Icma.az
close
up
RU
MOK un vitse prezidenti: Başqa ölkələrlə müqayisədə Paris olimpiadasında problemlərin sayı daha çox idi MÜSAHİBƏ

MOK un vitse prezidenti: Başqa ölkələrlə müqayisədə Paris olimpiadasında problemlərin sayı daha çox idi MÜSAHİBƏ

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə "Report"a müsahibə verib. Qurum rəsmisi Parisdə keçirilən Yay Olimpiya Oyunlarında verilən medalların keyfiyyətində rast gəlinən qüsurlardan danışıb. O, həmçinin MOK-un bu il keçiriləcək Baş Məclisində gözlənilən addımlarla bağlı sualları cavablandırıb.

- Parisdə keçirilən olimpiadadan sonra medalların keyfiyyətləri ilə bağlı şikayətlər çox idi. Bu yaxınlarda bizim idmançılar da şikayət etdilər. Bu məsələ ilə bağlı hansı addımlar atmısınız və ya atacaqsınız?

- Bu barədə MOK-un mətbuat xidmətindən məlumat verilib. Yay Olimpiya Oyunlarında qazanılan 7 medalın hər birini araşdırıb, daha sonra Beynəlxalq Olimpiya Komitəsinə müraciət ünvanlayacağıq. Yeganə addım budur.

- Ümumiyyətlə, nə vaxtsa, hansısa ölkədə keçirilən olimpiadalardan sonra belə hala rast gəlmişdiniz?

- Xeyr, bu ilk dəfə idi.

- Olimpiadanın gedişində də göründü ki, təşkilatçılıqda ciddi qüsurlar var. Bu problemi də onun davamı hesab etmək olarmı?

- Əlbəttə, eyni şeydir. Bu, Paris-2024-ün Təşkilat Komitəsinin fəaliyyəti ilə bağlı məsələdir.

- Sizcə, Fransanın bu cür məsuliyyətsizliyinin səbəbi nədir?

- Bunu dəfələrlə, elə Fransada olanda da müsahibələrimdə demişdim. Aydın məsələdir ki, Təşkilat Komitəsinin zəifliyi bir çox məsələlərdə özünü göstərdi. Buna görə də ümumi problemdir. Müxtəlif problemlər var idi. Ümumiyyətlə, başqa ölkələrlə müqayisədə Paris Olimpiadasında problemlərin sayı daha çox idi.

- Bu il MOK-un Baş Məclisi keçiriləcək. Hansı yeniliklər gözlənilir?

- Bu barədə indidən danışmaq tezdir. Nələrin olacağı hesabatlardan, seçkilərdən asılıdır.

- Uzun illərdir MOK-da faəliyyət göstərirsiniz. Vitse-prezident kimi davam etmək istəyiniz varmı?

- Bu, bir qədər düzgün sual deyil. Seçkilərin nəticəsini görəcəksiniz. Həmişə mətbuata açıq olmuşam. Nəsə fikirlərim olsa, açıqlayacağam.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://report.az
archiveBu xəbər 16 Yanvar 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri