Icma.az
close
up
RU
Çingiz Hüseynzadə: Paris olimpiadasında problemlər daha çox idi MÜSAHİBƏ İdman və Biz

Çingiz Hüseynzadə: Paris olimpiadasında problemlər daha çox idi MÜSAHİBƏ İdman və Biz

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə "Report"a müsahibə verib.

İdman.biz xəbər verir ki, qurum rəsmisi Parisdə keçirilən Yay Olimpiya Oyunlarında verilən medalların keyfiyyətində rast gəlinən qüsurlardan danışıb. O, həmçinin MOK-un bu il keçiriləcək Baş Məclisində gözlənilən addımlarla bağlı sualları cavablandırıb.

- Parisdə keçirilən olimpiadadan sonra medalların keyfiyyətləri ilə bağlı şikayətlər çox idi. Bu yaxınlarda bizim idmançılar da şikayət etdilər. Bu məsələ ilə bağlı hansı addımlar atmısınız və ya atacaqsınız?
- Bu barədə MOK-un mətbuat xidmətindən məlumat verilib. Yay Olimpiya Oyunlarında qazanılan 7 medalın hər birini araşdırıb, daha sonra Beynəlxalq Olimpiya Komitəsinə müraciət ünvanlayacağıq. Yeganə addım budur.

- Ümumiyyətlə, nə vaxtsa, hansısa ölkədə keçirilən olimpiadalardan sonra belə hala rast gəlmişdiniz?
- Xeyr, bu ilk dəfə idi.

- Olimpiadanın gedişində də göründü ki, təşkilatçılıqda ciddi qüsurlar var. Bu problemi də onun davamı hesab etmək olarmı?
- Əlbəttə, eyni şeydir. Bu, Paris-2024-ün Təşkilat Komitəsinin fəaliyyəti ilə bağlı məsələdir.

- Sizcə, Fransanın bu cür məsuliyyətsizliyinin səbəbi nədir?
- Bunu dəfələrlə, elə Fransada olanda da müsahibələrimdə demişdim. Aydın məsələdir ki, Təşkilat Komitəsinin zəifliyi bir çox məsələlərdə özünü göstərdi. Buna görə də ümumi problemdir. Müxtəlif problemlər var idi. Ümumiyyətlə, başqa ölkələrlə müqayisədə Paris olimpiadasında problemlərin sayı daha çox idi.

- Bu il MOK-un Baş Məclisi keçiriləcək. Hansı yeniliklər gözlənilir?
- Bu barədə indidən danışmaq tezdir. Nələrin olacağı hesabatlardan, seçkilərdən asılıdır.

- Uzun illərdir MOK-da faəliyyət göstərirsiniz. Vitse-prezident kimi davam etmək istəyiniz varmı?
- Bu, bir qədər düzgün sual deyil. Seçkilərin nəticəsini görəcəksiniz. Həmişə mətbuata açıq olmuşam. Nəsə fikirlərim olsa, açıqlayacağam.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:332
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 16 Yanvar 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri