfindən hesabatlar da təqdim olunacaq. AOK-un 2024-cü il maliyyə hesabatı, 2025-ci ilin büdcəsi, xarici auditorların təyinatı və AOK komissiyalarının hesabatları da dinləniləcək.

XXIV tur bitmək bilmir - Zirədəki matçın startı yubanır Azərbaycanda federasiya prezidenti dəyişdi Felipe Santos: "Komandada onun xüsusiyyətlərinə malik başqa oyunçu yoxdur" Renat Dadaşov Polşa klubunda - Rəsmi AFFA I Liqa klublarını cərimələdi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://apasport.az
archiveBu xəbər 25 Fevral 2025 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see212

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see192

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see152

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see144

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see140

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see134

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see133

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see132

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see132

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see131

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see128

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see126

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see125

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see125

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see124

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see123

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see123

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see120

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri