Icma.az
close
up
RU
“Molde” niyə Nərimana “elçi düşüb”? onun yerinə Cəlalı aldılar…

“Molde” niyə Nərimana “elçi düşüb”? onun yerinə Cəlalı aldılar…

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Srağagünün əsas xəbəri “Molde”nin (Norveç) “Qarabağ”ın futbolçusu Nəriman Axundzadəni transfet etmək istəməsi, onun hətta müqavilə bağlamaq üçün Norveçə yollanması haqda oldu.

“Football-plus.az” isə hadisələrin içində olan Tural Əsgərovdan açıqlama aldı, Nərimanın transferinin tamamlanmasının ən azı texniki cəhətdən mümkün olmadığını (bu ölkədə qış “transfer pəncərəsi” dünən bağlandı) üzə çıxardı.
O da sirr deyil ki, “Molde” mövsümün sonuna qədər həmyerlimizi izləyəcək, onu ilk imkandaca transfer etməyə çalışacaq. Bəs bu klubu gənc hücumçu ilə maraqlanmağa sövq edən səbəblər hansılardı, yəni “Molde” Nərimana nə dərəcədə ehtiyac duyur?
Sonuncu dəfə 2022-ci ildə çempion olan “Molde” 2024 mövsümünü 5-ci yerdə başa vurub. Həmin mövsümdə komandanın ən məhsuldar oyunçusu Kristian Eriksen olub. 29 yaşlı hücumçu çempionatda keçirdiyi 28 oyunda 14 qol vurub, 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, nəinki “Molde”nin, həm də Norveç çempionatının bombardiri olub. “Molde”nin daha bir məhsuldar oyunçusu 23 oyunda 12 qol vuran, 4 məhsuldar ötürmə ilə yadda qalan 34 yaşlı Maqnus Eykremdi. Nə Eriksen, nə də Eykrem hücumçudu, ikisi də yarımmüdafiəçidi.
Hücum xəttində yer alan oyunçuların yaşı çoxdu. Fredrik Qulbrandsenin 32, Veton Berişanın 30 yaşı var. İstisna kimi transferi dünən açıqlanan qanalı Cəlal Abdullayini qeyd etmək olar. “Elfsborq”dan transfer olunan 20 yaşlı forvardın “transfermarkt” dəyəri 2,5 milyon avrodu.
Təbii ki, Nərimanı “Molde” üçün faydalı ola bilərdi. Azərbaycan çempionatında yerli oyunçular arasında “qol+ötürmə” göstəricisinə əsasən hamını qabaqlayır. Norveçdə Nərimana mane ola biləsi yeganə amil öyrəşmədiyi hava şəraitidi. Cənublu hücumçu şimal ölkəsinə uyğunlaşmalıdı.
Onu da qeyd edək ki, “Molde” Avropanın top çempionatlarına keçmək yolunda tramplin sayılır. 2017-ci ildə 100 min avroya bu kluba transfer olunan Erlinq Holann hazırda dünyaca məşhur hüçumçudu.
Sonda onu da xatırladaq ki, “yaz-payız” sistemi ilə keçirilən Norveç çempionatında 2025 mövsümü martın 29-da start götürəcək.
MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Mart 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri